Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FLUKONAZOL 150MG N1 TB (UKR)

Məhsul Kodu : 111-24869
İstehsalçı ölkə: Hindistan
0,64 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLUKONAZOL, örtüklü tabletlər

FLUKONAZOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq, 100 mq və ya 150 mq flukonazol vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilir - kriptokokk mənşəli meningit; - koksidioidoz; - invaziv kandidozlar; - ağız-udlaq kandidozu daxil olmaqla, selikli qişaların kandidozları, qida borusu kandidozu, kandiduriya, dərinin və selikli qişaların xroniki kandidozu; - xronik atrofik kandidoz (diş protezlərinin istifadəsi nəticəsində əmələ gələn kandidoz), yerli stomatoloji gigiyenik vasitələr effektiv olmadıqda; - yerli müalicə münasib olmadıqda, kəskin və ya residivləşən vaginal kandidoz; - yerli müalicə münasib olmadıqda, kandidoz balanit; - sistem müalicə münasib olmadıqda, pəncələrin mikozu, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu daxil olmaqla, dermatomikozlar, əlvan dəmrov və dərinin kandidoz infeksiyaları; - digər dərman preparatlarının istifadəsi münasib olmadıqda, dermatofit onixomikoz. Böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikası üçün istifadə edilir - inkişafetmə riski yüksək olan pasiyentlərdə kriptokokk meningitin residivi; - İİV infeksiyası zamanı inkişafetmə riski yüksək olan pasiyentlərdə ağız-udlaq və qida borusu kandidozunun residivi; - vaginal kandidoz residivlərinin tezliyinin aşağı düşməsi (ildə 4 dəfə və ya daha çox hal); - uzunmüddətli neytropeniyadan əziyyət çəkən pasiyentlərdə (məsələn, qanın bədxassəli xəstəlikləri zamanı kimyəvi terapiya qəbul edən pasiyentlər və ya hemopoetik kötük hüceyrələrin transplantasiyası aparılan pasiyentlər), kandidoz infeksiyaların profilaktikası. Uşaqlar Uşaqlar üçün preparatı adətən, 5 yaşından sonra istifadə etmək mümkündür. Uşaqlar üçün flukonazolu aşağıdakı hallarda istifadə etmək olar: selikli qişaların kandidozları (ağız-udlaq kandidozu, qida borusu kandidozu), invaziv kandidozlar, kriptokokk meningit və immuniteti aşağı olan pasiyentlərdə kandidoz infeksiyaların profilaktikası.

Preparat, kriptokok mənşəli meningitin inkişafetmə riski yüksək olan uşaqlarda residivlərin profilaktikası üçün dəstəkləyici müalicə vasitəsi kimi istifadə edilir. Müalicəni kultural və laborator tədqiqatların nəticələrini əldə etməzdən əvvəl başlamaq olar; nəticələri əldə olunandan sonra antibakterial terapiyanı müvafiq şəkildə korreksiya etmək lazımdır.

Əks göstərişlər

-flukonazola, digər azol birləşmələrə və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq; - sutkada 400 mq və daha çox dozalarda dəfələrlə təkrar flukonazol qəbul edən pasiyentlərdə, flukonazol və terfenadinin preparatlarının eyni zamanda istifadəsi (dəfələrlə təkrar istifadə zamanı qarşılıqlı təsirin tədqiqinin nəticələrinə əsasən); - QT intervalının uzanmasına səbəb olan və CYP3A4 fermenti vasitəsilə metabolizmə uğrayan dərman preparatlarının (məsələn, sizaprid, astemizol, pimozid, xinidin və eritromisin) flukonazol ilə eyni zamanda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I-ci trimestrinin gedişində bir neçə yüz hamilə qadınlarda flukonazolun adi dozalarda (sutkada < 200 mq) birdəfəlik və ya dəfələrlə təkrar istifadəsi ilə aparılan tədqiqatdan alınan məlumatlar, preparatın dölə arzuolunmayan heç bir effektini nümayiş etdirməmişdir. Koksidioidozun müalicəsi üçün ən azı 3 ay və daha çox müddət ərzində flukonazolu yüksək dozalarda (sutkada 400-800 mq) qəbul edən anaların yenidoğulmuş körpələrində çoxsaylı anadangəlmə patologiyaların (bardifreniya, xarici qulağın displaziyası, ön əmgəyin həddindən artıq böyüməsi, budun əyilməsi, çiyin-dirsək oynağının sinostozu daxil olmaqla) olması barədə məlumatlar var. Bu halların flukonazol istifadəsi ilə əlaqəsi müəyyən edilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlar, flukonazolun reproduktiv toksikliyini nümayiş etdirib.

