Bitib
Stokda olanda mənə xəbər verin.1 tabletin tərkibində 25 mq natrium aminodihidroftalazindion vardır. Köməkçi maddələr: sorbitol, nişasta, laktoza, kalsium stearat, talk, rasementol (mentol). Təsviri Sarımtıl çalarları olan ağ rəngli, hər iki tərəfi oval, üzərində bölmə xətti olmayan, nanə qoxulu tabletlərdir. Farmakoterapevtik qrupu İmmunmodulyatorlar və iltihabəleyhinə vasitələr.
ATC kodu: L03.
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə (həmçinin ikincili immun çatışmazlığı olan xəstələrdə) immunmodulyatorlar və iltihabəleyhinə vasitə kimi kompleks müalicədə istifadə edilir. ⚫ kəskin respirator infeksiyalar, tənəffüs yolları və LOR orqanların (həmçinin tez-tez residivləşən) bakteriya və virus mənşəli (kəskin respirator virus infeksiyaları, qrip, bronxit, pnevmoniya, tonzillit, otit, adenoidit) xəstəlikləri və profilaktikası;. ağız boşluğunun və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliklər; herpes virusu səbəbindən yaranan xroniki residiv xəstəliklər; ⚫ fiziki iş qabiliyyətinin aşağı düşməsi (o cümlədən idmançılarda);
Fərdi dözümsüzlük, qalaktoza və fruktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza- qalaktoza malabsorbsiyası, hamiləlik və ana südü ilə qidalandırma dövrü, eləcədə 12 yaşdan kiçik uşaqlarda istifadəsi.
Dərman vasitəsinin hamiləlik və laktasiya dövründə İstifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsir göstərmir. İstifadə qaydası və dozası İstifadə qaydası dilaltı olaraq gün ərzində 1 tablet 4 dəfəyə qədər və ya 2 tablet 2 dəfə: kəskin respirator infeksiyalar, qrip, bronxit, pnevmoniya, tonzillit, otit, adenoidit xəstəliklərinin müalicəsi üçün: müalicə kursu 5 gün olmaqla gün ərzində 1 tablet 4 dəfə. Xroniki və tez-tez residivləşən hallarda müalicə kursu 15 gün olmaqla gün ərzində 1 tablet 4 dəfə günaşırı.
Profilaktika üçün: müalicə kursu 5-10 gün olmaqla, gün ərzində 1 tablet 2 dəfə. ağız boşluğunun və boğazın selikli qişasının iltihabi xəstəlikləri eləcədə paradont xəstəliyinin müalicəsi zamanı: ilkin müalicə kursu 5 gün olmaqla gündə 1 tablet 4 dəfə, daha sonra gündə 1 tablet 4 dəfə hər 3 gündən bir, 3 həftə ərzində. herpes virusu səbəbindən yaranan xroniki residiv xəstəliklər zamanı: ilkin müalicə kursu 10 gün olmaqla, gün ərzində 1 tablet 4 dəfə. Daha sonra yenidən müalicə kursu 10 gün olmaqla, gün ərzində 1 tablet 4 dəfə günaşırı.
fiziki iş qabiliyyətinin artırılması üçün: ilkin müalicə kursu 10 gün olmaqla, 1 tablet gün ərzində 4 dəfə, daha sonra hər 3 gündən bir 1 tablet gün ərzində 4 dəfə müalicə kursu 3 həftə təşkil edir. Natrium aminodihidroftalazindion ilə müalicǝya xəstəliyin İstənilən mərhələsində başlamaq olar. Dərman vasitəsini İçlik vərəqədə geyd edilmiş har bir göstərişə və dozaya uyğun qaydada qəbul edin. Qeyd edilmiş müalicə kursundan sonra heç bir yaxşılaşma olmazsa, xəstəliyin simptomları dahada ağırlaşarsa və ya yeni simptomlar yaranarsa, həkimə müraciət etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsir göstərmir. İstifadə qaydası və dozası
Preparatın təsir mexanizmi, anadangəlmə və adaptiv immun sistemi hüceyrələrinin (monositlər, makrofaqlar, neytrofillər və NK (natural killer - təbii killer) və.s) funksional metabolik aktivliyinə tənzimləyici təsir göstərməsi ilə əlaqədardır. Natrium aminodihidroftalazindion, monositlərin/ makrofaqların faqositar aktivliyinə, neytrofillərin bakterisid aktivliyinə eləcədə NK-hüceyrələrinin sitotoksik aktivliyinə tənzimləyici təsir göstərir. Dərman vasitəsi anadangəlmə vǝ adaptiv immun sistemi hüceyrələrinin zəyifləmiş aktivliyini bərpa edərək, orqanizmin bakteriyal, virus və göbələk mənşəli infeksion xəstəliklərə qarşı müqavimətini artırır, patogenlərin tezliyini və təsirini zəyiflədərək, orqanizmdən sürətlə xaric olmasına səbəb olur. Həmçinin natrium aminodihidroftalazindion anticisimlərin yaranma qabiliyətini yaxşılaşdırır, anticisimlərin funksional aktivliyini (affinitet) yüksəldir, dolayı yolla yaradıcı hüceyrələr tərəfindən endogen interferon (IFN-a, IFN-y) sinitezi prosesini tənzimləyir.
Preparat iltihabi xəstəliklər zamanı iltihabi reaksiyaların dərəcəsini, tsikliliyini, o cümlədən orqanizmin intoksikasiyasını müəyyən edən hiperaktivləşdirilmiş makrofaqlarla a-şiş nekroz faktorunun artıq sintezini, interleykin-1, interleykin-6 və başqa proiltihab sitokinlərinin səviyyəsini geri dönən olmaqla 6-8 saat inhibə edir. Natrium aminodihidroftalazindion hiperaktivləşdirilmiş makrofaqlarla oksigenin aktiv formasının əmələ gəlməsini, beləliklə oksidativ stressin səviyyəsini azaldır, toxuma və orqanları radikalların zədələyici təsirlərindən müdafiə edir. Faqositar hüceyrələrdə kəskin artan funksional aktivliyin normallaşması onlarda antigen təqdim etmə və tənzimləyici funksianın bərpa olunmasına və autoaqressiya səviyyəsinin azalmasına gətirib çıxarır. Dərman vasitəsi orqanizm tərəfindən yaxşı mənimsənilir, Lalrails Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Antibiotik dərman vasitələri ilə eyni vaxtda qəbulu zamanı antibiotiklərin terapevtik dozasının azaldılması mümkündür.
Natrium aminodihidroftalazindion, antibiotik müalicənin effektivliyini artıra və mümkün əlavə təsirlərin azalmasına səbəb ola bilər. Digər dərman vasitələri ilə nəzərəçarpacaq qarşılıqlı təsirlər qeyd olunmayıb.
Nadir hallarda allergik reaksiyalar. Bu içlik vǝrǝqədə sadalanan əlavə təsirlərlə qarşılaşsanız və ya əlavə təsirlər dahada şiddətlənərsə eləcədə bu iclik vərəqədə qeyd olunmayan hər hansı allergen, matagen, emorotoksik, teratogen vo kanserogen təsir göstərmir. Farmakokinetikası Orqanizmdən əsasən böyrəklər vasitəsilə xaric olur. Dilalti istifadə zamanı yarımxaric olama müddəti 30 dəqiqə təşkil edir.
Əsas farmakoloji effektləri 72 saat ərzində müşahidə edilir. Doza həddinin aşılması
Bu dərman vasitəsinin tərkibində sorbitol vardır. Fruktoza və sorbitola qarşı dözümsüzlüyü ilə əlaqəli nadir irsi xəstəlikləri olan pasiyentlərə bu dərman vasitəsini qəbul etməməlidir.