Sevimlilərə əlavə edin
Paylaşın

Guttalaks 7, 5 Mq 30 ml Damla

Məhsul Kodu : 111-02098
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
10,30 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

QUTTALAKS, daxilə qəbul etmək üçün damcı

Quttalaks tərkibi

 Təsiredici maddə:   1 ml (14 damcı) məhlulun tərkibində 7,5 mq  natrium pikosulfat vardır. Köməkçi maddələr: natrium benzoat (E 211), duru sorbitol (kristallizə olunmayana), natrium sitrat  dihidrat (E331), limon turşusu mmonohidratı (E 330), təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Qəbizlik zamanı və həmçinin defekasiyanın rahatlaşması məqsədilə qısa müddətli istifadə üçün.  Digər işlədici vasitələr kimi QUTTALAKS daxilə qəbul etmək üçün damcılar diaqnostik müayinə olmadan hər gün müntəzəm qaydada və ya uzun müddət qəbul edilməməlidir. 

Əks göstərişlər:

  təsiredici maddəyə, digər triarilmetana və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq − bağırsaq stenozu və ya bağırsaq keçməzliyi − qarında hərarətin yüksəlməsi, ürəkbulanma və qusma ilə müşayiət olunan kəskin ağrı (məsələn, apendisit) − mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri − ağır susuzluq − preparatın hər hansı bir köməkçi maddəsinə qarşı irsi dözümsüzlük QUTTALAKS preparatı 4 yaşa qədər uşaqlara təyin olunmamalıdır. Daha yuxarı yaşlı uşaqlarda QUTTALAKS preparatı yalnız həkim ilə konsultasiyadan sonra təyin olunmalıdır.  Su-elektrolit tarazlığının pozulması ilə bağlı olan xəstəliklər (məsələn, ağır böyrək çatışmazlığı) zamanı dərman vasitəsi yalnız həkim nəzarəti altında istifadə olunmalıdır. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamilə qadınların iştirakı ilə adekvat kliniki tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar 10 mq/kq və daha yüksək gündəlik dozanın istifadəsi zamanı reproduktiv toksikliyi nümayiş etdirmişdir.  Laktasiya dövrü Klinik məlumatlar göstərmişdir ki, natrium pikosulfatın aktiv metaboliti və onun qlükuronidləri ana südünə nüfuz etmir. Bütün bunlara baxmayaraq, xüsusən hamiləliyin I trimestri və laktasiya dövründə QUTTALAKS preparatı yalnız potensial fayda potensial riskdən üstün olduğu vəziyyətlərdə həkim tərəfindən təyin oluna bilər.  Fertillik Dərman vasitəsinin insanın fertilliyinə təsirinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılmamışdır. Preklinik tədqiqatlarda dərman vasitəsinin fertilliyə olan hər hansı bir təsiri aşkarlanmamışdır. 

Quttalaks istifadə qaydası, dozası

 Dozalaması Digər təyinat olmadığı halda, böyüklər üçün doza 10-18 damcı (5-10 mq natrium pikosulfata bərabərdir) təşkil edir.  Bu dərman preparatını yalnız həkimin təyinatı ilə qəbul etməli olan 4 yaşdan yuxarı uşaqlar üçün doza 5-9 damcı (2,5-5 mq natrium pikosulfata bərabərdir) təşkil edir.  Dərman vasitəsinin qəbulu minimal dozadan başlanmalıdır. Müntəzəm stulun əldə edilməsi üçün doza maksimal tövsiyə edilən dozaya qədər tənzimlənməlidir. Böyüklər üçün 18 damcı və 4 yaşdan yuxarı uşaqlar üçün 9 damcı təşkil edən maksimal gündəlik doza aşılmamalıdır.  QUTTALAKS daxilə qəbul üçün damcıların qəbizliyin səbəbi aydınlaşdırılmadan hər gün müntəzəm qaydada və ya uzun müddət qəbulu tövsiyə edilmir.  İsitfadə qaydası QUTTALAKS damcıları daxilə axşam maye ilə və maye olmadan qəbul olunmalıdır. Preparatın təsiri adətən qəbuldan sonra 6-12 saat müddətində başlayır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02098

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce