Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq flukonazol vardır.
Flukonazola, digər azol birləşmələrinə və ya dərmanın digər komponentlərinə qarşı yüksək həssaslıq;
Flukonazoldan gündə 400 mq və daha yüksək dozada dəfələrlə istifadə edən xəstələrdə flukonazol və terfenadinin eyni vaxtda istifadəsi (təkrar istifadənin qarşılıqlı təsirinin öyrənilməsinin nəticələrinə əsasən);
Flukonazol və QT intervalını uzadan və CYP3A4 fermenti (məsələn, sisaprid, astemizol, pimozid, kinidin və eritromisin) ilə metabolizə olunan digər dərmanların eyni vaxtda istifadəsi.
Hamiləlik
Müşahidəli bir araşdırma, ilk trimesterdə flukonazol alan qadınlarda spontan abort riskinin artdığını göstərdi. Üç və ya daha çox ay ərzində koksidioidomikoz zamanı flukonazolu yüksək dozalarda (gündə 400-800 mq) qəbul edən anaların körpələrində çoxsaylı anadangəlmə anomaliyalar (braxisefaliya, qulaq displaziyası, nəhəng ön əmgək, bud sümüyünün əyriliyi və mil-bazu sinostozu) barədə məlumat verilmişdir. Flukonazolun istifadəsi ilə bu hallar arasındakı əlaqə müəyyən edilməmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi göstərdi.
Hamiləlik dövründə xüsusi ehtiyac olmadıqda flukonazolun adi dozaları və flukonazoldan qısa müddətli müalicə kursları istifadə edilməməlidir.
Həyat üçün təhlükəli infeksiyaların müalicəsi istisna olmaqla, hamiləlik dövründə yüksək dozada flukonazol və/və ya uzun müddətli flukonazol müalicəsi tətbiq edilməməlidir.
Laktasiya dövrü
Flukonazol ana südünə keçir və qan plazmasından daha az konsentrasiyaya çatır.
150 mq flukonazolu birdəfəlik qəbul etdikdən sonra ana südü ilə qidalanma davam etdirilə bilər. Təkrar istifadədən sonra və ya yüksək dozada flukonazolu qəbul etdikdən sonra ana südü ilə qidalanma tövsiyə edilmir.
Fertillik
Flukonazol dişi və erkək siçovulların fertilliyinə təsir göstərməmişdir.
Doza göbələk infeksiyasının xarakteri və ağırlığından asılı olmalıdır. Dərmanın təkrar istifadəsi lazım olarsa, göbələk infeksiyasının aktivliyinin klinik və laborator təzahürləri yox olana qədər infeksiyaların müalicəsi davam etdirilməlidir. Müalicənin kifayət dərəcədə olmayan müddəti aktiv yoluxucu prosesin yenidən başlamasına səbəb ola bilər.
Böyüklər
Kriptokokk meningiti: dərman vasitəsi ilk gün 400 mq dozada, sonrakı günlərdə 200-400 mq dozada istifadə olunur. Həyati təhlükəli infeksiyalarda sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin davametmə müddəti 6-8 həftədir.
Yüksək riskli xəstələrdə kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün: dərman gündə 200 mq dozada məhdudiyyətsiz müddət ərzində istifadə olunur.
Koksidioidoz: dərman gündə 200-400 mq dozada istifadə olunur. Bəzi infeksiya formalarının, xüsusən də meningitin müalicəsi üçün sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin davametmə müddəti xəstənin vəziyyətindən asılı olaraq 11-24 ay və ya daha çox.
İnvaziv kandidozlar: dərman ilk gündə 800 mq dozada, sonrakı günlərdə 400 mq dozada istifadə olunur. Müalicənin davametmə müddəti, adətən, qan kulturunun ilk mənfi nəticələrindən sonra və kandidemiya əlamətlərinin ləğv olmasında 2 həftə təşkil edir.
Selikli qişaların kandidozu
Ağız-udlaq və qida borusunun kandidozu: dərman vasitəsi ilk gündə 200-400 mq, sonrakı günlərdə – 100-200 mq dozada istifadə olunur. Ağız-udlaq kandidozu halında müalicənin davametmə müddəti 7-21 gündür (remissiya əldə edilənə qədər), lakin ağır immune çatışmazlığı olan xəstələr üçün artırıla bilər, qida borusunun kandidozu halında yükləyici doza ilk gündə 200-400 mq, dəstəkləyici doza 100200 mq/sut, müalicənin davametmə müddəti 14-30 gündür (remissiya əldə edilənə qədər), lakin ağır
immun defisitli xəstələr üçün artırıla bilər;
Yüksək inkişaf riski olan xəstələrdə ağız-udlaq və ya qida borusunun kandidozun qayıtmasının qarşısını almaq üçün: zəif immuniteti olan xəstələr üçün dərman vasitəsi sutkada 100-200 mq dozada və ya 200 mq dozada həftədə 3 dəfə məhdudiyyətsiz istifadə olunur;
Kandiduriya: dərman vasitəsi sutkada 200-400 mq dozada istifadə olunur. Müalicənin davametmə müddəti 7-21 gündür, lakin ağır immun defisitli xəstələr üçün artırıla bilər
Dərinin və selikli qişaların xroniki kandidozu: dərman vasitəsi sutkada 50-100 mq dozada istifadə olunur. Müalicənin davametmə müddəti 28 gündür, lakin infeksiyanın ağırlığından və növündən və ya immunitetin azalmasından asılı olaraq artırıla bilər.
İİV-ə yoluxmuş xəstələrdə selikli qişanın kandidozunun qayıtmasının profilaktikası, hansılarda qayıtma riski yüksəkdir
Ağız-udlaq kandidozu: gündə bir dəfə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə – xroniki immunosupressiya ilə xəstələr üçün müddətsiz dövr;
Qida borusunun kandidozu: gündə bir dəfə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə – xroniki immunosupressiya ilə xəstələr üçün müddətsiz dövr.
Genital kandidoz
Kəskin vaginal kandidoz, kandidoz balanit: dərman vasitəsi 150 mq dozada birdəfəlik istifadə olunur.
Qayıdan vaginal kandidoz (ildə 4 və ya daha çox hal) və onun profilaktikası: dərman vasitəsi 150 mq dozada 1dəfə 3 gündən bir (1-ci gün, 4-cü gün və 7-ci gün) istifadə olunur. Bundan sonra, 6 ay ərzində həftədə bir dəfə 150 mq dəstəkləyici dozada tətbiq edilir.
Dermatomikozlar
Pəncə mikozu, hamar dəri mikozu, qasıq dermatomikozu, dərinin kandidoz infeksiyaları: dərman vasitəsi həftədə 1 dəfə 150 mq dozada və ya sutkada 1 dəfə 50 mq dozada istifadə olunur. Müalicənin davametmə müddəti – 2-4 həftə, pəncə mikozu halında – 6 həftəyə qədər;
Əlvan dəmrov: dərman vasitəsi həftədə bir 1 dəfə 300-400 mq dozada istifadə olunur. Müalicənin davametmə müddəti – 1-3 həftə;
Dermatofit onixomikoz: dərman vasitəsi həftədə 1 dəfə 150 mq dozada istifadə olunur. Müalicə yoluxmuş dırnaq yerində sağlam dırnaq böyüyənə qədər davam etdirilməlidir. Əllərdə və ayaqların baş barmaqlarında sağlam dırnaqların böyüməsi üçün adətən müvafiq olaraq 3-6 ay və 6-12 ay lazımdır. Lakin, xəstələrdə dırnaqların böyümə sürəti fərqli ola bilər və yaşdan asılı ola bilər. Uzun müddətli xroniki infeksiyaların uğurlu müalicəsindən sonra dırnağın forması bəzən dəyişir.
Uzun müddətli neytropeniya ilə xəstələrdə kandidoz infeksiyaların profilaktikası: dərman vasitəsi 200-400 mq dozada istifadə olunmalıdır. Müalicə gözlənilən neytropeniya yaranmasından bir neçə gün əvvəl başlamalı və neytrofillərin sayının 1000/mm3-dən çox artmasından sonra 7 gün ərzində davam etdirilməlidir.
Yaşlı xəstələr
Dərman vasitəsinin dozası böyrəklərin vəziyyətindən asılı olaraq seçilməlidir.
Böyrək çatışmazlığı olan xəstələr
Birdəfəlik tətbiq zamanı dozaya düzəliş tələb olunmur. Böyrək funksiyasının pozulması olan xəstələr (uşaqlar da daxil olmaqla) dərman vasitəsini təkrar istifadə edərkən müalicənin ilk günündə göstərişlərdən asılı olaraq dərmanı 50-400 mq dozada istifadə etmək lazımdır. Bundan sonra (göstərişlərdən asılı olaraq) sutkalıq doza kreatinin klirensindən asılı olaraq təyin olunur: Kreatinin klirensi 50 ml/dəq-dən yuxarı olduqda tövsiyə edilən dozanın 100%-i tətbiq olunur.Kreatinin klirensi 50 ml/dəq və ya daha aşağı olduqda (dializ aparılmayan xəstələrdə) doza 50% azaldılmalıdır.
