Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid (Aerosil 200), maqnezium stearat, natrium laurilsulfat. Kapsulun xarici qişasının tərkibi: indiqokarmin FD&C mavi 2 (E132) (50 mq), azorubin (E122) (150 mq), titan dioksid (E171), jelatin.
İstifadəsinə göstərişlər:
Kriptokokk meningiti. - Koksidioidomikoz. - İnvaziv kandidoz. - Orofarinqeal, ezofaqeal kandidoz daxil olmaqla selikli qişaların kandidozu, kandiduriya və selikli qişanın-dərinin xroniki kandidozu. - Xroniki oral atrofik kandidoz (diş protezlərindən istifadə zamanı), diş gigiyenası və yerli müalicə yetərli olmadıqda. - Vaginal kandidoz, kəskin və residivləşən (yerli müalicə uyğun olmadıqda). - Kandida mənşəli balanit (yerli müalicə uyğun olmadıqda). - Dermatomikozlar (tinea pedis, tinea corporis, tinea cruris, tinea versicolor) və dərinin kandida infeksiyaları, sistem müalicə göstəriş olduqda. Flunol® həmçinin böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikasında istifadə olunur: - Residiv riski yüksək olan pasiyentlərdə kriptokokk meningitinin residivinin profilaktikası. - - - İİV-ə yoluxmuş və residiv riski yüksək olan pasiyentlərdə orofarinqeal və ezofaqeal kandidozun profilaktikası. Vaginal kandidozun tez-tez təkrarlanan residivlərinin (ildə 4 dəfə və ya çox) azaldılması. Uzunmüddətli neytropeniyası olan (kimyaterapiya alan hematoloji maliqnizasiyalı xəstələr və ya hemopoetik kök hüceyrələrin transplantasiyası olan xəstələr) pasiyentlərdə kandida infeksiyalarının profilaktikası. Flunol® həmçinin vaxtında doğulmuş körpələrdə, uşaqlarda və 17 yaşadək yeniyetmələrdə aşağıdakı göstərişlərdə istifadə oluna bilər: - - - Selikli qişa kandidozu (orofarinqeal, ezofaqeal), invaziv kandidoz, kriptokokk meningitinin müalicəsi. İmmunosupressiv xəstələrdə kandida mənşəli infeksiyaların profilaktikası. Residiv riski yüksək olan uşaqlarda kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün dəstəkləyici müalicə.
Əks göstərişlər:
Flukonazola və oxşar azol törəmələrinə, həmçinin köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Gündə 400 mq və daha yüksək dozada flukonazolun təkrar qəbulu zamanı terfenadinin yanaşı istifadəsi. QT intervalını uzadan və CYP3A4 ilə metabolizm olunan sizaprid, astemizol, pimozid, xinidin, eritromisinlə yanaşı istifadə.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Həyat üçün təhlükəli olan infeksiyalar istisna olmaqla, hamiləlik dövründə əks göstərişdir. Flukonazol ana südünə keçir və konsentrasiyası plazmadakından daha az olur. Birdəfəlik 200 mq-a qədər doza qəbulundan sonra ana südü ilə qidalandırma davam etdirilə bilər. Uzunmüddətli və yaxud yüksək dozalarda müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Qəbul qaydası Qida qəbulundan asılı olmayaraq kapsul bütov halda udulmalıdır. - Kriptokokk meningiti: ilkin doza birinci gün 400 mq təşkil edir, sonrakı doza gündə 200400 mq. Adətən müalicə müddəti minimum 6-8 həftə təşkil edir. Həyat üçün təhlükəli infeksiyalarda gündəlik doza 800 mq-a çatdırıla bilər. Yüksək residiv riski olan pasiyentlərdə dəstəkləyici müalicə qeyri-müəyyən müddətə gündə 200 mq təşkil edir. - - - Koksidioidomikoz: 200-400 mq. Pasiyentin vəziyyətindən asılı olaraq 11 aydan 24 ayadək və ya daha çox. Bəzi infeksiyalar üçün və xüsusən meningit üçün gündəlik təyinat 800 mq dozaya qədər çatdırıla