Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda (2 ml) 0,5 mq və ya 2 mq flutikazon propionat vardır.
ASTMA və xroniki obstruktiv bronxit FLUTİZON ağciyərlərə əhəmiyyətli dərəcəli iltihab əleyhinə təsir göstərmək xüsusiyyətinə malikdir. Dərman preparatı əvvəllər yalnız bronxodilatatorlarla və ya digər profilaktik müalicə ilə birlikdə müalicə almış xəstələrdə astma simptomlarını zəiflədir və onların kəskinləşməsinin qarşısını alır. Nisbətən qısamüddətli simptomlar tez-təsirli bronxodilatatorların köməyi ilə yüngülləşdirilə bilər, lakin daha uzunmüddətli simptomlar zamanı iltihabı aradan qaldırılmaq üçün ən qısa müddətdə kortikosteroid müalicəsinin aparılması tələb olunur. 16 yaşdan yuxarı uşaqlar və böyüklər Ağır astmanın profilaktikası.
(Yüksək inhalyasiya dozası və ya daxilə qəbul olunan kortikosteroid müalicəsi tələb olunan xəstələrdə): Astma simptomlarını aradan qaldırmaq üçün sistem kortikosteroidlərdən istifadə edən xəstələr FLUTİZON-dan istifadə etməyə başladıqdan sonra daxilə qəbul edilən kortikosteroidlərdən asılılığı ciddi şəkildə azaldacaq və ya tamamilə aradan qaldıra bilərlər. Astma tutmalarının kəskinləşməsinin müalicəsi:Dozalaşdırılmış kompressor inhalyatoru və ya toz inhalyatoru vasitəsilə tələb olunan dozanı daha asanlıqla istifadə etmək mümkündür. • 4-16 yaşlı uşaqlar və yeniyetmələr Kəskin astma simptomlarının müalicəsi: Dozalaşdırılmış təzyiq altında olan inhalyatoru və ya toz inhalyatoru ilə tələb olunan dozanı daha asanlıqla istifadə etmək mümkündür.
Dərman preparatının tərkibinə daxil olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq göstərən insanlarda FLUTİZON istifadə edilməməlidir. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Qısamüddətli inhalyasiya edilən beta-2-aqonistlərindən istifadənin artması astma simptomlarına nəzarətin pisləşdiynə işarə edir. Bu halda müalicəyə yenidən baxılmalı və lazım gələrsə, dəyişikliklər edilməlidir. Astmanın qəflətən və sürətlə pisləşməsi insan həyatı üçün təhlükə yaradır.
Buna görə də, istifadə olunan kortikosteroid dozası artırılmalıdır. Risk altında olan xəstələrdə gündəlik maksimal nəfəs axını süərtinin səviyyəsi nəzarət altında saxlanmalıdır. İnhalyasiya edilən kortikosteroid xüsusilə yüksək dozada və uzun müddət qəbul edildikdə, orqanizmə sistem təsir göstərə bilər; bu təsirlərin kortikosteroidin daxilə qəbul edildiyi hallarla müqayisədə baş verməsi ehtimalı əhəmiyyətli dərəcədə azdır. (bax: “doza həddinin aşılması”).
Dərman preparatının insan orqanizminə mümkün mənfi təsirlərinə Kuşinq sindromu, Kuşinqoid əlamətləri, böyrəküstü vəzilərinin boğulması, uşaq və yeniyetmələrdə boyatmanın ləngiməsi, sümüyün mineral sıxlığının azalması, katarakta və qlaukoma daxildir. Buna görə də inhalyasiya olunan kartikosteroid dozasının terapevtik fayda verən minimuma endirilməsi çox vacibdir (bax: “Əlavə təsirləri”). İnhalyasiya olunan kortikosteroidi uzun müddət istifadə edən uşaqların boy göstəricisinə mütəmadi olaraq nəzarət edilməsi tövsiyə edilir. Adrenal cavabın pozulması ehtimalı olduğuna görə,, daxilə qəbul olunan steroid müalicəsindən inhalyasiya yolu ilə FLUTİZON müalicəsinə keçən xəstələrə xüsusi diqqət yetirilməli və adrenokortikal funksiya daimi nəzarət altında saxlanmalıdır.
İnhalyasiya edilən FLUTİZON ilə müalicəyə başladıqdan sonra sistemik müalicənin dayandırılması tədricən aparılmalı və xəstələr özləri ilə astmanın kəskinləşdiyi anlarda əlavə müalicəyə ehtiyac ola biləcəyini göstərən kartlar gəzdirməlidirlər. Fövqəladə hallarda (cərrahiyyə əməliyyatı da daxil olmaqla) və streslə müşayiət olunan vəziyyətlərdə, xüsusilə uzun müddət yüksək dozalardan istifadə edən xəstələrdə böyrəküstü vəzin funksiyalarının pozulması halının mümkünlüyü nəzərə alınmalıdır. Bu hallarda, yaranmış klinik vəziyyətə uyğun olaraq əlavə kortikosteroid müalicəsinə müraciət oluna bilər (bax: “Doza həddinin aşılması). Analoji olaraq, steroidlərlə keçirilən sistem müalicənin inhalyasiya ilə əvəz edilməsi daha əvvəl sistem müalicənin nəzarətdə saxladığı rinit və ekzema kimi xəstəliklərin üzə çıxmasına səbəb ola bilər.
FLUTİZON -dan istifadə qəflətən dayandırılmamalıdır. Nadir hallarda qandakı qlükozanın artması hallarına rast gəlinmişdir və bu amil dərman preparatı anamnezində diabet olan xəstələrə təyin edilərkən nəzərə alınmalıdır. (bax: “Əlavə təsirləri”) İnhalyasiya üçün kortikoid müalicəsi təyin olunacaq aktiv və ya passiv tuberkulyoz (vərəm) xəstəliyindən əziyyət çəkən xəstələrə xüsusi diqqət göstərilməlidir. Satışdan sonra dərman haqqında gələn məlumatlara əsasən flutikazon propionat və ritonavir qəbul edən xəstələrdə bu dərmanların qarşılıqlı əlaqələrindən yaranan və Kuşinq sindromu və adrenal supressiya ilə nəticələnən qarşılıqlı təsirlər yaranır.
Buna görə də, terapevtik faydanın kortikosteroidlərlə sistemik müalicənin potensial riskindən yüksək olmadığı hallarda flutikazon propionat və ritonavirdən birgə istifadə etmək məsləhət görülmür. (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). İnhalyasiya ilə aparılan digər müalicələrdə olduğu kimi, bu dərman preparatının qəbul edilməsindən dərhal sonra paradoksal bronxospazm yarana bilər. Belə hallar inhalyasiya edilən sürətli təsirə malik bronxodilatatorlar vasitəsilə müalicə olunmalıdır.
Bu halda FLUTİZON-dan istifadə dərhal dayandırılmalı, xəstənin vəziyyəti qiymətləndirildikdən sonra lazım gələrsə alternativ müalicəyə müraciət olunmalıdır. Bronxospazmların kəskin simptomlarını aradan qaldırmaq üçün inhalyasiya edilən sürətli təsirə malik bronxodilatatorların tətbiqi (məs. salbutamol) tələb olunan hallarda FLUTİZON ilə monoterapiya aparılmamalıdır. FLUTİZON astmanın kəskinləşməsi zamanı iltihab əleyhinə gündəlik vasitə kimi nəzərdə tutulmuşdur.
Ağır astma xəstənin həyatı üçün təhlükə törədir, buna görə də mütəmadi tibbi nəzarətlə təmin edilməlidir. Belə ki, simptomların qəflətən kəskinləşməsi yüksək kortikosteroid dozaları qəbul etməyi zəruriləşdirə bilər. Bu isə yalnız tibbi nəzarət altında yerinə yetirilməlidir. FLUTİZON təcili vəziyyətlərdə inyeksiya və ya daxilə qəbul edilə biləcək kortikosteroidlərin əvəzedicisi kimi istifadə edilməməlidir.
FLUTİZON-la müalicə qəbul edən xəstələrə izah edilməlidir ki, əgər onların klinik vəziyyəti pisləşərsə, dərman prepratının dozasını və ya qəbul edilmə tezliyini artırmalı deyil, həkimə müraicət etməlidirlər. Uzun müddət üz örtüyü taxan xəstələrdə üz dərisinin atrofiyasının qarşısını almaq üçün nebullaşmış FLUTİZON qəbul edərkən müştükdən istifadə etmək lazımdır. Maskadan istifadə edilən hallarda dərman preparatının nüfuz etdiyi dərinin qorunması üçün qoruyucu kremdən istifadə etmək və istifadədən sonra üzü yumaq lazımdır. FLUTİZON-la aparılan uzunmüddətli müalicə tədricən azaldılmalıdır və qəflətən dayandırılmamalıdır.
Əgər buna ehtiyac varsa, yalnız klinik nəzarət altında yerinə yetirilməlidir.
Hamiləlik Hamilə qadınlarda istifadəsinə dair məluamtlar məhduddur.Hamiləlik dövründə FLUTİZON yalnız anaya verə biləcəyi faydanın uşağa göstərə biləcəyi ziyanı üstələdiyi halda təyin oluna bilər. Retrospektiv epidemioloji tədqiqatlara əsasən digər inhalyasion kortikosteroidlərlə müqayisədə hamiləliyin ilk trimestrində flutikazon propionatın təsiri nəticəsində əhəmiyyətli anadangəlmə qüsurların yaranma riski artmamışdır. Heyvanlar üzərində aparılan reprodukriv tədqiqatlar zamanı qlükokosteroidlərin yalnız məsləhət görülən dozadan yüksək dozalarda istifadəsi nəticəsində meydana çıxan təsirləri müəyyənləşdirilmişdir. Laktasiya Flutikazon propionatın ana südünə qarışmasını müəyyənləşdirə biləcək araşdırmalar aparılmamışdır.
Lakin laktasiya mərhələsində olan laboratiya siçovullarında ölçülə bilən plazma səviyyələri əldə edildikdə onların südündə flutikazon propionata rast gəlinib. Buna baxmayaraq, flutikazon propionatın məsləhət görülən dozada inhalyasiya yolu ilə qəbul edildiyi halda plazma səviyyəsinin yuxarı olmayacağı güman edilir. Laktasiya dövründə FLUTİZON yalnız anaya verə biləcəyi faydanın uşağa göstərə biləcəyi ziyanı üstələdiyi halda təyin oluna bilər. Fertillik İnsan fertilliyinə təsirinə dair məlumat yoxdur.
Heyvanlar üzərində aparılmış tədqiqatlar flutikazon propionatın və ya salmeterol ksinafoatın kişi və ya qadın fertilliyinə təsir etmədiyini təsdiq etmişdir.
yətinə təsiri FLUTİZON avtomobillərdən və digər mexanizmlərdən istifadə qabiliyyətinə təsir etmir.
Xəstələrə FLUTİZON -la aparılan müalicənin profilaktik xüsusiyyəti barədə məlumat verilməli və asimptomatik olsalar belə, müalicənin mütəmadi olaraq aparılmasının əhəmiyyəti izah edilməlidir. FLUTİZON-u həkim təyin etdiyi qaydada şırnaqlı nebulayzerin yaratdığı aerozol kimi qəbul edilir. Dərmanın orqanizmdə paylanmasına bir çox amilin təsir edə biləcəyi nəzərə alınaraq nebulayzer istehsalçısının təlimatlarına əməl edilməlidir. Ultrasəsli nebulayzerləri olan FLUTİZON istifadə etmək məsləhət görülmür.
