Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 0,006 q* alfa affin təmizlənmiş insan şiş nekrozu faktoruna qarşı antitel vardır. Beyin-spesifik zülalına qarşı 0,006 q* affin təmizlənmiş S-100 antitel. Histaminə qarşı 0,006 q* affin təmizlənmiş antitel.
Kolofort böyüklərdə istifadə üçün göstərişdir. Abdominal ağrı, qəbizlik, diareya, meteorizm, köp, ürəkbulanma və qusma simptomları kimi təzahür edən qıcıqlanmış bağırsaq sindromu, o cümlədən, stresslə əlaqədar.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar. Laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Hamiləlik Kolofort preparatının təsiredici maddələrinin hamilə qadınlarda istifadəsi barədə məlumat yoxdur. Laktasiya dövrü Kolofort preparatının təsiredici maddələrinin (metabolitlərinin) ana südünə nüfuz etməsi barədə məlumat yoxdur.
Kolofort nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
Tabletin üzərindəki xətt onu yarıya bölmək üçün nəzərdə tutulmayıb. Daxilə qəbul edilir. Bir qəbula 2 tablet (tam həll olana qədər ağızda saxlamaq lazımdır- qida qəbulu zamanı deyil) təyin edilir. Gündə 2 dəfə qəbul edilir.
Müalicə kursu 1 aydan az olmamalıdır; məsləhət görülən müalicə kursu 3 aydır; ehtiyac olduqda, müalicə kursunu 6 aya qədər uzatmaq və/və ya 1-2 aydan sonra təkrarlarmaq olar.