Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LANSAZELIN 30MG N30 KAPS

Məhsul Kodu : 111-29093
İstehsalçı ölkə: Hindistan
6,18 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LANSAZELİN, 30 mq təsiredici maddəsi tədricən azad olan bərk jelatin kapsullar

LANSAZELİN tərkibi

Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazola bərabər miqdarda lansoprazol qranulları vardır.

İstifadəsinə göstərişlər

• Onikibarmaq bağırsaq xorasının və mədə xorasının müalicəsi • Reflüks ezofaqitin müalicəsi • Reflüks ezofaqitin profilaktikası • Helicobacter pylori (H. pylori) ilə bağlı xoraların müvafiq antibakterial müalicəsi (H. pylori) ilə birlikdə H. pylori-nin eradikasiyası • QSİƏP-lə davamlı müalicə tələb olunan pasiyentlərdə mədənin və onikibarmaq bağırsağın QSİƏP-lə bağlı xoşxassəli xoralarının müalicəsi • QSİƏP-lə müalicənin davam etdirilməsini tələb edən risk altında olan pasiyentlərdə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin profilaktikası • Simptomatik qastroezofaqeal reflüks xəstəliyi • Zollinger-Ellison sindromu.

Əks göstərişlər

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Lansoprazolun istifadəsinə dair klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda lansoprazolun hamiləliyə, embrionun / dölün inkişafına, doğuşa və ya doğuşdan sonrakı inkişafa birbaşa və ya dolayı zərərli təsirləri müşahidə edilməmişdir. Buna görə hamiləlik dövründə lansoprazolun istifadəsi tövsiyə edilmir. Laktasiya: Lansoprazolun insanın ana südünə nüfuz edib-etməməsi məlum deyil.

Heyvanlar üzərində aparılan tədqiqatlarda lansoprazolun südlə xaric olduğu müəyyən edilmişdir. Ana südü ilə qidalandırmanın uşağa faydası və lansoprazolla müalicənin faydası nəzərə alınmaqla ana südü ilə qidalandırmanın davam etdirilməsi və ya lansoprazol ilə müalicənin davam etdirilməsi /dayandırılması barədə qərar qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, vertiqo, görmə pozğunluğu və süstlük kimi əlavə təsirlər baş verə bilər. Belə hallar baş verərsə, reaksiya qabiliyyəti zəifləyə bilər. Ona görə də nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.

LANSAZELİN istifadə qaydası və dozası

Onikibarmaq bağırsaq xorasının müalicəsi: tövsiyə olunan doza 2 həftə ərzində gündə bir dəfə 30 mq-dır. Bu müddət ərzində tam sağalmayan xəstələrdə müalicə eyni dozada daha iki həftə ərzində davam etdirilir. Mədə xorasının müalicəsi: tövsiyə olunan doza 4 həftə ərzində gündə bir dəfə 30 mq-dır. Xora adətən 4 həftə ərzində sağalır, lakin bu müddət ərzində tam sağalmayan pasiyentlərdə müalicə eyni dozada daha 4 həftə ərzində davam etdirilə bilər.

Reflüks ezofaqit: tövsiyə olunan doza 4 həftə ərzində gündə bir dəfə 30 mq-dır. Bu müddət ərzində tam sağalmayan pasiyentlərdə müalicə eyni dozada daha 4 həftə ərzində davam etdirilə bilər. Reflüks ezofaqitin profilaktikası: gündə 1 dəfə 15 mq. Lazım gələrsə doza gündəlik 30 mq-a qədər artırıla bilər.

Helicobacter pylori-nin profilaktikası: müvafiq kombinəolunmuş müalicə seçilərkən, bakterial rezistentliyə, müalicə müddətinə (çox vaxt 7 gün, lakin, bəzən 14 günədək) və antibakterial maddələrin düzgün istifadəsi ilə bağlı rəsmi yerli qaydalara diqqət yetirilməlidir. Tövsiyə olunan doza aşağıdakılardan biri ilə kombinasiyada 7 gün ərzində gündə iki dəfə 30 mq lansoprazol təşkil edir: gündə iki dəfə 250-500 mq Klaritromisin + gündə iki dəfə 1 q amoksisillin; gündə 2 dəfə 250 mq klaritromisin + gündə iki dəfə 400-500 mq metronidazole. H.pylori-nin eradikasiyasının 90%-ə qədər tezliyi klaritromisinin lansoprazolla və amoksisillinlə və ya metronidazolla birlikdə istifadə zamanı əldə edilir. Uğurlu eradikasion müalicədən altı ay sonra təkrar infeksiya riski azdır və bu səbəbdən residiv ehtimalı aşağıdır.

Həmçinin, gündə iki dəfə 30 mq lansoprazol, gündə iki dəfə 1 q amoksisillin və gündə iki dəfə 400-500 mq metronidazoldan ibarət rejimin istifadəsi də araşdırılmışdır. Klaritromisinin istifadəsi ilə aparılan müalicə rejimləri ilə müqayisədə bu kombinasiyadan istifadə zamanı daha aşağı eradikasiya göstəriciləri müşahidə edilmişdir. Metronidazola qarşı yerli rezistentliyin səviyyəsi aşağı olduqda, klaritromisini eradikasion müalicənin bir hissəsi kimi qəbul edə bilməyənlər üçün yararlı ola bilər. QSİƏP-lə davamlı müalicə tələb olunan pasiyentlərdə mədə və onikibarmaq bağırsağın QSİƏP ilə bağlı xoşxassəli xoralarının müalicəsi: dörd həftə ərzində gündə bir dəfə 30 mq.

Tam sağalmayan pasiyentlərdə müalicəni daha dörd həftə davam etdirmək olar. Riskli və ya sağalması çətin olan xoraları olan pasiyentlər üçün, yəqin ki, daha uzunmüddətli müalicə kursu və /və ya daha yüksək doza istifadə edilməlidir. QSİƏP-lə uzunmüddətli müalicə tələb olunan və risk qrupuna daxil olan (məsələn yaşı 65-dən yuxarı olan və ya anamnezində mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi olan) pasiyentlərdə mədə və onikibarmaq bağırsağın QSİƏP-lə bağlı xoralarının profilaktikası: gündə 1 dəfə 15 mq. Müalicə nəticə verməzsə, gündə bir dəfə 30 mq dozadan istifadə edilməlidir.

Simptomatik qastroezofaqeal reflüks xəstəliyi: tövsiyə olunan doza gündə 15 mq və ya 30 mqdır. Simptomların yüngülləşməsi sürətlə əldə edilir. Dozaya fərdi düzəlişin edilməsi nəzərdən keçirilməlidir. Əgər simptomlar 4 həftə ərzində gündəlik 30 mq doza ilə azalmazsa, sonrakı müayinələr tövsiyə olunur.

Zollinger-Ellison sindromu: tövsiyə olunan başlanğıc doza gündə bir dəfə 60 mq-dır. Doza fərdi olaraq tənzimlənməli və müalicə isə lazım olduğu qədər davam etdirilməlidir. Gündəlik 180 mqa qədər doza istifadə edilmişdir. Əgər lazım olan gündəlik doza 120 mq-dan çox olarsa, iki bölünmüş doza şəklində təyin edilməlidir.

Qaraciyər və böyrək funksiyasının pozulması: böyrək funksiyası pozulmuş pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Orta və ya ağır dərəcəli qaraciyər xəstəliyi olan pasiyentlər daim nəzarət altında saxlanmalıdır və gündəlik dozanın 50% azaldılması tövsiyə olunur Yaşlılar: yaşlılarda lansoprazolun klirensi azaldığından, fərdi tələbata əsasən dozaya düzəliş edilməsi tələb oluna bilər. Əgər əsaslı klinik göstərişlər yoxdursa yaşlılarda gündəlik doza 30 mq-dan artıq olmamalıdır. Uşaqlar: uşaqlarda Lansoproazolun istifadəsi tövsiyə edilmir, çünki klinik məlumatlar məhduddur.

Bir yaşa qədər uşaqların müalicəsindən qaçmaq lazımdır, belə ki, mövcud məlumatlar qastroezofaqeal reflüks xəstəliyinin müalicəsində faydalı təsirin olduğunu göstərmir. İstifadə qaydası Optimal effekt əldə etmək üçün lansoprazol H. pylori-nin eradikasiyası üçün istifadə edildiyi hallar istisna olmaqla gündə bir dəfə qəbul edilməlidir (H.Pylori-nin eradikasi-yası üçün istifadə edildikdə, müalicə iki dəfə bir dəfə səhər və bir dəfə axşam aparılmalıdır). Lansoprazol yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməlidir.

Kapsulları bütöv halda, maye ilə birlikdə udmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.