Sevimlilərə əlavə edin
Paylaşın

İmiran 10 Mq N20 Tablet

Məhsul Kodu : 111-00840
İstehsalçı ölkə : Kipr
1 Şərh Şərh
4,60 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

İMİRAN, 10 mq tabletlər

İmiran tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 10 mq domperidon vardır. Köməkçi maddələr: jelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium  nişasta qlikolyatı, kroskarmelloza natrium, kolloidal silisium dioksid,  maqnezium stearat, eritrozin (E127).

İstifadəsinə göstərişlər:

 Ürəkbulanma və qusma simptomlarının aradan qaldırılması üçün istifadə edilir.

Əks göstərişlər:

 Domperidon aşağıdakı hallarda əks göstərişdir: • Dərman maddəsinin təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Prolaktinin sekresiyasını stimullaşdıran hipofizin şişi (prolaktinoma). • Mədənin hərəki funksiyasının stimulyasiyası təhlükəli ola biləcək hallar: mədə-bağırsaq qanaxması, mexaniki obstruksiyası və ya perforasiyası. • Orta və ya ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr (“Farmakokinetikası” bölməsinə baxın). • Anamnezində EKQ-də ürək keçiriciliyinin intervallarının, xüsusilə QT intervalının uzanması, əhəmiyyətli elektrolit pozğunluqları və ya durğunluq ürək çatışmazlığı kimi ağır ürək xəstəlikləri olan xəstələr (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). • Apomorfin istisna olmaqla, QT intervalını uzadan dərman maddələrinin birlikdə istifadəsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman maddələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). • CYP3A4 güclü inhibitorları ilə (QT intervalının uzanması ilə əlaqəsi olmayan) birlikdə istifadəsi (“Digər dərman maddələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Hamiləlik dövründə istifadəsinə dair post-marketinq məlumatlar məhduddur. Hamiləlik dövründə İmiranın istifadəsi yalnız müalicə həkimi fayda/risk nisbətini qiymətləndirdikdən sonra mümkündür. Laktasiya dövrü Domperidon ana südünə keçir və ana bətnindəki miqdarının 0,1%-dən azı südəmər körpədə aşkar edilə bilər. Buna görə südəmər körpədə ürək tərəfdən əlavə təsirlərin baş verməsi istisna edilmir. Beləliklə, laktasiya dövründə təyin etməzdən əvvəl ana südü ilə qidalandırmanın və domperidonun anaya olan potensial faydalarını qiymətləndirmək və daha üstün olanı seçərək ya ana südü ilə qidalandırmanı davam etmək, ya da ana südü ilə qidalandırmanı dayandırmaq və domperidonla müalicəyə başlamaq lazımdır. QT intervalının uzanması ehtimalı laktasiya dövründə də nəzərə alınmalıdır.

İmiran istifadə qaydası, dozası:

 İstifadə qaydası • İmiran daxilə qəbul olunur. Yeməkdən əvvəl qəbul etmək məsləhət görülür. Yeməkdən sonra qəbul edilərsə, sorulması biraz ləngiyə bilər. • Xəstələr hər dozanı müəyyən edilmiş bir vaxtda qəbul etməyə çalışmalıdırlar. Əgər müəyyən edilmiş vaxtda dərman maddəsinin qəbulu buraxılıbsa, onda həmin dozanın qəbulu ötürülməli və müəyyən edilmiş adi doza rejiminə davam edilməlidir. Buraxılmış dozanın əvəzini çıxarmaq üçün doza ikiqat artırılmamalıdır. • Ümumiyyətlə, maksimal müalicə müddəti bir həftəni keçməməlidir. Dozaları İmiran ən qısa müddətdə ürəkbulanmanı və qusmanı aradan qaldırmaq üçün kifayət edən ən minimal təsiredici dozada istifadə edilməlidir. Böyüklər və yeniyetmələr (12 yaş və yuxarı və bədən kütləsi 35 kq və ya çox olanlar) Maksimal sutkalıq doza 30 mq olmaqla gündə üç dəfəyə qədər bir tablet (10 mq) qəbul edilir. Qaraciyər çatışmazlığı Orta və ya ağır dərəcəli qaraciyər çatışmazlığında əks göstərişdir (“Əks göstərişlər” bölməsinə baxın). Yüngül dərəcəli qaraciyər çatışmazlığında dozanın tənzimlənməsi tələb olunmur (“Farmakokinetikası” bölməsinə baxın).  Böyrək çatışmazlığı: Ağır böyrək çatışmazlığında domperidonun yarımxaricolma müddəti artır, buna görə təkrar təyin etdikdə, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, İmiran dərman maddəsinin gün ərzində qəbul sayı bir və ya iki dəfəyə qədər azaldılmalı və ehtiyac olduqda doza da azaldılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00840

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce