Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KATALEYA 2,5MG/5ML 100ML SRP

Məhsul Kodu : 111-24439
İstehsalçı ölkə: Türkiye
6,05 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KATALEYA, daxilə qəbul üçün şərbət

KATALEYA tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 2,5 mq dezloratadin vardır.

İstifadəsinə göstərişlər

• Mövsümi pollinoz və ilboyu davam edən allergik rinit (burundan selik ifrazını, gicişmə və burun tutulmasını, gözlərin gicişməsini və qızarmasını, göz yaşarmasını aradan qaldırmaq üçün). • Xronik idiopatik övrə (dəri gicişməsinin və səpginin azaldılması və ya aradan qaldırılması).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kataleyanın hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi haqqında klinik məlumatlar yoxdur, ona görə hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki, ana üçün güman edilən fayda, döl üçün potensial riskdən yüksək olsun. Dezloratadin ana südünə daxil olur, ona görə də Kataleyadan istifadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kataleya nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir edir.

KATALEYA istifadə qaydası və dozası

Kataleyanı qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə daxilə qəbul etmək lazımdır. 1 yaşdan 5 yaşa qədər uşaqlar üçün Gündə 1 dəfə 1,25 mq (2,5 ml şərbət) təyin edilir. 6 yaşdan 11 yaşa qədər uşaqlar üçün Gündə 1 dəfə 2.5 mq (5 ml şərbət) təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün Gündə 1 dəfə 5 mq (10 ml şərbət) təyin edilir.

Şərbətin dozalanması üçün 10 ml, 5ml və 2,5 ml dərəcələnmiş ölçü stəkanından istifadə edilir. Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir. Mövsümi pollinozların müalicəsi zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu allergik rinitin müalicəsində preparat pasiyentin allergenlə kontaktda olduğu bütün dövr boyu fasiləsiz olaraq qəbul olunur.

Prepared by  T-Soft E-Commerce.