Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kleen enema 60 ml imalə

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14147
İstehsalçı ölkə: Pakistan
4,62 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KLİN ENEMA, imalə üçün məhlul

KLİN ENEMA tərkibi

Təsiredici maddə: 60 ml məhlulun tərkibinə daxildir: 9,6 q birəsaslı natrium fosfat, 3,6 q ikiəsaslı natrium fosfat; 120 ml məhlulun tərkibinə daxildir: 19,2 q birəsaslı natrium fosfat, 7,2 q ikiəsaslı natrium fosfat.

İstifadəsinə göstərişlər

• Qəbizliyin yumşaldılması üçün.

• Rektal müayinədən, qarın boşluğunun rentgen müayinəsindən, çanaqda və qarın boşluğunda aparılan əməliyyatlardan, doğuşdan və s. əvvəl bağırsağın təmizlənməsi üçün.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Fosfatlı imalə aşağıdakı tibbi problemlər zamanı istifadə edilməməlidir: appendisit (və ya onun simptomları), bağırsaq keçməzliyi, xoralı kolit, ileit, ürək xəstəliyi, düz bağırsaq qanaxması, yüksək qan təzyiqi, böyrək xəstəliyi. 2 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fosfatlı imalənin hamiləlik dövründə istifadəsi zamanı dölün inkişaf qüsurlarının və ya digər fetotoksik effektlərin yaranmasına dair məlumatlar mövcud olmadığından, fosfatlı imalədən yalnız həkimin göstərişi ilə doğuş zamanı və ya doğuşdan sonra istifadə edilməlidir. Natrium fosfat ana südünə keçə bildiyi üçün, fosfatlı imalənin istifadəsindən sonra ən azı 24 saat ərzində ana südünün sağılması və atılması tövsiyə edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Öyrənilməmişdir.

KLİN ENEMA istifadə qaydası və dozası

Sol tərəf üzərində uzanın və sağ ayağınızı diz oynağında qatlayın, yaxud diz oynağını döş qəfəsi istiqamətində yuxarı qatlayın, üzünüzü və qarnınızı aşağıya doğru əyin və əlləri rahat vəziyyətdə saxlayın. Hər iki vəziyyət ucluğun anal dəliyə rahat daxil edilməsinə şərait yaradır. İmalənin yeridilməsi 1. Qapağı burub açın və qoruyucu tıxacı çıxarın (qoruyucu tıxac nəqledilmə zamanı mayenin axmaması üçün nəzərdə tutulmuşdur). Qapağı yerinə qoyun.

2. İstifadə etməzdən əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın. Ucluğu səliqə ilə, azacıq təzyiq etməklə, göbək istiqamətində düz bağırsağa yeridin. 3. İçərisindəki maye demək olar ki, tam boşalanadək flakonu sıxın. 4. Ucluğu düz bağırsaqdan çıxarın. 5. Sıxdıqdan sonra az miqdarda maye (15 ml) flakonda qalacaqdır. Flakonu bağırsağa tam boşaltmağa çalışmayın, çünki lazımi dozanın rahat yeridilməsi üçün flakonda bir qədər izafi (təxminən 15 ml) məhlul vardır. Bağırsağı boşaltmaq üçün tam hisslər yarananadək, təxminən 2-5 dəqiqə ərzində bədənin vəziyyətini olduğu kimi saxlayın. Böyüklər: 120 ml-lik bir flakon (daxil edilən doza) və ya müalicə həkiminin məsləhətinə uyğun. Uşaqlar (İki yaşdan yuxarı) Böyüklər üçün nəzərdə tutulmuş dozanın yarısı (60 ml) və ya müalicə həkiminin məsləhətinə uyğun. KleenEnema istifadə edidikdən təxminən 5 dəqiqə sonra bağırsağın boşalmasını təmin edir. Qəbizliyin yumşaldılması və bağırsaqların aşağı şöbələrinin təmizlənməsi üçün effektivdir.

Prepared by  T-Soft E-Commerce.