Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 paketdə 4 mq montelukast (montelukast natrium formasında) vardır.
Preparat 6 aydan 5 yaşa qədər uşaqlarda inhalyasion qlyukokortikosteroidlərlə (QKS) adekvat nəzarət edilə bilinməyən və qısamüddətli təsirə malik “lazım olan anda” beta-aqonistlərin adekvat nəzarəti təmin etmədiyi yüngül və orta dərəcəli davamlı (persistəedici) BA-nın müalicəsi zamanı əlavə müalicə kimi istifadə edilir. Preparat yüngül davamlı BA-sı olan və yaxınlarda oral kortikosteroidlər tələb edən ağır BA tutması keçirməyən 2-5 yaşında uşaqlarda, həmçinin inhalyasion QKS istifadə edə bilməyən pasiyentlərdə inhalyasion QKS-in aşağı dozaları ilə müalicəyə alternativ müalicə variantı kimi istifadə edilə bilər. Preparat, həmçinin 2 yaşdan yuxarı uşaqlarda əsas komponenti fiziki yüklənmə nəticəsində törənən bronxospazm olan BA-nın profilaktikası üçün tövsiyə olunur.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda montelukastın hamiləliyə və ya embrionun/dölün inkişafına neqativ təsiri aşkar edilməmişdir. Montelukast qəbul edən hamilə qadınlar iştirak edən nəşr edilmiş prospektiv və retrospektiv koqort tədqiqatların nəticəsi dərman vasitəsinin istifadəsilə əlaqədar anadangəlmə ağır (daha əhəmiyyətli) qüsurun yaranma riskinin olmadığını göstərir. Əldə olan tədqiqat məlumatları kiçik ölçülü çıxarış, məlumatların retrospektiv toplusu (bəzi hallarda) daxil olmaqla, eləcə də etibarlı preparatlarla terapiya alan müqayisə qrupunun istifadəsi onların metodoloji məhdudluğuna işarə edir. Kulentonu hamiləlik dövründə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.
Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlarda montelukastın ana südünə nüfuz etməsi aşkar edilmişdir. Montelukastın/onun metabolitlərinin insanda ana südü ilə xaric olması məlum deyil. Kulentonu laktasiya dövründə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda uşağa olan potensial riskdən üstün olsun.
Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir. Buna baxmayaraq, bəzi pasiyentlərdə başgicəllənmə və yuxululuq halları qeyd edilmişdir.
Dozalanma Kulento preparatı uşaqlarda böyüklərin nəzarəti altında istifadə edilməlidir. 6 aydan 5 yaşa qədər pasiyentlər üçün tövsiyə olunan doza gündə bir dəfə (axşam saatlarında) bir paket (4 mq montelukast) təşkil edir. Bu yaş qrupunda preparatın dozasının tənzimlənməsi tələb olunmur. 6 aydan 2 yaşa qədər olan BA xəstəliyi olan pasiyentlərdə montelukastın effektivliyinə dair klinik məlumatlar məhduddur.
Müalicəyə cavab preparatın qəbulundan 2-4 həftə sonra qiymətləndirilməlidir. Müalicəyə cavab olmadıqda Kulento preparatlnın qəbulu dayandırılmalıdır. 6 aydan aşağı uşaqlarda montelukastın istifadəsi tövsiyə edilmir. İstifadə qaydası Qranullar ya birbaşa udularaq, ya da bir qaşıq soyuq və ya otaq temperaturunda yumşaq qida ilə (məsələn, alma püresi, dondurma, yerkökü və düyü) qarışdırılaraq peroral qəbul edilir.
Paket istifadə etməzdən əvvəl açılmalı, açıldıqdan sonra bütün doza dərhal qəbul edilməlidir (15 dəqiqə ərzində). Qida ilə qarışdırıldıqda, preparat sonradan istifadə üçün saxlanılmamalıdır. Paketin məzmunu mayedə durulaşdırılmamalıdır, lakin preparatı daxilə qəbul etdikdən sonra maye içmək olar. Kulento preparatı yemək qəbulu vaxtından asılı olmayaraq qəbul edilə bilər.
Ümumi tövsiyələr Montelukastın BA nəzarəti üçün müalicəvi təsiri bir gün müddətində yaranır. Pasiyentə tövsiyə edilməlidir ki, hətta onların BA-sı nəzarət altında olarsa və ya BA kəskinləşərsə belə, preparatın istifadəsini davam etdirsinlər. Böyrəklərin funksional pozğunluğu olan və ya yüngül dərəcədən orta dərəcəyə qədər böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur, ağır böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadə təcrübəsi yoxdur. Kişi və qadın cinsli pasiyentlər üçün Kulento preparatının dozası eynidir.
Kulento preparatı yüngül, davamlı BA zamanı inhalyasion QKS-lərin aşağı dozaları üçün alternativ müalicə kimi Montelukastın orta dərəcəli davamlı BA xəstəliyi olan pasiyentlər üçün monoterapiya şəklində istifadəsi tövsiyə olunmur. 2 yaşdan 5 yaşa qədər uşaqlarda inhalyasion QKS-in aşağı dozaları ilə müalicəyə montelukastın alternativ kimi istifadəsi yaxınlarda QKS-lərlə müalicə tələb edən ağır BA tutmaları baş verməyən pasiyentlər üçün və inhalyasion kortikosteroidlərdən istifadə etməyi bacarmayan pasiyentlər üçün nəzərdən keçirilə bilər. Yüngül, davamlı BA həftədə bir dəfədən çox, lakin, gündə bir dəfədən az BA tutması simptomları ilə, gecə tutmaları ayda iki dəfədən çox, lakin həftədə bir dəfədən az tutma simptomları ilə təyin edilir, epizodlar arasında ağciyərlərin funksiyası normal olur. Əgər BA-ya qənaətbəxş nəzarət əldə edilməzsə (adətən bir ay müddətində), BA-nın müalicəsi üçün pilləli sistem əsasında əlavə və ya müxtəlif iltihab əleyhinə müalicənin zəruriliyini qiymətləndirmək lazımdır.
BA-nın müalicəsinin effektivliyini müntəzəm intervallarla qiymətləndirmək lazımdır. Kulento preparatının 2-5 yaşında pasiyentlərdə BA-nın əsas komponenti fiziki yüklənmə nəticəsində törənən bronxospazm olan BA-nın profilaktikası 2-5 yaşında pasiyentlərdə inhalyasion QKS-lərlə müalicə tələb edən fiziki yüklənmə nəticəsində yaranan bronxospazm davamlı BA-nın əsas təzahürü ola bilər. Pasiyentlərin vəziyyəti montelukastla 2-4 həftəlik müalicədən sonra qiymətləndirilməlidir. Müalicəyə qənaətbəxş cavab olmadıqda, əlavə və ya digər terapiyanın istifadəsi nəzərə alınmalıdır.
Kulento preparatı ilə müalicə BA-nın digər müalicə metodlarına münasibətdə Kulento preparatı mövcud müalicəyə əlavə kimi inhalyasion QKS-lərlə istifadə edildikdə, inhalyasion QKS-lərin istifadəsi kəskin şəkildə kəsilməməlidir. Uşaqlar Kulento preparatı 6 aydan kiçik uşaqlarda istifadə olunmamalıdır. 6 aydan kiçik uşaqlarda Kulento preparatının istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.