Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 400 mq ademetionin ionuna müvafiq 760 mq S-adenozil-Lmetionin 1,4-butandisulfonat vardır. Həlledici: L-lizin, natrium hidroksid, inyeksiya üçün su.
Aşağıdakı xəstəliklər zamanı müşahidə olunan sirrozönü və sirroz vəziyyətlərində qaraciyərdaxili xolestaz: - Qaraciyərin piy distrofiyası; - Xroniki hepatit; - Qaraciyərin müxtəlif mənşəli toksik zədələnmələri, o cümlədən alkoqol, virus, dərman (antibiotiklər, şişəleyhinə, vərəməleyhinə və virusəleyhinə preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər) qəbulu. - Xroniki daşsız xolesistit; - Xolangit; - Qaraciyər sirrozu; - Ensefalopatiya, həmçinin qaraciyər çatışmazlığı (alkoqol və s.) ilə assosiasiya olunmuş. Hamilələrdə qaraciyərdaxili xolestaz; Depressiv sindrom.
− Metionin siklinə təsir edən və / və ya homosisteinuriya və / və ya hiperhomosisteinemiyaya səbəb olan genetik qüsurlar (məsələn, sistationin beta-sintaza çatışmazlığı, sianokobalamin mübadiləsinin pozulması); − Bipolyar pozgunluqlar; − 18 yaşadək uşaqlar və yeniyetmələr; − Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Hamiləliyin üçüncü trimestrində yüksək dozada ademetioninin istifadəsi heç bir əlavə reaksiya verməmişdir. Ademetioninin hamiləliyin ilk trimestrində istifadəsi yalnız zəruri hallarda mümkündür. Laktasiya dövründə ademetionin yalnız o zaman istifadə olunur ki, ademetioninin istifadəsindən alınan fayda körpəyə yarada biləcək riskdən daha üstün olsun.
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
Preparat əzələdaxili və ya venadaxili inyeksiya şəklində təyin edilə bilər. Liofilizəolunmuş tozu yeridilməsindən bilavasitə əvvəl xüsusi əlavə edilmiş həlledicidə həll etmək lazımdır. Məhlulun istifadə olunmayan hissəsi atılmalıdır. Venadaxilinə yeritmək üçün ademetioninin lazımi dozasını 250 ml-lik fizioloji məhlulda və ya 5%-li dekstroza (qlükoza) məhlulunda durulaşdırılmalıdır və çox yavaş sürətlə, 1-2 saat müddətində vena daxilinə yeridilməlidir.
Preparatı qələvi məhlulları və ya tərkibində kalsium ionları olan məhlullarla qarışdırmaq olmaz. Liofilizəolunmuş tozun rəngsiz və ya cüzi sarımtıl rəngdən başqa bir rəngi olarsa (flakonda çatların olması və ya yüksək temperaturun təsiri səbəbindən), onu istifadə etməkdən çəkinmək lazımdır. Başlanğıc terapiyada venadaxili və ya əzələdaxili tövsiyə olunan günlük doza 5-12 mq/kq təşkil edir. Qaraciyərdaxili xolestaz - 2 həftə müddətində 400-800 mq/gün (gündə 1-2 flakon).
Depressiya - 15–20 gün müddətində 400-800 mq/gün (gündə 1-2 flakon). Terapiyanın davametmə müddəti xəstəliyin ağırlığından və gedişatından asılıdır və həkim tərəfindən fərdi olaraq təyin olunur. Dəstəkləyici terapiyaya ehtiyac olduqda 2-4 həftə müddətində 800-1600 mq/gün dozada eyni tərkibli peroral preparatlarla davam etdirmək mümkündür.