Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq loratadin vardır.
Levozin preparatı, asqırma, burundan ifrazat, burunda və ya boğazda qaşınma, gözlərdə qaşınma və ya yanma hissi, gözün sulanması kimi allergik zökəmin (məsələn, pollinoz, tozla, heyvan yunu ilə əlaqədar allergik zökəm) simptomlarının yüngülləşdirilməsi üçün istifadə edilə bilər. Levozin preparatı, eləcə də, övrənin allergik dəri simptomlarının (qaşınmanın, dərinin qızarması) yüngülləşdirilməsi və səpgilərin azaldılması və ölçülərinin kiçildilməsi üçün istifadə oluna bilər. Levozin tabletlərinin təsiri bütün sutka ərzində davam edir və pasiyentin gündəlik aktivliyini və yuxu ritmini saxlamağa kömək edir.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, həkimi məlumatlandırmalıdır. Ehtiyatlılıq tədbiri qismində hamiləlik dövründə Levozin tabletlərinin istifadəsi məsləhət görülmür. Laktasiya dövrü Loratadinin ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə Levozin tabletlərinin istifadəsi məsləhət görülmür. Hamiləlik və laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Preparatın nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatlarda loratadinin mənfi təsirləri aşkar edilməmişdir. Levozin tabletləri məsləhət görülən dozada istifadə edildikdə, yuxululuğa və ya diqqət konsentrasiyasının azalmasına səbəb olması az ehtimal edilir. Buna baxmayaraq, bəzi hallarda yuxululuğun inkişaf etməsi müşahidə olunmuşdur ki, bu da, pasiyentin nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
Bu preparatı həmişə təlimata və ya həkim təyinata uyğun qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Adətən məsləhət görülən dozalar Böyüklər və 12 yaşlı və yuxarı yeniyetmələr Gündə 1 dəfə 1 tablet. Uşaqlar 2-12 yaşlı uşaqlara preparat bədən kütləsiinə uyğun təyin edilir: - bədən kütləsii 30 kq-dan artıq olan 6-12 yaşlı uşaqlar: gündə 1 dəfə 1 tablet.; - bədən kütləsii 30 kq və ya az olan 6-12 yaşlı uşaqlar: gündə 1 dəfə ½ tablet.
2-6 yaşlı uşaqlar Ciddi olaraq həkim nəzarəti altında istifadə edilir, Levozinin şərbət dərman forması məsləhət görülür: - bədən kütləsii 30 kq-dan artıq olan uşaqlar: gündə 1 dəfə 10 mq (10 ml şərbət); - bədən kütləsii 30 kq-dan az olan uşaqlar: gündə 1 dəfə 5 mq (5 ml şərbət). Levozin preparatı 2 yaşdan aşağı uşaqlara məsləhət görülmür. Xüsusi pasiyent qrupları Qaraciyərin ağır xəstəlikləri olan pasiyentlər Böyüklər və bədən kütləsii 30 kq-dan artıq uşaqlar Qida qəbulundan asılı olmayaraq, günaşırı 1 tablet. Bədən kütləsii 30 kq-dan az olan uşaqlar ½ tablet günaşırı.
Böyrək funksiyası pozulmuş pasiyentlər Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın korreksiyasına ehtiyac yoxdur. Aparılan müalicədən 3 gün sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda, sonradan uğurlu müalicə ehtimalı azalır. İstifadə qaydası Tabletlər daxilə qəbul edilir.
Tabletlər qida qəbulundan asılı olmayaraq və bir stəkan su ilə qəbul edilir. Bir həftə ərzində pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya pisləşdikdə, həkimə müraciət etmək lazımdır. Levozin preparatının qida ilə, içkilərlə və alkoqol ilə birlikdə istifadəsi Levozin tabletlərini yemək zamanı və ya qida qəbulu arasında istifadə etmək olar. Levozin tabletlərinin istifadəsi zamanı alkoqollu içkilərin təsirlərinin güclənməsi müşahidə olunmayıb.
Levozin preparatının istifadəsi unudulduqda Preparatın bir dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək və daha sonra qəbulu, adətən istifadə olunan rejimdə davam etdirmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Bu preparatın istifadəsi ilə əlaqəli əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.