Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FORTID 200MG+6MG 120 DOZ SPRAY

Məhsul Kodu : 111-28204
İstehsalçı ölkə: Pakistan
25,21 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FORTİD, 200 mkq/ 6 mkq inhalyasiya üçün dozalanmış maye

FORTİD tərkibi

Təsiredici maddə:: 1 dozanın tərkibində 200 mkq budesonid, 6 mkq formoterol fumarat dihidrat vardır.

İstifadəsinə göstərişlər

− Astmanın müalicəsi: F ortid (budesonid + formoterol fumarat dihidrat) böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda astmanın müalicəsi üçün istifadə edilir. − Ağciyərlərin xroniki obstruktiv xəstəliyi nin (AXOX) dəstəkləyici müalicəsi: Fortid (budesonid + formoterol fumarat dihidrat), xroniki bronxit və e mfizema daxil olmaqla ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) olan 18 yaşdan yuxarı pasiyentlərdə nəfəs yollarının obtruksiyasının dəstəkləyici müalicəsində istifadə edilir.

Əks göstərişlər

- Formoterola, budesonidə və preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, - astmatik halların və ya intensiv tədbirlərin tələb ol unduğu digər kəskin astmatik tutmaların və ya AXOX-in ilkin müalicəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilələrdə budesonid + formoterol preparatının istifadəsi haqda klinik məlumatlar yoxdur. Hamilələrdə budesonid + formoterol preparatı ilə müalicə yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər. Laktasiya Budesonid ana südünə nüfuz edir. Formoterolun ana südünə nüfuz edib-etməməsi barədə məlumat yoxdur.

Süd verən analarda budesonid + formoterol preparatı ilə müalicə yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Yuxululuq və digər oxşar əlavə təsirlər yaranan pasiyentlər, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinməlidirlər.

FORTİD istifadə qaydası və dozası

Fortid (Budesonid + Formoterol fumarat dihidrat) gündə iki dəfə yalnız peroral inhalyasiya yolu ilə aparılmalıdır. İnhalyasiyadan sonra pasiyent ağız boşluğunu su ilə yaxalamalıdır. Astma 12 yaşdan yuxarı yeniyetmələr və böyüklər 12 yaşdan yuxarı pasiyentlər üçün tövsiyə olunan doza 1-2 inhalyasiya gündə iki dəfə (səhər və axşam, təxminən 12 saatdan bir). 12 yaşdan yuxarı pasiyentlər üçün Fortid (Budesonid + Formoterol fumarat dihidrat) preparatının başlanğıc dozası, astmanın ağırlığından asılıdır.

Fortid (Budesonid + Formoterol fumarat dihidrat) preparatının maksimum tövsiyə olunan dozası 2 inhalyasiya (200 mkq + 6 mkq) gündə iki dəfədir. Preparat inhalasiya edildikdən sonra astma nəzarətində yaxşılaşma müalicənin başlanmasından 15 dəqiqə sonra baş verə bilər, lakin bəzən müalicənin başlanmasından 2 həftə və ya d aha uzun müddət ərzində maksimal fayda əldə olunmur. Fərdi pasiyent lərdə simptomların aradan qaldırılmasının müxtəlif başlanğıc vaxtı və dərəcəsi mümkündür. Fortidin əvvəllki effektiv doza rejimi kifayət qədər astma nın nəzarətini təmin edə bilmədikdə, terapevtik rejim və əlavə terapevtik seçimlər (məsələn, inhalyasion kortikosteroidlərin əlavə edilməsi və ya peroral kortikosteroidlərin təyini) yenidən qiymətləndirilməlidir.

Preparatın d ozalarının arasındakı dö vrdə astma simptomları yarandıqda, simptomların yüngülləşdirilməsi üçün inhalyasion qısa təsirli β2 aqonist qəbul edilməidir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) Fortid (Budesonid + Formoterol fumarat dihidrat) preparatının tövsiyə olunan dozası 2 inhalyasiya gündə iki dəfə. Preparatın d ozalarının arasındakı dö vrdə astma simptomları yarandıqda, simptomların yüngülləşdirilməsi üçün inhalyasion qısa təsirli β2 aqonist qəbul edilməlidir. Xüsusi populyasiya Uşaqlar Fortid preparatı AXOX xəstəliyinin simptomatik müalicəsində 11 yaşından aşağı uşaqlarda və ya 12-17 yaşında yeniyetmələrdə istifadə edilmir.

Yaşlılar Fortid t ərkibində β2 aqonisti olan digər preparatlar kimi, ürək-damar xəst əliyi olan yaşlılarda ehtiyatla istifadə edilməlidir. Yaşlılarda Fortid preparatının dozasının tənzimlənməsi tələb olunmur. Qaraciyər pozğunluğu Həm budesonid, həm də f ormoterol əsasən qaraciyər də metabolizə olunduğundan, qaraciyər funksiyasının pozulması preparatın plazmaya yığılmasına səbəb ola bilər. Bu səbəbdən qaraciyər xəstəliyi olan pasiyentlər yaxından izlənilməlidirlər.

İstifadə qaydası Pasiyentlərə düzgün inhalyasiya texnikası barədə təlimat verilməlidir. İnhalyatorun yoxlanılması İlk dəfə istifadə etməzdən əvvəl və ya inhalyator bir həftədən çox istifadə edilmədikdə, müştüyün qapağını yavaş sıxaraq çıxarın, inhalyatoru yaxşı silkələyin və işl əndiyinə əmin olmaq üçün havaya bir dəfə püskürün. Təmizlənməsi İnhalyator həftədə ən azı bir dəfə təmizlənməlidir. − Müştüyün qapağını çıxarın.

− Plastik qabdan dəmir flakonu çıxartmayın. − Müştüyün içini və kənarını və plastik örtüyü quru bir parça, salfet və ya pambıq ilə silin. − Müştüyün qapağını bağlayın. − Metal flakonu suya qoymayın.

Prepared by  T-Soft E-Commerce.