Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Gastrosit N7 tablet

Product Code : 111-21596
23.51 AZN
Show More Digestive System
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

QASTROSİT, üçlü müalicə paketi.

Qastrosit tərkibi 

Təsiredici maddələr:1 paketdə 500 mq klaritromisin, 30 mq lansoprazol, 1000 mq amoksisilinə ekvivalent amoksisilin trihidrat vardır. Köməkçi maddələr: lansoprazol: natrium laurilsulfat, metilhidroksipropil sellüloza, talk, titan dioksid, polietilenqlikol, polisorbat 80, poliakrilat, saxaroza, qarğıdalı nişastası, təmizlənmiş su, meqlumin (N-metilqlukamin), mannitol. Klaritromisin: povidon K 25, mikrokristallik selüloza (PH 101), mikrokristallik selüloza (PH 102), talk, kolloid silisium dioksid, kroskarmelloza natrium, maqnezium stearat. Örtük: sarı opadri 03B22320 (HPMC 2910/hipromelloza, titan dioksid, makroqol / PEG, FD&C mavi 2 alüminium lakı və FD&C sarı 5 alüminium lakı) amoksisillinin: krospovidon, nanə aromatizatoru, natrium saxarin, natrium siklomat, maqnezium stearat.

İstifadəsinə göstərişlər:

 H.pylori adlanan bakteriya mədə və onikibarmaq barmaq bağırsağın xora xəstəliyinin əmələ gəlmə səbəblərindən biridir. Qastrosit müalicə paketinin tərkibindəki bu üç ayrı preparat; H.pylori infeksiyası (iltihabi) və onikibarmaq bağırsağın xora xəstəliklərinin (aktiv və ya 1 illik duodenal xora xəstəliyi olan xəstələr) müalicəsində istifadə olunur. H.pylori-nin eradikasiyası (aradan qaldırılması) onikibarmaq bağırsağın xora xəstəliyinin təkrarlanma riskini azaldır.

Əks göstərişləri:

 Hal-hazırda və ya keçmişdə aşağıdakı halların hər hansı biri Sizdə müşahidə olunmuşdursa, Qastrosit ilə müalicəyə başlamazdan əvvəl, bu barədə müalicə həkiminizə bildirin. Qastrosit formulundakı komponentlərin hər hansı birinə (makrolid qrupuna daxil olan antibiotiklərə və ya penisilin törəmələrinə) və ya lansoprazola qarşı hiperhəssaslıq olduğu hallarda Qastrosit müalicə paketini istifadə etməyin. Qastrosit sizaprid, pimozid, midazolam, tikaqrelor, lomitapid, ranolazin, astemizol, erqotamin, dihidroerqotamin, terfenadin, kolxisin və ya statinlər ilə birlikdə istifadə olunmamalıdır. Qastrosit müalicə paketinin təsir edici maddəsi olan klaritromisin, uzun QT sindromu/ Torsades de Pointes əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən artıq diaqnoz qoyulmuş və ya şübhəli anadangəlmə uzanmış QT sindromu və ya Torsades de Pointes kimi ürək ritminin pozğunluğu, elektrolit pozğunluğu (hipokalemiya, hipomaqnezemiya) olan xəstələrdə Qastrosit müalicə paketini qətiyyən istifadə etmək olmaz. Qadınlarda Torsades de Pointes-in əmələ gəlmə riski kişilərə nisbətən çoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Preparatı istifadə etməzdən əvvəl müalicə həkiminizə və ya əczaçıya bu barədə bildirin. Preparatın hamiləlik zamanı istifadəsinə dair yetərli və nəzarət olunmuş tədqiqatlar aparılmamışdır. Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi müəyyən olunmayıb. Bu səbəbdən Qastrosit-i yalnız müalicə həkiminiz tərəfindən, yalnız qəbulundan gözlənilən faydanın mövcud pontensial risklərdən üstün olduğu hallarda, təyin olunarsa istifadə oluna bilər. Müalicə əsnasında hamilə olduğunuzu bilsəniz mütləq müalicə həkiminizə və ya əczaçıya bu barədə bildirin. Amoksisillin çox az miqdarda ana südünə keçməsi müəyyən olunmuşdur. Klaritromisinin ana südünə keçib keçməməsi haqda məlumatlar yoxdur. Bir çox dərmanlar ana südünə keçdiyindən bu ehtimal nəzərə alınmalı və diqqətli olmaq lazımdır. Lansoprazolun təsiri və təhlükəsizliyi öyrənilmədiyindən laktasiya dövründə istifadə olunmamalıdır. Laktasiya dövründə hər hansı bir preparatın istifadəsindən əvvəl müalicə həkiminizə və ya əczaçıya bu barədə bildirin.

Qastrosit istifadə qaydası, dozası

Onikibarmaq bağırsağın xora xəstəlikliyinin residiv vermə riskini azaltmaq və H.pylorinin eradikasiyası məqsədi ilə istifadə olunur. Bu preparat böyük insanlar üçün hazırlanmış və bir kombinəolunmuş müalicə üçün nəzərdə tutulmuşdur. Qastrosit, 7 və 14 blisterlik qablaşdırmadan ibarətdir və hər blisterdə cəmi 6 ədəd preparat vardır. Bu preparatlardan ikisi tablet, biri kapsul formasındadır. Bir blisterin yarısı açıq mavi, digər yarısı isə tünd mavi rəngdədir. Açıq mavi hissəsi səhər yeməyindən əvvəl qəbul olunan preparatlar, tünd mavi rəngli hissəsi (ulduz rəsmi olan) isə axşam yeməyindən əvvəl qəbul olunan preparatlardır. Hər hissədə 3 ədəd preparat vardır və hər qəbulda bu 3 preparat birlikdə qəbul olunmalıdır. Qastrosit-in çox güclü və ya zəif təsirini hiss edirsinizsə bu barədə müalicə həkiminizə və ya əczaçıya bildirin. Qastrosit tabletləri kifayət qədər maye ilə (məs., bir stəkan su ilə) birlikdə daxilə qəbul edilir. Müxtəlif yaş qrupları Böyüklər üçün tövsiyə olunan doza gün ərzində 2 dəfə 12 saat ara ilə (səhər və axşam) 1 ədəd 500 mq klaritromisin örtüklü tablet, 1 ədəd 30 mq lansoprazol mikropellet kapsul və 1 ədəd 1000 mq amoksisilin tabletlə birlikdə, 7-14 gün müddətində qəbul olunmalıdır. Hər preparat bölünmədən qəbul edilməlidir. Uşaqlarda istifadəsi H.pylori ilə yoluxmuş pediatrik xəstələrdə (uşaqlarda) Qastrosit-in effektivliyi və təhlükəsizliyi sübut olunmamışdır. Yaşlılarda istifadəsi Yaşlı xəstələrdə asimptomatik (sübut olunmamış) böyrək və qaraciyər funksional pozğunluğu ola bilər. Bu xəstələr qrupunda Qastrositdən istifadə zamanı çox diqqətli olmaq lazımdır. Böyrək çatışmazlığı Qastrosit kreatinin klirensi 30 ml/dəqiqədən az olan xəstələrə tövsiyə olunmur. Qastrosit-in çox güclü və ya zəif təsirini hissedirsinizsə bu barədə müalicə həkiminizə və ya əczaçıya bildirin. Qastrosit müalicə paketinin qida və içki ilə birlikdə istifadəsi Qastrosit yeməklərdən öncə qəbul olunmalıdır. Preparatın qəbulunu unutmusunuzsa Unudulmuş dozanı balanslaşdırmaq üçün ikiqat doza qəbul etməyin. Özünüzü yaxşı hiss etsəniz belə preparatların qəbulunu dayandırmayın, həkiminizin təyin etdiyi qaydada davam edin. Əks halda xəstəliyiniz təkrar baş qaldıra bilər və müalicəsi daha da çətinləşə bilər.

 

Prepared by  T-Soft E-Commerce.