Sevimlilərə əlavə edin
Paylaşın

Forlaks 10 g N20 Paket

Məhsul Kodu : 111-90066
İstehsalçı ölkə : Fransa
0 Şərh Şərh
8,99 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Forlaks, daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz

Forlaks tərkibi

Təsiredici maddə:   makroqol 4000      10 q bir paketdə.

Əks göstərişlər 

− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 
− bağırsağın ağır iltihabi xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi) və ya toksik meqakolon; 
− həzm sisteminin perforasiyası və ya həzm sisteminin perforasiyasının inkişafı riski; 
− bağırsaq keçməzliyi (ileus) və ya bağırsaq keçməzliyinə şübhə və ya simptomatik stenoz; 
− qarın nahiyəsində naməlum etiologiyalı ağrı; 
− 8 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin, birbaşa və ya dolayı mənfi təsirin olduğunu göstərməmişdir. 
Hamilə qadınlarda Forlaks preparatının istifadəsilə bağlı məhdud sayda məlumat vardır (300-dən az başa çatan hamiləlik). 
Hamiləlik zamanı heç bir əlavə effekt gözlənilmir, belə ki, Forlaksın sistem təsiri əhəmiyyətsiz dərəcədədir. Forlaks preparatı hamiləlik dövründə istifadə edilə bilər. 
Laktasiya 
Forlaksın ana südünə keçməsi barədə məlumat yoxdur. Ana südü ilə qidalanan yenidoğulmuşa/ körpəyə mənfi təsiri gözlənilmir, belə ki, makroqol 4000-in ana südü ilə qidalandıran qadınlara sistem təsiri əhəmiyyətsiz dərəcədə azdır. Forlaks preparatını laktasiya dövründə istifadə etmək olar.  
Fertillik 
Forlaksla fertillik tədqiqatları aparılmayıb. Buna baxmayaraq, makroqol 4000 əhəmiyyətli dərəcədə absorbsiya olunmadığı üçün fertilliyə mənfi təsiri gözlənilmir.

İstifadə qaydası və dozası 

Daxilə qəbul edilir böyüklər və 8 yaşdan böyük olan uşaqlarda.. 
Hər bir paketin tərkibi istifadə etməzdən dərhal əvvəl təxminən 50 ml suda həll edilməli və səhər qəbul edilməlidir. Nəticədə alınan məhlul su kimi rəngsiz və şəffaf olmalıdır.  
Sutkada 1-2 paket (10-20 q) məsləhət görülən birdəfəlik doza şəklində səhər qəbul edilir. Sonrada sutkalıq doza klinik cavabdan asılı olaraq korreksiya edilməlidir və günaşırı 1 paketdən (xüsusilə uşaqlarda) gündə 2 paketə qədər dəyişə bilər.    
Forlaks istifadənin nəticələri dərmanı qəbul etdikdən sonra 24-48 saat ərzində özünü göstərir. 
Müalicə müddəti həkim məsləhəti ilə fərdi müəyyən edilir. Uşaqlarda, 3 aydan artıq müddət ərzində istifadəsinə dair klinik məlumatlar olmadığı üçün müalicənin müddəti 3 ayı keçməməlidir. Gigiyena və pəhriz tədbirlərinə rəğmən qəbizlik əlamətləri davam edərsə, əsas diaqnoz yoxlanılmalı və müalicəyə düzəliş edilməlidir. 
Normal bağırsaq fəaliyyətinin bərpasından sonra effektin qorunması aktiv həyat tərzi, bitki lifi ilə zəngin bir pəhriz ilə aparılmalıdır və bağırsaq refleksinin bərpası.    

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-90066

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce