Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KRONIZON 500MG N100 TB

Məhsul Kodu : 111-26313
İstehsalçı ölkə: Türkiye
45,22 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KRONİZON, 500 mq bağırsaqda həll olan örtüklü tabletlər

KRONİZON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibinə 500 mq mesalazin daxildir;

İstifadəsinə göstərişlər

▪ Xoralı kolitin yüngül və orta dərəcəli kəskinləşməsinin müalicəsi və remissiyasının dəstəklənməsi; ▪ Kron ileokoliti zamanı remissyanın dəstəklənməsi.

Əks göstərişlər

▪ mesalazinə, salisilatlara və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksəkhəssaslıq; ▪ ağır böyrək və qaraciyər çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

ABŞ-ın FDA müdiriyyətinin tövsiyə etdiyi hamiləlikdə təhlükəsinin təsnifat sisteminə əsasən B - kateqoriyasına aiddir. Doğuş potensialına malik olan qadınlar/Hamiləqalmaya nəzarət (Kontrasepsiya) Doğuş potensialına malik olan qadınlara Kronizon-un hər hansı bir təsiri, və ya onun kontraseptivlərlə qarşılıqlı təsiri qeyd edilməmişdir. Hamiləlik Hamiləlik dövründə Kronizon -un istifadəsinə dair müvafiq məlumat yoxdur. Eyni zamanda, hamiləlik dövründə mesalazinin təsirinə məruz qalmış məhdud sayda hamilə qadınların qeydə alınan təcrübəsində mesalazinin hamiləliyə və ya dölün/yenidoğulmuş un sağlamlığına arzuolunma z təsiri müşahidə edilməmişdir.

Digər müvafiq epidemioloji məlumat yoxdur. Qeydə alınmış tək bir halda hamiləlik dövründə mesalazinin yüksək dozasının (2 -4 q daxilə) uzunmüddətli qəbulu nəticəsində yenidoğulmuşda böyrək çatışmazlığının baş verməsi qeydə alınmışdır. Heyvanlar üzərində aparılmış tədqiqatlarda mesalazinin daxilə qəbulunda boğaz heyvanların gestasiyasına, embrionun/dölün inkişafına, doğuşa və ya balanın doğuşdansonrakı inkişafına hər hansı birbaşa və ya dolayı arzuolunmaz təsiri müşahidə edilməmişdir. Kronizon hamilə qadınlara təyin edildikdə mövcud təlimatda qeyd edilən bütün ehtiyat tədbirləri gözlənilməlidir.

Hamiləlik dövründə Kronizon yalnız mütləq göstərişdə, və müalicənin ehtimal olunan faydası ehtimal edilən riskini üstələdiyində təyin edilməlidir. Laktasiya N-asetil-5-aminosalisil turşusu və mesalazin (daha aşağı səviyyədə) döş südünə keçir. Əmizdirmə dövründə mesalazinin qəbulu haqqında məhdud sayda məlumat var; mesalazinin döş südünə keçməsi haqqında məhdud sayda heyvanlarla keçirilmiş tədqiqatlardan əldə edilmiş məlumat var. Əmizdirmə zamanı müalicənin davam edib-etməməsinə dair qərarın alınmasında ana südünün uşaq üçün faydaları və ana üçün Kronizon ilə müalicənin vacibliyi nəzərə alınmalıdır.

Mesalazin qəbulu əsnasında körpədə ishal kimi baş verə biləcək yüksəkhəssaslıq reaksiyaları istisna edilməməlidir; uşaqda ishal başladıqda əmizdirilmə dərhal dayandırılmalıdır. Reproduktiv qabiliyyətə/fertilliyə təsiri İnsanın reproduktiv qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri müşahidə edilməmişdir.

KRONİZON istifadə qaydası və dozası

Kronizon tabletləri səhər, günorta və axşam yeməkdən 1 saat əvvəl qəbul edilməlidir. Tabletlər bütöv şəkildə, çeynənmədən və bol miqdarda su ilə birlikdə qəbul edilməlidir. Hər xəstənin fərdi halının klinik tələblərinə əsasən dozalar aşağıdakı gündəlik tövsiyələrə əsasən seçilməlidir: Böyüklərdə Kron ileokoliti Xoralı kolit Remissiyanın dəstəklənməsi Kəskinləşmənin müalicəsi üçün Remissiyanın dəstəklənməsi/ uzunmüddətli müalicə üçün mesalazin 1,5 q 1,5-3,0 q 1,5 q Kronizon tabletləri 3  1 tablet 3  1 tablet 3 2 tabletədək 3  1 tablet Xoralı kolitin kəskinləşməsinin müalicəsi və remissiyasının dəstəklənməsi üçün Kronizon müntəzəm qaydada ardıcıl şəkildə istifadə edilməlidir. Müalicə müddəti həkim tərəfindən müəyyən edilir.

Xoralı kolitin remissiyasının dəstəklənməsi üçün measalazinin dozası adətən 1,5 mq/gün-ədək azaldıla bilər (bədən kütləsi 40 kq-dan artıq olan böyüklər və yeniyetmələr üçün). Xəstələrin xüsusi qruplarında istifadə qaydası Böyrək/qaraciyər çatışmazlığı Qaraciyər funksional pozulması olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Böyrək funksiyası pozulmuş xəstələrdə istifadəsi tövsiyə olunmur. Müalicə dövründə böyrək funksiyası pozulduqda mesalazinin böyrəklərə toksik təsiri nəzərə alınmalıdır.

Ağır böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”). Uşaqlarda istifadəsi 6-18 yaşlı uşaqlarda tətbiqinə dair çox məhdud məruzələr vardır. 6 yaşlı və daha böyük uşaqlar Aktiv xəstəlik: Gündəlik müalicə dozası fərdi seçilməlidir, xəstəliyin kəskinləşməsi dövründə bir neçə qəbula bölünmüş gündəlik 30-50 mq/kq dozasında müalicə rejiminin başlanması tövsiyə görülür. Maksimal günlük dozası 75 mq/kq təşkil edir.

Ümumi qəbul dozası böyüklər üçün tövsiyə olunan dozaları aşmamalıdır. Dəstəkləyici müalicə: Gündəlik müalicə dozası fərdi seçilməlidir bir neçə qəbula bölünmüş gündəlik 15- 30 mq/kq dozasında müalicə rejimi tövsiyə görülür. Maksimal günlük dozası 75 mq/kq təşkil edir. Ümumi qəbul dozası böyüklər üçün tövsiyə olunan dozaları aşmamalıdır.

Xoralı kolitin residivlərinin profilaktikası məqsədilə gündəlik doza adətən 0,75 q-dək azaldıla bilər (uşaqlar və yeniyetmələr üçün). Bədən kütləsi 40 kq-dək olan uşaqlara adətən böyüklərin dozasının yarısının verilməsi, və bədən kütləsi 40 kq-dan çox olan uşaqlara 40 kq-dan ağır olan böyüklərin tam normal dozasının verilməsi tövsiyə olunur. Yaşlılar Böyüklər üçün göstərilən doza və istifadə qaydası həmçinin yaşlılara da aiddir.

Prepared by  T-Soft E-Commerce.