Bitib
Stokda olanda mənə xəbər verin.KREON® 25000 (KREON® 25000) bağırsaqda həll olan kapsullar (içində bağırsaqda həll olunan qranullar (Kreon minimikrosferalar™) olan bərk jelatin kapsullardır)
Təsiredici maddə: 1 kapsulda vardır: Kreon ® 25000: bağırsaqda həll olan qranullardakı (Kreon minimikrosferalar ™) 300 mq pankreatin 25000 AF vah. fermentativ lipazaya, 18000 AF vah. amilazaya və 1000 AF vah. proteazaya ekvivalentdir.
İstifadəsinə göstərişlər:
Həzm sisteminin pozulması ilə müşayiət olunan mədəaltı vəzinin ekzokrin funksiyasının pozulması. Mukovissidoz zamanı mədəaltı vəzinin ekzokrin funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya hər hansı digər komponentə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Mədəaltı vəzisinin fermentlərinin hamiləliyin gedişinə təsiri haqda klinik tədqiqatlardan məlumatlar mövcud olmadığı üçün preparat hamilə qadınlara ehtiyatla təyin olunmalıdır. Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərir ki donuz mənşəli mədəaltı fermentlərin sorulma əlamətləri mövcud deyil. Beləliklə də reproduksiyaya və dölün inkişafına toksiki təsir ehtimalı gözlənilmir. Hamiləlik zamanı ehtiyatla təyin olunmalıdır. Ana südü ilə qidalanan uşağa hər hansı bir təsiri gözlənilmir. Buna görə süd vermə dövründə mədəaltı vəzisinin fermentləri qəbul oluna bilər. Zəruri olan hallarda hamilə və uşaq əmizdirən qadınlar adekvat qidalanma statusunun təmin edilməsi üçün kifayət olan dozada Kreon® istifadə edə bilərlər.
Preparatın dozası xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq və pəhrizin tərkibinə uyğun olaraq fərdi təyin olunur. Adekvat fərdi dozanın təyin olunması üçün preparat üç dozada mövcuddur – Kreon®10000, Kreon®25000, Kreon®40000. Preparatı yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul etmək məsləhət görülür. Kapsullar bütöv şəkildə, sındırmadan və çeynəmədən, kifayət qədər maye və yaxud yüngül qəlyanaltı ilə qəbul etmək lazımdır. Əgər bütöv kapsulu udmaq mümkün deyilsə (uşaqlar və ahıl yaşlılar), onu açıb qranulları (Kreon® minimikrosferalar™) yumşaq çeynəmə tələb etməyən, turş dadı olan (pH < 5,5) qidaya əlavə edib və ya turş dadlı maye ilə (pH < 5,5) qəbul etmək olar. Məsələn, qranullar (Kreon® minimikrosferalar™) alma püresinə, yoqurta və ya pH 5,5-dən artıq olmayan meyvə şirəsinə (alma, portağal və ya ananas) əlavə etmək olar. Bu cür hazırlanmış qarışıq dərhal qəbul olunmalı və saxlanmamalıdır. Qranulların əzilməsi və ya çeynənilməsi, həmçinin də pH-ı 5,5-dən artıq olan qida və ya maye ilə qarışdırılması onların bağırsaqda həll olunan qoruyucu üst qatını poza bilər. Nəticədə fermentlərin ağız boşluğunda vaxtından tez azad olunması baş verə bilər, təsiri zəifləyə və selikli qişalar qıcıqlana bilər. Əmin olmaq lazımdır ki, ağızda minimikrosferlər qalmayıb. Kreon®10000, Kreon®25000, Kreon®40000 preparatları ilə müalicə zamanı kifayət qədər maye qəbul etmək (xüsusilə onun yüksək itkisi zamanı) çox vacibdir. Maye çatışmazlığı qəbzlik yarada bilər. İstənilən qranul