Sevimlilərə əlavə edin
Paylaşın

Loenzar 30 Mq N14 Kapsul

Məhsul Kodu : 111-03432
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
6,58 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

LOENZAR-SANOVEL, 30 mq  qastrorezistent və bağırsaqda həll olan mikropellet kapsullar

Loenzar-Sanovel tərkibi

Təsiredici maddə:   1 kapsulda  30 mq lansoprazol vardır. Köməkçi maddələr: magnezium karbonat, mikroqranül qarışığı, saxaroza, nişasta, hidroksipropil   sellüloza (HPC-31), hidroksipropil sellüloza (HPC-L), təmizlənmiş  su, metakril     turşusunun solopimeri (Eudrajit L30 D-55), talk, titan dioksid, polietilenqlikol 6000,  polisorbat 80, kolloidal silisium dioksid.

İstifadəsinə göstərişlər:

  Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi; qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu ilə əlaqədar mədə və onikibarmaq bağırsağın eroziv-xoralı zədələnməsi; qastroezofageal reflyuks xəstəliyi (QERX); Helicobacter pylori-nin eradikasiyası (kombinəolunmuş terapiyanın tərkibində); Zollinger-Ellison sindromu və mədə turşusunun yüksək sekresiyası ilə müşayiət olunan digər patoloji vəziyyət.

Əks göstərişlər:

  • lansoprazola və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; •    kəskin böyrək çatışmazlığı; •    kreatin  klirensinin 30 ml/dəqiqə olması; •    bir yaşından kiçik uşaqlarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamiləlik və laktasiya dövründə lansoprazoldan istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı lansoprazol teratogen təsir göstərməsə də, ehtiyat tədbiri kimi  hamiləlik və laktasiya dövründə zamanı lansoprazoldan istifadə edilməməlidir. Preparat qaraciyər  funksiyasının ifadə edilmiş pozuntuları olan   pasiyentlərə ehtiyatla təyin edilir. Bu halda birgünlük doza maksimum 30mq  təşkil edir.

Loenzar-Sanovel istifadə qaydası, dozası

  Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Kapsulları bütöv, çeynəmədən qəbul etmək lazımdır.  Preparatı sutkada 1 dəfə istifadə etdikdə, kapsulları səhər, qida qəbulundan əvvəl qəbul etmək lazımdır; həmçinin, preparatı axşam, şam yeməyindən əvvəl də qəbul etmək olar. Preparatın iki dəfə qəbulu üçün zərurət yarandıqda, kapsulları səhər yeməyindən və şam yeməyindən əvvəl təyin etmək lazımdır. Kapsulu bütöv qəbul etmək mümkün olmadığı halda, onun möhtəviyyatını az miqdar (təxminən 1 dolu xörək qaşığı) alma şirəsi ilə qarışdırmaq və çeynəmədən, dərhal daxilə qəbul etmək olar. Preparatı həmçinin, zond vasitəsi ilə yeritmək mümkündür.  Onikibarmaq bağırsaq xorasının kəskinləşmə mərhələsi – sutkada 1 dəfə 30 mq, 2-4 həftə müddətində. Mədə xorasının kəskinləşmə mərhələsi – sutkada 1 dəfə 30 mq, 4-8 həftə müddətində.  QSİƏP-in istifadəsi ilə əlaqəli mədə və onikibarmaq bağırsağın eroziv-xoralı zədələnməsi (QSİƏP ilə əlaqəli qastropatiya) – sutkada 30 mq, 4-8 həftə müddətində.  Qastro-ezofageal reflyuks xəstəliyi (QERX), o cümlədən, reflyuks-ezofagit – sutkada 30 mq, 4-8 həftə müddətində. Helicobacter pylori infeksiyasının eradikasiyası – sutkada 2 dəfə 30 mq, antibiotiklərlə (klaritromisinlə və amoksisillinlə) birlikdə, 7-14 gün müddətində.  Zollinger-Ellison sindromu – bazal turşuluğun hasilatı 10 mmol/saatda göstəricisinə çatana qədər doza fərdi qaydada seçilir. Preparatın tövsiyə olunan başlanğıc dozası – sutkada 1 dəfə 60 mq təşkil edir. Sutkalıq 120 mq dozanın istifadəsi tələb olunduqda, preparatı 2 dəfəyə qəbul etmək tövsiyə olunur. Müalicənin davametmə müddəti həkim tərəfindən müəyyən olunur.   Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və yaşlı pasiyentlərdə müalicəni dozaların yarısı ilə başlamaq və onları, sutkada 30 mq-dan artıq olmamaq şərti ilə, tövsiyə olunan dozalara qədər tədricən artırmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03432

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce