Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

IMMUNAL 80MG N20 TB

Məhsul Kodu : 111-05789
İstehsalçı ölkə: Sloveniya
5,81 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İMMUNAL, tabletlər

İMMUNAL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində təzə yığılmış gül açmış Echinacea purpurea bitkisindən alınmış 80 mq qurudulmuş şirə (Echinacea purpurea (L.) Moench herba, succus siccum, 31-60: 1) vardır.

İstifadəsinə göstərişlər

İmmunal® bitki m ənşəli preparat olub, soyuqd əymənin qısamüdd ətli profilaktikası v ə müalicəsi üçün tövsiyə olunur

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı, Echinacea və mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (çobanyastığı, həmişəbahar, boymadərən, öküzgözü) qarşı yüksək həssaslıq; Echinacea-nın immunostimullaşdırıcı təsirinə görə aşağıdakı hallarda istifadəsi əks göstərişdir: - Şiddətlənən sistem xəstəlikləri, məsələn, vərəm və sarkoidoz; - Kollagenoz və dağınıq skleroz kimi autoimmun xəstəlikəri; - İmmun çatışmazlığı (QİÇS, İİV-infeksiya); - İmmun sistemini zəiflədən müalicə, məsələn, xərçəngin sitostatiklər ilə mü alicəsi və ya orqanların, sümük iliyin transplantasiyası ilə əlaqədar müalicə; - Leykositlərin zədələnməsi ilə müşayiət olunan müxtəlif qan xəstəlikləri (məsələn, aqranulositoz, leykoz). - Allergik diatez (övrə, atopik dermatit, bronxial astma) - 1 yaşa qədər uşaqlarda

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə İmmunal preparatının dölə/yenidoğulmuşa mənfi təsiri haqqında kifayət qədər məlumat əldə olunmamışdır. Digər müvafiq epidemioloji məlumatlar yoxdur. Həkim məsləhəti olmadan hamiləlik və laktasiya dövründə qəbul edilməməlidir. Fertilliyə təsiri barədə məlumatlar əldə olunmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

qabiliyyətinə təsiri Tədqiq olunmayıb.

İMMUNAL istifadə qaydası və dozası

Tabletlər müəyyən miqdar su ilə (bir stakan su ilə) qida qəbulundan asılı olmayaraq daxilə qəbul olunur. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr, həmçinin yaşlı xəstələr: gündə 3-4 dəfə 1 tablet (80mq). 4 yaşdan 6 yaşa qədər uşaqlar: həkim məsləhətindən sonra gündə iki dəfə 1 tablet (80mq). 6 yaşdan 12 yaşa qədər uşaqlar: həkim məsləhətindən sonra gündə üç dəfə 1 tablet (80mq).

1 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi əks göstərişdir. Preparatla müalicə xəstəliyin ilk əlamətləri meydana çıxan kimi başlanılmalıdır. Qısamüddətli profilaktika v ə müalicə üçün preparatı 10 gün müdd ətində fasiləsiz q əbul etm ək tövsiyə olunur. Kurs 14-günlük fasilədən az olmayaraq təkrarlana bilər.

Əgər 10 günd ən sonra yaxşılaşma olmasa v ə ya x əstəliyin simptomları ağırlaşarsa x əstə həkimə müraciət etməlidir.

Prepared by  T-Soft E-Commerce.