qarışığını qida və ya maye ilə dərhal istifadə etmək lazımdır və saxlamaq olmaz. Qranulların qida və ya maye ilə istənilən qarışığı dərhal istifadə edilməlidir və saxlamaq olmaz. Mədəaltı vəzin ekzokrin çatışmazlığının növləri üçün dozası: Doza həzmin pozulma dərəcəsi və qidanı yağ tərkibindən asılı olaraq fərdi qaydada seçilməlidir. Adi başlanğıc doza hər əsas qida qəbulu zamanı 10000-25000 TV lipaza təşkil edir. Lakin, bəzi xəstələrdə steatoreyanın aradan qaldırılması və adekvat nutritiv statusun saxlanılması üçün daha yüksək doza tələb oluna bilər. Qastrostomik boru/zond vasitəsilə yeridilməsi Kreon®10000, Kreon®25000 və Kreon®40000 preparatını tibbi göstəriş üzrə qastrostomik boru/zond vasitəsilə yeritmək olar. Kreon® preparatının yuxarıda qeyd edilən dozası diametri 0,7-1,6 mm olan qranullardan ibarətdir. Yeridilmə üçün seçilmiş şprisin və qastrostomik borunun/zondun istifadədən əvvəl diqqətlə seçilməsi və yoxlanması vacibdir. Hazırlanması və istifadəsi üçün təlimat “Utilizasiyası və digər davranışlar zamanı xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində qeyd edilmişdir. Kreon® 10000 preparatı üçün əlavə olaraq Yanlış qidalanma zamanı MBT-nin funksiyası normal olan pasiyentlərdə həzmi yaxşılaşdırmaq üçün doza bədən çəkisindən və qidada yağın miqdarından asılıdır, bir qəbula lipazanın 10 00020 000 TV arasında dəyişir. Utilizasiyası və digər davranışlar zamanı xüsusi ehtiyat tədbirləri Qastrostomik boru/zod vasitəsilə yeridilməsi (qranulların yeridilməsi üçün şpris və qastrostomik boru/zond əvvəlcədən diqqətlə seçilməli və yoxlanılmalıdır). Kreon®10000, Kreon®25000 və Kreon®40000 preparatını 14 Fr və artıq qastrostomik boru/zond vasitəsilə yeritmək olar (qranulun diametri 0,7-1,6 mm). Ümumi tövsiyə: qranulların tamlığını saxlamaq və şprisin tutulmasının və qranulların yapışmasının qarşısını almaq məqsədilə minimikrosferaları az miqdar (qatılaşdırılımış) turş maye və ya uşaq yeməyilə (məsələn, alma püresi, meyvə suyu, şərbət, yağlı yoqurt) (pH< 4,5) qarışdırmaq lazımdır; qastrostomik borunu/zondu qarışıq yeridildikdən əvvəl və sonra təmiz su ilə yumaq lazımdır. 1. Kiçik həcmli qaba “qatı nektar” konsistensiyalı turş maye (qatılaşdırılımış) (alma püresi, uşaq yeməyi, şərbət, yağlı yoqurt) tökmək lazımdır (1 kapsula 15 ml qatılaşdırılımış maye/alma püresi istifadə etmək olar). 2. Kreon® kapsulu açılıb konteynerin içərisinə (minimikrosfera™) əlavə edilir. Ehtiyatla elə qarışdırılır ki, kapsulun möhtəviyyatı qatılaşdırılımış turş mayedə bərabər paylansın. 3. Ehtiyac olduqda boru vasitəsilə yeridilməni dayandırıb və qastrostomik borunu/zondu müvafiq miqdarda (20-30 ml su) su ilə yumaq lazımdır. 4. Alınan həcm və qastrostomik boru/zond ölçüsü üçün müvafiq ölçülü enteral şprisin köməyilə qarışıq konteynerdən çəkilir. 5. Qarışıq qidalanma üçün boru vasitəsilə yavaş yüngül təzyiqlə yeridilir. 6. Qastrostomik borunu/zondu müvafiq miqdarda (20-30 ml) su ilə yumaq və ehtiyac olduqda qidalanmanı boru vasitəsilə bərpa etmək lazımdır.