Sevimlilərə əlavə edin
Paylaşın

Loperamid 2mg N10 Tablet

Məhsul Kodu : 111-10956
İstehsalçı ölkə : Latviya
1 Şərh Şərh
4,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Loperamid Grindex, kapsullar

Loperamid Grindex, beynəlxalq patentləşdirilməmiş adı: Loperamide

Loperamid Grindex tərkibi

Təsiredici maddə: 1 kapsulda 2 mq loperamid hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda kəskin diareyanın simptomatik müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; divertikulyoz; bağırsaq keçməzliyi (o cümlədən, peristaltikanın zəifləməsindən çəkinmək lazım gəldikdə), meqakolon və toksik meqakolon; kəskin xoralı kolit və ya psevdomembranoz kolit; Salmonella, Shigella və Campylobacter törətdiyi enterokolitlər; qaraciyər funksiyalarının pozulması; qızdırma və qanlı diareya; hamiləlik (xüsusilə birinci trimestr), laktasiya dövrü; 12 yaşa qədər uşaqlar; laktaza çatışmazlığı, qalaktozaya qarşı dözümsüzlük və qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə (xüsusilə I trimestr) yalnız gözlənilən terapevtik effekt dölə olan riskdən üstün olduqda istifadə oluna bilər. Loperamid az miqdarda ana südünə keçir. İstifadəyə ehtiyac olduqda ana südü ilə qidalanma dayandırılmalıdır.

Pediatriyada istifadəsi

12 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. 12 yaşdan yuxarı uşaqlarda istifadə oluna bilər. Lakin susuzlaşmanın qarşısını almaq üçün mütləq maye və elektrolit itkisi bərpa olunmalıdır. Uşaqlarda sidikburaxma ləngiyə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Adətən təsir göstərmir, lakin yorğunluq, yuxululuq və başgicəllənmə yarandıqda, nəqliyyat və mexanizmlərlə işləməkdən çəkinmək tövsiyə olunur.

Loperamid Grindex istifadə qaydası

Kapsullar çeynənilmədən, su ilə qəbul edilir.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Başlanğıc doza – 2 kapsul (4 mq), daha sonra hər duru nəcis ifrazından sonra 1 kapsul (2 mq). Maksimal sutkalıq doza – 6 kapsul (12 mq).

12 yaşdan aşağı uşaqlar: istifadə əks göstərişdir.
Yaşlı və böyrək çatışmazlığı olan pasiyentlər: dozanın korreksiyası tələb olunmur.
Qaraciyər çatışmazlığı olan pasiyentlər: ehtiyatla istifadə olunmalıdır.

İstifadə müddəti 48 saatı aşmamalıdır. 2 gün ərzində simptomlar keçməzsə preparat dayandırılmalıdır. Normallaşma baş verdikdə dərhal kəsilməlidir.
Qəbul unudularsa, dərhal qəbul edilməlidir. İkiqat doza qəbul edilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-10956

Oxşar Məhsullar

Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
Almetik 60MG/300MG N40 Kaps
8,95 AZN -%0
8,95AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce