İnoseda, tabletlər
Inoseda tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq inozin pranobeks vardır.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Podaqralı, qanda sidik turşusunun səviyyəsi yüksək olan və böyrək daşı olan xəstələrdə istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlarda teratogen effektin olmamasına baxmayaraq, preparatın istifadəsindən gözlənilən fayda potensial riskdən üstün olduğu halda hamiləliyin ilk trimestrində preparatın istifadəsi mümkündür. İnozin pranobeks qan plazmasında çox kiçik konsentrasiyada aşkar edildiyi üçün preparatı laktasiya dövründə istifadə etmək olar.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul üçün nəzərdə tutulmuşdur.
Böyüklərdə sutkalıq doza orta hesabla 4-8 qəbula bölünmüş 6-8 tablet təşkil edir.
Uşaqlarda preparatın şərbət dərman forması istifadə edilir.
Yuxarıda qeyd edilən dozalanma rejiminin istifadəsi, bir qayda olaraq, əksər viruslu infeksiyaların
müalicəsi üçün kifayətdir. Müalicənin müddəti xəstəliyin növündən asılı olaraq dəyişir.
Bir qayda olaraq, simptomlar aradan qalxdıqdan sonra preparatla müalicə 1 və ya 2 gün ərzində davam etdirilir.