Müntəzəm dializ alan xəstələrdə isə tövsiyə edilən dozanın 100%-i hər dializ seansından sonra verilir. Müntəzəm dializdə olan xəstələr hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni almalıdırlar. Dializ aparılmadığı gün xəstə kreatinin klirensindən asılı olaraq düzəldilmiş bir doza almalıdır.
Qaraciyər çatışmazlığı
Qaraciyər funksiyasının pozulması olan xəstələr haqqında məlumatlar məhduddur, buna görə də qaraciyər funksiyası pozulmuş xəstələrə flukonazol ehtiyatla təyin olunmalıdır.
Uşaqlar
Uşaqlarda gündə 400 mq təşkil edən maksimal dozanı artırmaq olmaz. Böyüklərdə oxşar infeksiyalarda olduğu kimi, müalicənin davametmə müddəti də klinik və mikoloji reaksiyadan asılıdır.
Flukonazol birdəfəlik sutkalıq doza şəklində qəbul olunur.
Böyrək funksiyasının pozulması olan uşaqlar üçün dərmanın dozası aşağıda göstərilmişdir. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası tədqiq olunmayib. Yenidoğulmuşlar, körpələr və uşaqlarda (28 gündən 11 yaşa qədər) preparat aşağıdakı göstərişlər üzrə tətbiq olunur. Selikli qişaların kandidozu zamanı başlanğıc doza 6 mq/kq, sonrakı doza isə sutkada 1 dəfə 3 mq/kq təşkil edir. Stabil səviyyənin daha tez əldə edilməsi məqsədilə ilkin doza müalicənin birinci günündə istifadə oluna bilər.İnvaziv kandidoz və kriptokokk meningiti zamanı dozalanma sutkada 1 dəfə 6–12 mq/kq təşkil edir və doza xəstəliyin ağırlığından asılı olaraq seçilir. Yüksək qayıtma riski olan uşaqlarda kriptokokk meningitinin təkrarlanmasının qarşısının alınması üçün dəstəkləyici müalicə məqsədilə preparat sutkada 1 dəfə 6 mq/kq dozada təyin olunur; doza xəstəliyin ağırlığına görə müəyyən edilir. Zəifləmiş immuniteti olan xəstələrdə Candida infeksiyalarının profilaktikası üçün isə preparat sutkada 1 dəfə 3–12 mq/kq dozada istifadə olunur və dozalanma induksiya olunmuş neytropeniyanın dərəcəsi və müddətindən asılı olaraq tənzimlənir. Yeniyetmələr (12-17 yaş)
Çəkidən və pubertal inkişafdan asılı olaraq, dərmanı təyin edən həkim hansı dozanın (böyüklər və ya uşaqlar üçün) ən uyğun olduğunu müəyyən etməlidir. Klinik məlumatlar uşaqlarda flukonazol klirensinin böyüklərdən daha yüksək olduğunu göstərir. Müqayisə edilə bilən sistemli nəticələri əldə etmək üçün böyüklər üçün 100, 200 və 400 mq dozalar uşaqlarda 3, 6 və 12 mq/kq dozalara uyğundur.
Uşaqlarda genital kandidozda istifadənin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Buna baxmayaraq, genital kandidozun müalicəsi lazım olduqda, doza böyüklərin üçün doza ilə eyni olmalıdır.
Vaxtında doğulmuş yenidoğulmuşlar (0-27-ci günə qədər):
Yenidoğulmuşun orqanizmi flukonazolu ləng xaric edir. Vaxtında doğulmuş yenidoğulmuşlarda (0–14 günə qədər) dozalanma yenidoğulmuşlar, körpələr və uşaqlar üçün tövsiyə olunan eyni mq/kq doza əsasında aparılır və preparat hər 72 saatdan bir qəbul olunmalıdır. Bu yaş qrupunda hər 72 saat üçün maksimal doza 12 mq/kq-dan artıq olmamalıdır.
Vaxtında doğulmuş yenidoğulmuşlarda (15–27 günə qədər) isə yenidoğulmuşlar, körpələr və uşaqlar üçün tövsiyə edilən eyni mq/kq doza tətbiq edilir, lakin preparat hər 48 saatdan bir qəbul olunmalıdır. Bu dövrdə də hər 48 saat üçün maksimal doza 12 mq/kq-dan artıq artırılmamalıdır. Dərman vasitəsi daxilə qəbul edilir. Qida qəbulundan asılı olmayaraq tabletlər tam şəkildə udulmalıdır.