Bitib
Stokda olanda mənə xəbər verin.Ketotifen, beynəlxalq patentləşdirilməmiş adı: Ketotifen
Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq ketotifen (ketotifen fumarat şəklində) vardır.
Multisistem allergik reaksiyaların profilaktikası və müalicəsi:
- xroniki idiopatik övrə (məsələn, soyuqdan yaranan övrə);
- bronxial astma ilə müşayiət olunan və ya onsuz allergik rinit;
- allergik konyunktivit;
- atopik dermatit.
Bronxial astmanın müalicəsi üçün kortikosteroidlər göstəriş olduqda, Ketotifenin istifadəsi kortikosteroidlərlə (inhalyasion və ya sistem) müalicəni əvəz etmir.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 3 yaşa qədər uşaqlar, anamnezdə epilepsiya.
Hamiləlik dövründə, xüsusilə I trimestrdə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.
Ketotifen ana südünə nüfuz edir, bu səbəbə görə onun laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.
3 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə, səhər və axşam 1 tablet, yemək vaxtı qəbul edilir.
Uşaqlarda optimal effekti əldə etmək məqsədilə bədən çəkisi hesabı ilə dərman vasitəsinin daha yüksək dozalarının təyini tələb edilə bilər. Bu zaman belə dozalara qarşı dözümlülük yaxşı olur.
Tabletin udulmasında çətinlik çəkən 6 yaşa qədər uşaqlarda dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır.
Ketotifen qəbul edən pasiyentlər, yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinməlidirlər.
Böyüklər: Adətən gündəlik doza 2 mq (1 tablet gündə 2 dəfə, səhər və şam yeməyi zamanı) təşkil edir.
Sedasiyaya meyilli pasiyentlərdə ilk həftə ərzində dozanın tədricən artırılması məsləhət görülür.
Qəbulu gündə 1 tablet 1 dəfə axşam istifadə etməklə başlamaq və 5 gün ərzində tam sutkalıq dozaya qədər artırmaq məsləhət görülür.
Ehtiyac olduqda, sutkalıq dozanı 4 mq-a qədər artırmaq olar, daha doğrusu gündə 2 dəfə 2 tablet. Daha yüksək dozaların istifadəsi zamanı effektin daha tez baş verməsini gözləmək olar.
Uşaqlar: 3 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə, səhər və axşam 1 tablet, yemək vaxtı qəbul edilir. Uşaqlarda optimal effekti əldə etmək məqsədilə bədən çəkisi hesabı ilə dərman vasitəsinin daha yüksək dozalarının təyini tələb edilə bilər. Bu zaman belə dozalara qarşı dözümlülük yaxşı olur.
Bronxolitiklərlə eyni vaxtda istifadəsi: Ketotifenin istifadəsi zamanı bronxolitik vasitələrin tezliyi azala bilər.
Yaşlı şəxslərdə istifadəsi: Ketotifenin yaşlı şəxslərə təyini zamanı doza rejiminin korreksiyası tələb edilmir.
Terapiyanın davametmə müddəti: Tam terapevtik effektin inkişafına qədər ketotifen bir neçə həftə qəbul edilməlidir. Bir neçə həftə ərzində pasiyentdə ketotifenin qəbuluna reaksiya qeyd edilmədikdə, durğun effekt əldə etmək məqsədilə onun sonrakı istifadəsini 2-3 aydan az olmamaqla, davam etdirmək lazımdır. Ketotifenin istifadəsinin dayandırılması 2-4 həftə ərzində tədricən aparılmalıdır, bu zaman, allergik xəstəliklərin simptomlarının kəskinləşməsi mümkündür.
Dərman vasitəsinin növbəti qəbulu unudulduqda, tableti yada düşən kimi dərhal qəbul etmək lazımdır. Unudulan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz.