Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kulento 5 mq N28 tablet

Məhsul Kodu : 111-28094
İstehsalçı ölkə: Türkiye
9,23 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Kulento, çeynəmə tabletlər

Kulento tərkibi

Tərkibi 
Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq və ya 5 mq montelukast (montelukast natrium şəklində) vardır.

Əks göstərişlər 

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Heyvanlar üzərində aparılan tədqiqatlar hamiləliyə və ya embrional/fetal inkişafa zərərli təsirini nümayiş etdirməmişdir. Hamiləliklərə dair məlumatlar bazasında olan məhdud məlumatlar Kulento preparatının qəbulu və inkişaf qüsurları (ətrafların qüsurları kimi) arasında səbəbnəticə əlaqəsini göstərmir, bunlar barədə preparatın qeydiyyat sonrası istifadəsi zamanı nadir halda məlumat verilmişdir. 
Kulento hamiləlik dövründə yalnız istifadəsinə həddən artıq ehtiyac olduğu zaman istifadə edilə bilər.  
Laktasiya 
Siçovullar üzərində aparılan tədqiqatlarda göstərilmişdir ki, montelukast südlə ifraz olunur. 
Montelukast və ya onun metabolitlərinin ana südünə keçməsi məlum deyildir. 
Kulento ana südü ilə qidatlandırma dövründə yalnız həddən artıq ehtiyac olduğu zaman istifadə oluna bilər.

İstifadə qaydası və dozalar 

Kulento uşaqlarda böyüklərin nəzarəti altında istifadə olunmalıdır. Çeynəmə tablet formasında montelukastın istifadəsi zamanı çətinliklər yaranan zaman onun daxilə qəbul edilən qranul formasının istifadəsi nəzərdən keçirilməlidir.  
Dozalanma 
Kulento 4 mq 
2 yaşdan 5 yaşa qədər pasiyentlər üçün tövsiyyə edilən doza bir tablet (4 mq montelukast) gündə bir dəfə axşam təşkil edir. Bu yaş qrupunda dərman vasitəsinin dozasının korreksiya edilməsi tələb olunmur. 
Kulento 5 mq 
6 yaşdan 14 yaşa qədər pasiyentlər üçün tövsiyyə edilən doza bir tablet (5 mq montelukast) gündə bir dəfə axşam təşkil edir. Bu yaş qrupunda dərman vasitəsinin dozasının korreksiya edilməsi tələb olunmur. 
Ümumi tövsiyyələr 
BA simptomlarının nəzarət olunmasına dair montelukastın terapevtik effekti dərman vasitəsi qəbulunun ilk günləri ərzində qeyd olunur. Həm BA simptomları nəzarət altında olduğu halda, həm də BA simptomları kəskinləşdiyi halda pasiyentlər Kulento qəbuluna davam etməlidirlər. 
Böyrək çatışmazlığı və ya yüngül və ya orta ağır dərəcəli qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə preparatın dozasının korreksiya edilməsi tələb olunmur, ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın dozalanma rejiminə dair məlumatlar yoxdur. Həm kişi cinsindən, həm də qadın cinsindən olan pasiyentlər Kulento-nu eyni dozada qəbul etməlidirlər. 
Yüngül ağırlıq dərəcəli persistəedici BA-nın alternatin müalicə üsulu qismində aşağı 
dozalarda inhalyasion QKS ilə terapiyanın əvəzinə Kulento 4 mq və 5 mq istifadəsi  
Orta ağırlıq dərəcəli persistəedici BA olan pasiyentlərdə montelukast ilə monoterapiya 
tövsiyyə olunmur. Persistəedici BA olan uşaqlarda aşağı dozada inhalyasion QKS ilə terapiya əvəzinə alternativ müalicə üsulu qismində montelukastın istifadəsinin mümkünlüyü yalnız o pasiyentlər üçün nəzərə alınmalıdır ki, onlarda yaxın zamanda peroral QKS terapiyası tələb edən ağır BA tutması olmamışdır, və hansılarda ki, inhalyasion QKS istifadəsi uyğun hesab olunmur.  
BA simptomları həftədə bir dəfədən artıq, lakin gündə bir dəfədən az qeyd olunduqda, gecə simptomları ayda iki dəfədən çox, lakin həftədə bir dəfədən az qeyd olunduqda, bu zaman tutmalar arasında ağciyərlərin normal funksiyası saxlanıldığı halda, bu persistəedici BA yüngül ağırlıq dərəcəsi kimi qiymətləndirilir. Əgər növbəti müşahidə dövrünün gedişində (adətən bir ay ərzində) müəyyən olunmuşdur ki, lazımi BA nəzarəti əldə olunmayıb, o zaman əlavə və ya digər iltihabəleyhinə terapiyanın tətbiq olunması barədə məsələ müzakirə olunmalıdır, BA-nın addım terapiya sisteminə əsaslanmaq lazımdır. BA nəzarətinin müəyyən olunması üçün pasiyentin vəziyyətinin mütəmadi monitorinqi  mütləq vacibdir. 
2 yaşdan 5 yaşa qədər BA əsas komponenti fiziki yüklənmə induksiyalı bronxospazm hesab olunan pasiyentlərdə BA profilaktikası üçün Kulento 4 mq istifadəsi  
Fiziki yüklənmə ilə induksiyalı və inhalyasion QKS ilə müalicə tələb edən bronxospazm 2 yaşdan 5 yaşa qədər pasiyentlərdə persistəedici BA-nın əsas əlaməti ola bilər. Montelukast ilə 2-4 həftə müalicədən sonra pasiyentlərin vəziyyətini qiymətləndirmək lazımdır. Müalicəyə qarşı qənaətbəxş cavab alınmadığı zaman əlavə və ya digər terapiyanın tətbiq olunması məsələsi müzakirə olunmalıdır.   
BA-nın digər müalicə üsullarından asılı olaraq Kulento ilə terapiya 
Kulento əlavə terapiya qismində inhalyasion QKS ilə birgə istifadə olunduğu halda, 
inhalyasion QKS qəbulunu kəskin şəkildə dayandırmaq olmaz. 
Uşaqlar 
Kulento 4 mq 2 yaşdan kiçik uşaqlarda istifadə edilməsi məsləhət görülmür, preparatın bu yaş qrupunda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 
Kulento 5 mq 6 yaşdan kiçik uşaqlarda istifadə edilməsi məsləhət görülmür, preparatın bu yaş qrupunda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 
İstifadə qaydası 
Tabletləri daxilə qəbul etmək lazımdır; udmazdan əvvəl tableti çeynəmək lazımdır. 
Qida qəbulundan asılı olaraq preparatı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul etmək lazımdır.    

Prepared by  T-Soft E-Commerce.