Hamiləlik dövründə həddindən artıq zərurət yarandığı hallar istisna olmaqla, flukonazolun adi dozalarını və qısamüddətli müalicə kurslarını təyin etmək olmaz. Hamiləlik dövründə, həyat üçün potensial təhlükəli infeksiyaların müalicəsi istisna olmaqla, flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli müalicə kursları ilə istifadə etmək olmaz. Flukonazol ana südünə nüfuz edir və burada əldə olunan konsentrasiyası qan plazmasında olan konsentrasiyadan daha aşağı olur. Flukonazolu adi 200 mq və daha aşağı dozada birdəfəlik istifadə etdikdən sonra, ana südü ilə qidalanmanı davam etdirmək olar.

Flukonazolu yüksək dozalarda və ya dəfələrlə təkrar istifadə etdikdə, ana südü ilə qidalanma tövsiyə olunmur. Uşaqlar Uşaqlar üçün preparatı 5 yaşından sonra istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlr aparılmayıb. Pasiyenləri, preparatın istifadəsi nəticəsində inkişaf edə biləcək başgicəllənmə və ya qıcolmalar barədə məlumatlandırmaq lazımdır. Preparatla müalicə zamanı bu cür simptomlar müşahidə edilən pasiyentlərə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

FLUKONAZOL istifadə qaydası və dozası

Flukonazolun sutkalıq dozası göbələk infeksiyasının növündən və ağırlıq dərəcəsindən asılıdır. Vaginal kandidozun əksər halları üçün preparatın birdəfəlik istifadəsi kifayət edir. Praparatın dəfələrlə təkrar istifadəsi üçün zərurət yarandıqda, infeksiyaların müalicəsini göbələk infeksiyasının aktivliyinin klinik və laborator təzahürlərinin tamamilə aradan qalxmasına qədər davam etdirmək lazımdır. Müalicənin davametmə müddətinin kifayət qədər olmaması, aktiv infeksion prosesin yenidən təkrarlanmasına gətirib çıxara bilər.

Preparat peroral və ya venadaxili infuziya şəklində istifadə olunur. Preparatın istifadə qaydası pasiyentin klinik vəziyyətindən asılıdır. Preparatın istifadə yolunun peroral qəbuldan vena daxilinə yeridilməyə və əksinə dəyişdikdə, sutkalıq dozanın dəyişməsi tələb olunmur. Tabletləri bütöv qəbul etmək lazımdır.

Preparatın istifadəsi qida qəbulundan asılı deyil. Böyüklər üçün Kriptokokkoz Kriptokokk meningitin müalicəsi: birinci gün yükləyici doza 400 mq təşkil edir. Dəstəkləyici doza sutkada 200-400 mq təşkil edir. Müalicənin müddəti adətən 6-8 həftədən az olmur.

Həyat üçün təhlükəli infeksiyalar olduqda, sutkalıq dozanı 800 mq-a qədər artırmaq olar. Inkişaf etmə riski yüksək olan pasiyentlərdə kriptokokk meningitin residivlərinin profilaktikası üçün dəstəkləyici terapiya: preparatın tövsiyə olunan dozası sutkada 200 mq təşkil edir, bu zaman müalicənin müddətinə məhdudiyyət qoyulmur. Koksidioidoz Tövsiyə olunan doza sutkada 200-400 mq təşkil edir. Pasiyentin vəziyyətindən asılı olaraq, müalicənin müddəti 11-24 ay və daha artıq ola bilər.

İnfeksiyanın bəzi formalarının müalicəsi üçün, xüsusilə meningitin müalicəsi üçün, preparatı sutkada 800 mq dozada istifadə etmək məqsədəuyğun ola bilər. İnvaziv kandidozlar Birinci gün yükləyici doza 800 mq təşkil edir. Dəstəkləyici doza sutkada 400 mq təşkil edir. Kandidemiyanın adətən tövsiyə olunan müalicə müddəti, qan kulturunun ilk mənfi nəticələri əldə olunduqdan və xəstəliyin əlamətləri və kandidemiyanın simptomları aradan qalxdıqdan sonra 2 həftədir.

Selikli qişaların kandidozu Ağız-udlaq kandidozu: birinci gün yükləyici doza 200-400 mq təşkil edir, dəstəkləyici doza sutkada 100-200 mq-dır. Müalicənin davametmə müddəti 7-21 gün (remissiya əldə olunana qədər) təşkil edir, lakin, ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar. Qida borusu kandidozu: müalicənin birinci günü yükləyici doza 200-400 mq təşkil edir, dəstəkləyici doza sutkada 100-200 mq-dır. Müalicə müddəti 14-30 gündür (remissiya əldə olunana qədər), lakin, ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar.

Kandiduriya: tövsiyə olunan doza 7-21 gün müddətində sutkada 200-400 mq təşkil edir. Ağır dərəcəli immunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə müalicə müddətini uzatmaq olar. Xronik atrofik kandidoz: tövsiyə olunan doza 14 gün müddətində sutkada 50 mq təşkil edir. Dərinin və selikli qişaların xroniki kandidozu: tövsiyə olunan doza sutkada 50-100 mq təşkil edir.

Müalicə müddəti 28 gün təşkil edir, lakin, infeksiyanın növündən və ağırlıq dərəcəsindən və ya immunitetin aşağı düşməsindən asılı olaraq, müalicə müddətini uzatmaq olar. Selikli qışaların kandidozunun inkişaf etmə riski yüksək olan İİV-infeksiyasından əziyyət çəkən pasiyentlərdə residivlərin qarşısının alınması Ağız-udlaq kandidozu, qida borusu kandidozu: tövsiyə edilən doza sutkada 100-200 mq və ya həftədə 3 dəfə 200 mq təşkil edir. İmmuniteti aşağı olan pasiyentlər üçün müalicə müddəti məhdudlaşdırılmır. Uzunmüddətli neytropeniyadan əziyyət çəkən pasiyentlərdə kandidoz infeksiyaların profilaktikası Tövsiyə olunan doza 200-400 mq təşkil edir.

Müalicəni gözlənilən neytropeniya inkişaf etməmişdən bir neçə gün əvvəl başlamaq və qanda neytrofillərin miqdarı 1000/mm3-dən artıq olduqdan sonra, 7 gün ərzində davam etdirmək lazımdır. Genital kandidozlar Kəskin vaginal kandidoz, kandidoz balanit: tövsiyə olunan doza, birdəfəlik qəbul üçün 150 mq təşkil edir. Residivləşən vaginal kandidozların müalicəsi və profilaktikası (ildə 4 dəfə və ya daha çox hallar): tövsiyə olunan doza, 3 gündə 1 dəfə 150 mq təşkil edir. Ümumi 3 doza (1-ci gün, 4-cü gün və 7-ci gün) istifadə etmək lazımdır.

Bundan sonra 6 ay müddətində həftədə 1 dəfə 150 mq dəstəkləyici doza istifadə etmək lazımdır. Dermatomikozlar Pəncələrin mikozu, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu, dərinin kandidoz infeksiyaları: tövsiyə olunan doza həftədə 1 dəfə 150 mq və ya sutkada 1 dəfə 50 mq təşkil edir. Müalicə müddəti 2-4 həftə təşkil edir. Pəncə mikozunun müaicəsi 6 həftəyə qədər davam edə bilər.

Əlvan dəmrov: tövsiyə olunan doza 1-3 həftə müddətində həftədə 1 dəfə 300-400 mq təşkil edir. Dermatofit onixomikoz: tövsiyə olunan doza həftədə 1 dəfə 150 mq təşkil edir. İnfeksiyalaşmış dırnağın əvəzinə sağlam dırnaq çıxmayana qədər müalicə davam etdirmək lazımdır. Əllərdə və ayaqların baş barmağlarında sağlam dırnağın çıxması üçün müvafiq olaraq 3-6 ay və 6-12 ay vaxt tələb olunur.

Lakin, dırnaqların uzanma sürəti hər pasiyent üçün müxtəlifdir və pasiyentin yaşından asılıdır. Dırnaqların xroniki infeksiyalarının uzunmüddətli müvəffəqiyyətli müalicəsindən sonra belə dırnağın forması dəyişilmiş qala bilər. Uşaqlar Uşaqlar üçün preparatı adətən, 5 yaşından sonra istifadə etmək olar. 400 mq olan maksimal sutkalıq dozanı aşmaq olmaz.

Böyüklərdə analoji infeksiyalarda olduğu kimi, müalicənin müddəti kilnik və mikoloji cavabdan asılıdır. Flukonazol sutkada 1 dəfə istifadə olunur. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən uşaqlar üçün preparatın dozalanması aşağıda göstərilir. Böyrək çatışmazlığından əziyyət çəkən uşaqlarda flukonazolun farmakokinetikası tədqiq olunmayıb.

Yaşı 12-dən yuxarı olan uşaqlar Uşağın bədən kütləsindən və pubertat inkişafından asılı olaraq, həkim pasiyent üçün (böyüklər üçün və ya uşaqlar üçün) preparatın optimal dozasını seçməlidir. Böyüklərlə müqayisədə uşaqlarda flukonazolun klirensi daha yüksəkdir. Flukonazolun böyüklərdə 100, 200 və 400 mq dozalarda və uşaqlarda bədən kütləsinin hər kq-na 3, 6, 12 mq dozalarda istifadəsi, sistem ekspozisiyanın müqayisə edilə biləcək həddinə gətirib çıxarır. Preparatın uşaqlarda istifadəsi barədə əsaslı məlumatın olmasına baxmayaraq, genital kandidozların müalicəsi üçün preparatın istifadə effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib.

Yeniyetmələrdə (12 yaşdan 17 yaşa kimi) prepartın istifadəsi üçün zərurət yarandıqda, böyüklər üçün adi dozalardan istifadə etmək lazımdır. Yaşı 5-dən 12-yə qədər olan uşaqlar Selikli qişaların kandidozları: başlanğıc doza bədən kütləsinin hər kq-na sutkada 6 mq təşkil edir; dəstəkləyici doza bədən kütləsinin hər kq-na sutkada 3 mq-dır. Tarazlıq konsentrasiyasının sürətlə əldə olunması məqsədilə, müalicənin birinci günü başlanğıc dozanı təyin etmək olar. İnvaziv kandidozlar, kriptokok meningit: xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 6-12 mq təşkil edir.

Kriptokok meningitin inkişaf etmə riski yüksək olan uşaqlarda residivlərin qarşısının alınması üçün dəstəkləyici terapiya: xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 6 mq təşkil edir. İmmunçatışmazlığından əziyyət çəkən pasiyentlərdə kandidozların profilaktikası: induksiyaolunmuş neytropeniyanın şiddətindən və davam etmə müddətindən asılı olaraq, preparatın dozası bədən kütləsinin hər kq-na sutkada 3-12 mq təşkil edir (böyüklər üçün dozalara bax). Yaşlı pasiyentlər Doza, böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilir (aşağı bax). Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Birdəfəlik istifadə zamanı flukonazolun dozasını korreksiya etmək lazım deyil.

Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə (o cümlədən, uşaqlara) preparatın dəfələrlə təkrar yeridilməsi tələb olunduqda göstərişlərdən asılı olaraq, müalicənin birinci günü 50-400 mq başlanğıc doza istifadə etmək lazımdır. Bundan sonra sutkalıq dozanı (göstərişlərdən asılı olaraq) aşağıdakı cədvələ müvafiq hesablamaq lazımdır: Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100 % < 50 (dializ aparılmadan) 50% Müntəzəm dializ Hər dializ prosedurasından sonra 100% Müntəzəm dializ müalicəsində olan pasiyentlər, hər dializ prosedurasından sonra tövsiyə olunan dozanın 100 %-ni qəbul etməlidirlər. Dializ aparılmayan gün, kreatinin klirensinin səviyyəsindən asılı olaraq, korreksiya olunmuş dozadan istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə flukonazolun istifadəsi barədə kifayət qədər məlumat olmadığını nəzərə alaraq, bu kateqoriyadan olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.