Nebulayzerlə istifadə üçün nəzərdə tutulmuş FLUTİZON inyeksiya edilməməlidir. FLUTİZON daxilə inhalyasiya üçün nəzərdə tutulmuşdur və bu zaman müştükdən istifadə məsləhət görülür. Əgər ağız nahiyəsini bağlayan maskadan istifadə zəruridirsə, nazal inhalyasiyadan da istifadə etmək olar. Astma xəstələrinin müalicəsində maksimum nailiyyət müalicənin başlanmasından sonra 4-7 gün ərzində əldə edilə bilər.
Bununla yanaşı, FLUTİZON əvvəllər inhalyasiya yolu ilə steroid qəbul etməmiş xəstələrdə ilk istifadədən 24 saat sonra terapevtik fayda vermişdir. Əgər xəstə qısamüddətli bronxodilatatorla müalicənin tədricən öz faydasını itirdiyini müşahidə edərsə və ya daha çox sayda inhalyasiyalara ehtiyac yaranarsa tibbi nəzarət gücləndirilməlidir. Suspenziyanın kiçik miqdarda qəbulunu tətbiq etmək və ya qəbul etmə vaxtını uzatmaq məqsədilə nebullaşma üçün FLUTİZON suspenziyası istifadədən bilavasitə əvvəl natrium xlorid inyeksiyası ilə durulaşdırıla bilər. Adətən, nebulayzerlərdən daimi əsasda istifadə edildiyi üçün dərman praparatının ətraf mühitə yayılma ehtimalı yüksəkdir.
Buna görə də, FLUTİZON yaxşı ventilyasiya olunan otaqlarda istifadə olunmalıdır. Bu, xüsusilə bir neçə xəstənin eyni vaxtda nebulayzerlərina istifadə edə biləcək xəstəxana otaqlarına aiddir. Astma • Böyüklər və 16 yaşdan böyük yeniyetmələr Gündə iki dəfə 500-dən 2000 mikroqrama qədər • Uşaqlar və 4-16 yaşlı yeniyetmələr Gündə iki dəfə 1000 mikroqram. Xəstələrə xəstəliyin ağırlığına uyğun olaraq FLUTİZON-nun ilkin dozası verilməlidir.
Daha sonra fərdin müalicəyə cavabından asılı olaraq dozanın miq darı tənzimlənməli və ya faydalı olacaq minimum dozaya endirilməlidir. Astmanın kəskinləşməsindən sonra 7 günə qədər dozanı yuxarı həddə saxlamaq məsləhət görülür. Daha sonra dozanın miqdarı azaldılmalıdır.. • Xüsusi pasiyent qrupları Böyrək və ya qaraciyər çatışmazlığı olan yaşlı insanlar üçün dərman preparatının dozasında dəyişiklik etməyə ehtiyac yoxdur.
İstifadə ilə bağlı təlimatlar FLUTİZON-dan istifadə qaydaları İnhalyatordan istifadə barədə istehsalçının təlimatına uyğun istifadə edin Dərman p reparatının istifadədən əvvəl qarışdırılması çox mühümdür. Flakonu üfüqi vəziyyətdə tutub, ucuna çırtma vurun və silkələyin. Dərman prep aratı tamamilə qarışana qədər bunu bir neçə dəfə təkrar edin. Açmaq üçün flakonun yuxarı hissəsindəki qulpu fırladın.
Həll olunması Əgər tələb olunarsa, natium xloridlə durulaşdırın. İnhalyatorun içində qalan istifadə olunmamış suspenziyanı atın. Müştükdən istifadə etmək məsləhət görülür. Əgər üz üçün maskadan istifadə edilirsə, dəri qoruyucu kremdən istifadə etmək və ya sonra üzü yumaq məsləhət görülür.