Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol qranulları vardır.
• 12-barmaq bağırsaq və mədə xorasının müalicəsi • Reflüks ezofagitin müalicəsi • Reflüks ezofagitin profilaktikası • Helicobacter pylori (H.pylori) eradikasiyasında H.pylori-əlaqəli xoraların müalicəsi üçün müvafiq antibiotik terapiyası ilə birgə qəbul • QSİƏP ilə davamlı müalicənin tələb olunduğu pasiyentl ərdə QSİƏP-əlaqəli xoşxassəli mədə və 12-barmaq bağırsaq xoralarının müalicəsi • Davamlı terapiyanın tələb olunduğu risk altındakı pasiyentlərdə QSİƏP-əlaqəli mədə xoraları və 12-barmaq bağırsaq xoralarının profilaktikası • Simptomatik qastroezofageal reflüks xəstəliyi • Zollinger-Ellison sindromu
Aktiv maddə və ya köməkçi maddələrdən hər hansına qarşı hiperhəssaslıq.
Başgicəllənmə, vertiqo, görm ə pozğunluqları və yuxululuq kimi arzuolunmaz d ərman reaksiyaları meydana çıxa bilər. Bu vəziyyətlərin təsiri altında reaksiya qabiliyyəti azalmış ola bilər.
Dozalanması 12-barmaq bağırsaq xorasının müalicəsi Tövsiyə edilən doza – 30 mq gündə bir dəfə, 2 hə ftə ərzində. Bu müddət ərzində tam sağalmayan pasiyentlərdə dərman vasitəsi eyni dozada əlavə 2 həftə davam etdirilir. Mədə xorasının müalicəsi Tövsiyə edilən doza – 30 mq gündə bir dəfə, 4 həftə ərzində. Adətən xora 4 həftə ərzində sağalır, bu müddətdə tam sağalmayan pasiyentlərdə isə dərman vasitəsi eyni dozada əlavə 4 həftə davam etdirilə bilər.
Reflüks ezofagit Tövsiyə edilən doza – 30 mq gündə bir dəfə, 4 həftə ərzində. Bu müddət ərzində tam sağalmayan pasiyentlərdə müalicə eyni dozada əlavə 4 həftə davam etdirilə bilər. Reflüks ezofagitin profilaktikası 15 mq gündə bir dəfə. Ehtiyac olduqda doza gündəlik 30 mq-a qaldırıla bilər.
Helicobacter pylori eradikasiyası Müvafiq kombinə olunmuş terapiyanı seçə rkən, bakterial rezistentlik, müalicə nin davametm ə müddəti (əksərən 7 gün, lakin bəzən 14 günə qədər) və antibakterial preparatların müvafiq istifadəsi ilə bağlı rəsmi yerli rəhbər tövsiyələr diqqətə alınmalıdır. Tövsiyə edilən doza – 30 mq lansoprazol gündə iki d əfə, 7 gün ərzində, aşağıda göstərilən dərmanların biri ilə: klaritromisin 250-500 mq gündə 2 dəfə + amoksisillin 1 q gündə 2 dəfə klaritromisin 250 mq gündə iki dəfə + metronidazol 400-500 mq gündə 2 dəfə Klaritromisin preparatı lansoprazol və amoksisillin və ya metronidazol ilə kombinə edildiyində əldə olunan H.pylori eradikasiyası səviyyəsi 90%-ə qədərdir. Müvəffəqiyyətli eradikasiya müalicəsindən sonra 6 ay ərzində təkrar yoluxma riski aşağıdır, beləliklə residiv ehtimalı azdır. Lansoprazol 30 mq gündə 2 dəfə, amoksisillin 1 q gündə 2 dəfə və metronidazol 400-500 mq gündə 2 dəfə kombinasiyasından ibarət rejimdən istifadə də tədbiq edilmişdir.
Klaritromisin ehtiva ed ən rejimlərlə müqayisədə bu kombinasiyanın tətbiqi zamanı aşağı eradikasiya səviyyəsi müşahidə edilmişdir. Bu, eradikasi ya terapiyanın bir hiss əsi kimi klaritromisin q əbul ed ə bilməyən şəxslər üçün, metronidazola qarşı yerli rezistentlik aşağı olduğu hallarda uyğun sayıla bilər. Davamlı QSİƏP müalic əsi t ələb olunan pasiyentl ərdə QSİƏP il ə əlaqəli xoşxass əli m ədə və 12- barmaq bağırsaq xoralarının müalicəsi 30 mq gündə bir dəfə, 4 həftə ərzində. Tam sağalmamış pasiyentlərdə müalicə əlavə 4 həftə ərzində davam etdirilə bilər.
