Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Flukonazol Nelson 150MG N1 kapsul

Məhsul Kodu : 111-20085
0,42 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLUKONAZOL NELSON

 oral kapsullar

FLUKONAZOL Tərkibi,Təsiredici maddə:

1 kapsulda 150 mq flukonazol vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, iki əsaslı kalsium fosfat, povidon K 30, kalium polakrilin, təmizlənmiş talk, kolloidal silisium dioksid.

İstifadəsinə göstərişlər:

 Flukonazol 150 mq kapsul kəskin və residiv kandidoz vaginitin və kandidoz balanitin müalicəsi üçün göstərişdir, yerli terapiya uyğun olmadıqda.

Əks göstərişlər:

 Flukonazola, köməkçi maddələrdən hər hansı birinə və ya digər azol birləşmələrinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə flukonazolun istifadəsi əks göstərişdir. Çoxsaylı dozanın qarşılıqlı təsirinin tədqiqinin nəticələrindən asılı olaraq, flukonazolu gündə 400 mq və ya daha yüksək dozalarda olmaqla, çox sayda alan pasiyentlərdə terfenadinin yanaşı istifadəsi əks göstərişdir. QT-intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 vasitəsilə metabolizə olunan sizaprid, astemizol, pimozid, xinidin və eritromisin kimi digər dərman preparatlarının flukonazol qəbul edən pasiyentlər tərəfindən yanaşı istifadə edilməsi əks göstərişdir. Flukonazol porfiriyası olan pasiyentlərdə istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Müşahidəedici tədqiqat hamiləliyin birinci trimestrində flukonazolla müalicə almış qadınlarda yüksək spontan düşük riskinin olduğu müəyyən edilmişdir. Anaları minimum üç ay və ya daha çox müddət ərzində koksidioidimikoza görə flukonazolun yüksək dozaları ilə (gündə 400-800 mq) müalicə almış körpələrdə çoxsaylı anadangəlmə anomaliyalar (braxisefaliya, qulaqların displaziyası, nəhəng ön əmgək, budun əyilməsi və radiohumoral sinostoz daxil olmaqla) barədə məlumat verilmişdir. Bu hallarla flukonazolun istifadəsi arasında bağlılıq aydın deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar standart dozalarda flukonazolun reproduktiv toksikiyə malik olduğunu göstərmişdir və əgər aşkar zərurət olmazsa, hamiləlik dövründə qısamüddətli müalicə metodlarından istifadə edilməməlidir. Həyat üçün potensial təhlükəli infeksiyalar istisna olmaqla, flukonazol hamiləlik dövründə yüksək dozalarda və/və ya uzunmüddətli rejimlərdə istifadə edilməməlidir. Laktasiya dövrü Flukonazolana südündə plazma konsentrasiyasına oxşar konsentrasiyada olur, ona görə də onun laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

İstifadə qaydası və dozası:

 Flukonazoldaxilə qəbul edilir. Böyüklər (16 - 60 yaş) Bir kapsul bütöv halda udulmalıdır. Uşaqlar (16 yaşa qədər) Uşaqlarda istifadəsi tövsiyə olunmur. Yaşlılar 60 yaşdan yuxarı pasiyentlərdə istifadəsi tövsiyə olunmur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan pasiyentlərdə bir doza ilə müalicə üçün xüsusi dozalanma rejimi yoxdur.

Prepared by  T-Soft E-Commerce.