Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 250,0 mq ursodezoksixol turşusu, 100% maddəyə nəzərən 35,0 mq natrium qlisirrizinat (qlisirrizin turşusunun trinatrium duzu) vardır.
- Qeyri-alkoqol mənşəli steatohepatit; - qaraciyərin alkoqol xəstəliyi; - müxtəlif mənşəli xronik hepatitlər; - biliar reflüks-qastrit; - ödçıxarıcı yolların diskineziyası; - öd kisəsinin xolesterin daşlarının əridilməsi; - dekompensasiya əlamətləri olmayan birincili biliar sirroz; - birincili sklerozlaşan xolangit.
- Preparatın komponentlərinə və ya digər öd turşularına qarşı yüksək həssaslıq; - rentgenmüsbət (tərkibində kalsiumun səviyyəsi yüksək olan) öd daşları; - öd kisəsinin yığılma qabiliyyətinin pozulması; - tez-tez rast gəlinən öd sancıları; - ödçıxarıcı yolların okkluziyası (ümumi öd və ya kisə axarının okkluziyası); - öd kisəsi və öd axarlarının kəskin iltihabi xəstəlikləri; - dekompensasiya mərhələsində qaraciyər sirrozu; - ağır qaraciyər çatışmamazlığı və/və ya böyrək çatışmamazlığı; - hamiləlik; - laktasiya; - 12 yaşa qədər uşaqlar; - çəkisi 47 kq-dan aşağı olan böyüklər və uşaqlar (preparatın göstərilən buraxılış forması üçün) - uğursuz portoenterostomiya və ya ödçıxarıcı yolların atreziyası olan uşaqlarda normal öd axınının bərpa olunmaması halları.
Preparatın nəqliyyat vasitələrini idarə etmək və digər yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən işləri yerinə yetirmə qabiliyyətinə mənfi təsiri yoxdur. Və ya bu təsir minimaldır.
Daxilə qəbul olunur. 12 yaşdan yuxarı uşaqlar və bədən çəkisi 47 kq-dan çox olan böyüklər kapsulanı bütöv qəbul edir. Müntəzəm olaraq qəbul olunmalıdır. Rahatlıq üçün dozalama rejimi müxtəlif göstərişlərdə ursodezoksixol turşusuna nəzərən göstərilmişdir.
Qeyri-alkoqol steatohepatit Orta sutkalıq doza 10-15 mq/kq 2-3 qəbula. Müalicə müddəti 6-12 ay və daha çox təşkil edir Qaraciyərin alkoqol xəstəliyi Orta sutkalıq doza 10-15 mq/kq 2-3 qəbula. Müalicə müddəti 6-12 ay və daha çox təşkil edir. Müxtəlif mənşəli xronik hepatitlərin simptomatik müalicəsi: Orta sutkalıq doza 10-15 mq/kq 2-3 qəbula.
Müalicə müddəti 6-12 ay və daha çox təşkil edir. Biliar reflüks-qastrit 1 kapsuldan hər gün gecə yuxudan əvvəl. Müalicə kursu 10-14 gündən 6 aya kimidir, ehtiyac olduqda – 2 ilə qədər. Ödçıxarıcı yolların diskineziyası Orta sutkalıq doza 10 mq/kq 2 qəbula 2 həftədən 2 aya kimi.
Ehtiyac olduqda müalicə kursunu təkrarlamaq tövsiyə olunur. Xolesterin öd daşlarının əridilməsi Ursodezoksixol turşusunun orta sutkalıq dozası 10 mq/kq-dır, bu da: Bədən çəkisi Kapsulların sayı 60 kq-a qədər 2 61 – 80 kq 3 81 – 100 kq 4 > 100 kq 5 Preparatın sutkalıq dozası gündə 1 dəfə gecə yuxudan əvvəl qəbul edilməlidir. Daşları əritmək üçün adətən 6-24 ay tələb olunur. Əgər müalicənin 12 ayından sonra daşların ölçüsü azalmırsa, müalicəni dayandırmaq lazımdır.
Müalicənin effektivliyi hər 6 aydan bir ultrasəs müayinə və ya rentgenoqrafiya vasitəsilə qiymətləndirilməlidir. Müayinələrin gedişatı zamanı keçən müddət ərzində daşların kirəcləşməsinin baş verib-verməməsini qiymətləndirmək lazımdır. Kirəcləşmə halı olduqda müalicəni dayandırmaq lazımdır. Birincili biliar sirroz Sutkalıq doza bədən çəkisindən aslıdır və 2 kapsuldan 6 kapsula qədər təşkil edir (təxminən 10- 15 mq ursodezoksixol turşusu 1 kq bədən çəkisinə).
Müalicənin ilk 3 ayında preparatın qəbulu nu gün ərzində bir neçə dəfəyə bölmək lazımdır. Qaraciyər göstəriciləri yaxşılaşandan sonra preparatın sutkalıq dozasını gündə 1 dəfə gecə qəbul etmək olar. Aşağıdakı qəbul qaydası tövsiyə olunur: Bədən çəkisi Sutkalıq doza Səhər Günorta Axşam 47-50 kq 2 kapsul 1 kapsul - 1 kapsul 51-65 kq 3 kapsul 1 kapsul 1 kapsul 1 kapsul 66-85 kq 4 kapsul 1 kapsul 1 kapsul 2 kapsul 86-110 kq 5 kapsul 1 kapsul 2 kapsul 2 kapsul > 110 kq 6 kapsul 2 kapsul 2 kapsul 2 kapsul Kapsulları müntəzəm olaraq, çeynəmədən bir qədər su ilə qəbul etmək lazımdır. Birincili bilar sirrozda Fosfoqliv Urso preparatının qəbulu qeyri-məhdud vaxt ərzində davam edə bilər.
Birincili biliar sirroz olan xəstələrdə nadir hallarda müalicənin əvvəlində klinik əlamətlər ağırlaşa bilər, məsələn, qaşınma arta bilər. Bu halda müalicəni gündə 1 kapsul olmaqla davam etdirmək, sonra isə tədricən dozanı tövsiyə olunan dozalama rejiminə çatana qədər artırmaq (sutkalıq dozanı həftədə 1 kapsul artırmaqla) lazımdır. Birincili sklerozlaşan xolangit: Sutkalıq doza 12-15 mq/kq; ehtiyac olduqda doza 20 mq/kq -a 2 -3 qəbula bölməklə artırıla bilər. Müalicənin davametmə müddəti 6 aydan bir neçə ilə kimi təşkil edir.