bilər. İnvaziv kandidoz: ilkin doza müalicənin birinci günü 800 mq təşkil edir, sonrakı doza – 400 mq/gün. Kandidemiya üçün tövsiyə olunan müalicə müddəti qan kulturasının ilk neqativ cavabından sonra və kandidemiyanın simptom və əlamətlərinin aradan qalxmasından sonra 2 həftədir. Selikli qışaların kandidozu. Orofarinqeal kandidoz: ilkin doza müalicənin birinci günü 200-400 mq təşkil edir. Sonrakı doza gündəlik 100-200 mq təşkil edir. Müalicə müddəti 7-21 gün təşkil edir (orofarinqeal kandidozun remissiyasına qədər). İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Ezofageal kandidoz: ilkin doza müalicənin birinci günü 200-400 mq təşkil edir. Sonrakı doza gündəlik 100-200 mq təşkil edir. Müalicə müddəti 14-30 gün təşkil edir (ezofageal kandidozun remissiyasına qədər). İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Kandiduriya: gündəlik 200-400 mq. Müalicə müddəti 7-21 gün təşkil edir. İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Xronik atrofik kandidoz: gündəlik 50 mq olmaqla müalicə müddəti 14 gün təşkil edir. Selikli qişanın-dərinin xroniki kandidozu: gündəlik 50-100 mq. Müalicə müddəti 28 günə qədər təşkil edir. İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. - İİV-ə yoluxmuş və yüksək residiv risk qrupuna aid olan pasiyentlərdə orofaringeal və ezofageal kandidozun profilaktikası: gündəlik 100-200 mq və yaxud həftədə 3 dəfə 200 mq. Zəif immun cavabı olan pasiyentlərdə müalicə müddəti qeyri-müəyyəndir. - - Genital kandidoz: Kəskin vaginal kandidoz və kandida mənşəli balanit: birdəfəlik doza 150 mq. Təkrarlanan vaginal kandidozun müalicəsi və profilaktikası (ildə 4 dəfə və daha çox baş verən genital kandidoz): müalicənin hər üçüncü günü 150 mq cəmi 3 doza (1, 4 və 7-ci gün). Dəstəkləyici doza həftədə 150 mq olaraq 6 ay ərzində verilir. Dəri mikozları (tinea pedis, tinea corporis, tinea cruris, Candida infeksiyaları): həftədə 150 mq və ya gündəlik 50 mq təşkil edir. Müalicə müddəti 2-4 həftə təşkil edir. Tinea pedis xəstəliyinin müalicəsini 6 həftəyə qədər davam etdirmək tələb oluna bilər. Tinea versicolor: həftədə bir dəfə 300-400 mq 1-3 həftə ərzində və yaxud gündəlik 50 mq 2-4 həftə ərzində. Tinea unguium (onixomikoz) həftədə 150 mq. Müalicə infeksiyaya yoluxmuş dırnağın yenisi ilə əvəz olunana qədər davam etdirilməlidir. Yeni dırnağın çıxması adətən əl barmaqlarınında 3-6 ay və ayaq barmaqlarında 6-12 ay təşkil edir. Dırnağın inkişafı yaş və individual göstəricilərdən asılı olaraq fərqlənə bilər. Bəzən uzun sürən xroniki infeksiyalarda müalicədən sonra dırnağın formasında dəyişiklik ola bilər. - Uzunmüddətli neytropeniyası olan pasiyentlərdə kandida infeksiyaların profilaktikası: 200400 mq gündə 1 dəfə. Müalicə gözlənilən neytropeniyadan bir neçə gün əvvəl başlanılır və neytropeniya keçdikdən sonra 7 gün davam etdirilir (neytrofillərin sayı 1000 mm3-dən çox olduqda). Xüsüsi qrup pasiyentlər Yaşlı insanlar Yaşlı insanlarda dozalanma böyrək funksiyasını nəzərə almaqla hesablanmalıdır. Böyrək çatışmazlığı Birdəfəlik doza ilə müalicə zamanı dozaya düzəliş tələb olunmur. Böyrək çatışmazlığı olan və flukonazolun bir neçə dozasını qəbul edəcək pasiyentlərdə (uşaqlar daxil olmaqla) başlanğıc doza 50400 mq təşkil edir (müvafiq göstərişdə tövsiyə olunan gündəlik dozaya əsasən müəyyən edilməlidir).