Risk altında olan və ya sağalması çətin xoralar ilə pasiyentlər üçün, çox güman ki, daha uzun müalicə kursu və/və ya daha yüksək doza istifadə edilməlidir. Uzunmüddətli QSİƏP müalicəsi tələb olunan risk altındakı pasiyentlərdə (məsələn, yaşı > 65 və ya mədə yaxud 12-barmaq bağırsaq xorası anamnezi ilə) QSİƏP-əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının profilaktikası 15 mq gündə 1 dəfə. Müalicə uğursuz nə ticə göstərirsə, 30 mq günd ə 1 dəfə dozası istifad ə edilməlidir. Simptomatik qastro-ezofageal reflüks xəstəliyi: Tövsiyə edilən doza – gündəlik 15 mq və ya 30 mq-dır.
Simptomların yüngüll əşməsinə qısa müddətdə nail olunur. Dozalamanın f ərdi korreksiyası nəzərdən keçirilm əlidir. 4 hə ftə ərzində gündəlik 30 mq doza simptomları aradan qaldırmırsa, daha ətraflı müayinələr tövsiyə edilir. Zollinger-Ellison sindromu Tövsiyə edilən ilkin doza - 60 mq gündə 1 dəfədir.
Fərdi şəkildə dozanın korreksiyası aparılmalı və müalicə ehtiyac olduğu müddə tcə davam etdirilm əlidir. Gündəlik 180 mq-də k dozalar istifad ə edilmişdir. Tələb olunan günd əlik doza 120 mq-dan yuxarıdırsa, sutkalıq doza 2 dəfəyə qəbul edilməlidir. Böyrək çatışmazlığı Böyrək funksiyası pozğunluğu ilə pasiyentlərdə dozanın korreksiyasına ehtiyac yoxdur.
Qaraciyər çatışmazlığı Orta və ya ağır qaraciy ər xə stəliyi il ə pasiyentlər münt əzəm kontrol altında saxlanılmalı dır və gündəlik dozanın 50% azaldılması tövsiyə olunur. Yaşlılar Yaşlılarda lansopr azol klirensinin azalması il ə əlaqədar, fə rdi ehtiyaclara əsaslanmaqla, dozanın korreksiyası zərurəti yarana bilər. Vadaredici klinik göst ərişlər olduğu hallar xaricində, yaşlılarda gündəlik doza 30 mq-ı aşmamalıdır. Pediatrik populyasiya Klinik məlumatların məhdud olması ilə əlaqədar, uşaqlarda lansoprazol istifadəsi tövsiyə edilmir.
Bir yaşdan aşağı kiçik uşaqların müalicə sindən çəkinmək lazımdır, belə ki, mövcud məlumatlar qastroezofageal reflüks xəstəliyinin müalicəsi zamanı müsbət təsirlər göstərməmişdir. İstifadə metodu Optimal effekt üçün, lansoprazol kapsulları gündə 1 dəfə səhər q əbul edilm əlidir, H.pylori eradikasiyası üçün istifadə istisnadır ki, burada müalicə gündə 2 dəfə, səhər və axşam olmalıdır. Lansoprazol qidadan ən azından 30 də qiqə əvvəl q əbul edilm əlidir. Kapsullar maye il ə qəbul olunaraq, bütöv udulmalıdır.
Udma çətinliyi olan pasiyentlər üçün; tədqiqatlar və klinik təcrübə göstərir ki, qəbulu asanlaşdırmaq üçün kapsullar açıla və qranullar az miqdarda su, alma/pomidor şirəsi ilə qarışdırıla və ya az miqdarda yumşaq qidanın (məs., yoqurt, alma püresi) üzərinə səpilə bilər. Nazoqastral zond vasit əsilə verilmə üçün d ə kapsullar açıla v ə qranullar 40 ml alma şirəsi ilə qarışdırıla bilər. Suspenziya və ya qarışığın hazırlanmasından sonra, d ərman vasitəsi dərhal qəbul edilməlidir.