Lordes 5 Mq N20 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Lordes, 5 mq örtüklü tabletlər
Lordes tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır.
Əks göstərişlər
Təsiredici maddəyə, tərkibindəki hər hansı köməkçi maddəyə və loratadinə qarşı yüksək həssaslığlı olan xəstələrə əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləlik zamanı təhlükəsiz istifadəsi öyrənilmədiyindən, bu dövrdə istifadəsi məsləhət
görülmür.
Laktasiya
Müalicə olunan qadınların ana südü ilə qidalandırılan yenidoğulmuş və körpələrə dezloratadin təyin olunmuşdur. Dezloratadinin yenidoğulmuşlara/körpələrə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın dayandırılması və ya dezloratadin ilə müalicənin dayandırılması və ya müalicədən imtina olunması haqqında qərar körpəyə ana südünün faydası və ya anaya müalicənin faydası nəzərdən keçirilərək qərar verilməlidir.
İstifadə qaydası və dozası
Yeniyetmələr və böyüklər (12 yaş və ondan yuxarı)
Gündə 1 dəfə 1 tablet qida qəbulundan asılı olmayaraq məsləhət olunur, allergik rinit (mövsümi və davamlı allergik rinit daxil olmaqla) və övrə simptomların yüngülləşməsi üçün.
Fasiləli allergik rinit (simptomların mövcudluğu həftədə 4 gündən az və ya 4 həftədən az olduqda) xəstəlik anamnezi dəyərləndirilməsinə uyğun olaraq müalicə olunmalıdır və simptomlar keçdikdən sonra müalicə dayandırılmalıdır və yenidən simptomlar əmələ gəldikdə davam etdirilməlidir.
Davamlı allergik rinit (simptomların həftədə 4 gün və ya daha artıq olması və 4 həftədən artıq olması) allergenin təsiri olan dövrdə müalicə olunması məsləhət görülür.
Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr
Böyrək və qaraciyər çatışmazlığı olan böyük xəstələrdə başlanğıc doza 5 mq sonrakı günlərdə farmakokinetik göstəricilərə əsaslanaraq uyğunlaşdırılır.