Sevimlilərə əlavə edin
Paylaşın

Lopermid 2 Mq N20 Tablet

Məhsul Kodu : 111-25699
İstehsalçı ölkə : Latviya
0 Şərh Şərh
1,50 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Loperamid, tabletlər

Loperamid tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 0,002 q loperamid hidroxlorid vardır.  

Əks göstərişlər 

Loperamidin aşağıdakı hallarda istifadəsi əks göstərişdir: 
Preparatın təsiredici və ya hər hansı bir digər komponentinə qarşı yüksək həssaslıq (allergiya); 
12 yaşdan kiçik uşaqlarda istifadəsi; 
nəcisdə qan və bədən hərarətinin yüksəlməsi ilə xarakterizə olunan kəskin dizenteriya; 
geniş spektrli antibiotiklərin istifadəsi ilə əlaqəli kəskin xoralı kolit və ya psevdomembranoz kolit; 
Salmonella, Shigella və Campylobacter mikroorqanizmlərinin törətdiyi bakterial enterokoliti; 
bağırsaq keçməzliyi, yoğun bağırsağın genişlənməsi və ya yoğun bağırsağın toksik genişlənməsi kimi hallarda, ciddi ağırlaşmalar təhlükəsi səbəbindən loperamid ümumiyyətlə istifadə edilməməlidir. Bağırsaq keçməzliyi və ya qəbizlik olduqda və ya meteorizm inkişaf etdikdə, loperamidin istifadəsi dərhal dayandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləlik dövründə preparatın qəbulu tövsiyə edilmir.  
Hamiləlik və laktasiya dövründə müvafiq alternativ müalicə üçün həkimə müraciət edilməlidir.

İstifadə qaydası və dozası 

Loperamid maye və elektrolit səviyyəsinin azalması ilə müşayiət olunan kəskin ishalın ilkin müalicəsində istifadə edilmir. Belə hallarda xüsusilə uşaqlarda parenteral və ya oral əvəzedici terapiyanın tətbiqi uyğundur. 
Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda kəskin ishalın simptomatik müalicəsi. 
Başlanğıc doza – 2 tablet (4 mq), daha sonra hər defekasiya aktından sonra – 1 tablet (2 mq) qəbul edilir. Sadə doza gündə 3-4 tablet (6-8 mq) təşkil edir. Kəskin ishal üçün maksimum gündəlik doza 6 tabletdən (12 mq) çox olmamalıdır. 
Böyüklərdə və 18 yaşdan yuxarı şəxslərdə qıcıqlanmış bağırsaq sindromu ilə yanaşı müşahidə olunan kəskin ishalın simptomatik müalicəsi 
Başlanğıcda 2 kapsul (4 mq) və hər defekasiya aktından sonra 1 tablet (2 mq), və ya həkimin təyinatına uyğun qəbul edilir. Gündəlik maksimal doza 6 tablet (12 mq) çox olmamalıdır.  
48 saat davam edən kəskin ishal zamanı klinik yaxşılaşma müşahidə olunmazsa, loperamid hidroxlorid qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir. 
Yaşlılar 
Yaşlı xəstələr üçün dozanın tənzimlənməsi tələb olunmur. 
Böyrək çatışmazlığı 
Böyrək funksiyası pozulmuş xəstələr üçün dozanın tənzimlənməsi tələb olunmur. 
Qaraciyər çatışmazlığı 
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsinə dair farmakokinetik məlumatlar olmasa da, belə xəstələrdə metabolizmin ilkin keçidinin gecikməsini nəzərə alaraq, preparat ehtiyatla qəbul edilməlidir. 
Uşaqlar 
12 yaşa qədər uşaqlara loperamidin istifadəsi əks göstərişdir.    

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25699

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce