Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq dezloratadin, 10 mq montelukasta ekvivalent olan 10,4 mq montelukast natrium vardır.
Böyüklərdə və 15 yaş və yuxarı yeniyetmələrlə yanaşı astma olan və ya olmayan allergik rinitlə əlaqəli simptomların müalicəsi və aradan qaldırılması üçün göstərişdir.
Təsiredici maddələrə və ya tərkibindəki hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.
Montelukast Hamiləlik Heyvanlar üzərində aparılmış tədqiqatlar hamiləliyə və ya dölə zərərli təsirləri göstərməyib. Hamilə qadınlarda montelukast istifad əsi i lə ciddi doğuş qüsurlarını qiym ətləndirən dərc edilmiş prospektiv və retrospektiv kohort tədqiqatlardan əldə edilmiş mövcud məlumatlar dərmanla əlaqəli bir risk göstərməmişdir. Montelukast hamiləlik dövründə yalnız aydın şəkildə vacib hesab edildiyi hallarda istifadə edilə bilər. Laktasiya Siçovullar üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, montelukast ana südünə keçir.
Montelukastın/metabolitlərin insanlarda ana südünə keçməsi məlum deyil. Montelukast laktasiya dövründə yalnız aydın şəkildə vacib hesab edildiyi hallarda istifadə edilə bilər. Dezloratadin Hamiləlik Hamilə qadınlar da istifadəsi ilə bağlı geniş məlumat (1000 -dən çox hamiləlik nəticəsi) dezloratadinin malformativ və ya feto/neonatal toksikliyini göstərmir. Heyvan tədqiqatları reprodukti v toksikliklə əlaqəli birbaşa və ya dolayı zərərli təsirləri göstərmir.
Ehtiyat tədbiri olaraq, hamiləlik dövründə dezloratadinin istifadəsindən çəkinmək tövsiyə olunur. Laktasiya Müalicə olunan qadınların ana südü ilə qidalandırılan yenidoğulmuş və körpəl ərinə dezloratadin təyin olunmuşdur. Dezloratadinin yenidoğulmuşlara və körpələrə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın və dezloratadin ilə müalicənin dayandırılması ilə bağlı müalicədən imtina olunması haqqında qərar, körpəyə ana südünün və ya anaya müa licənin faydası nəzərdən keçirilərək qərar verilməlidir.
Montelukast Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi t əsir göst ərir. Lakin, f ərdi olaraq başgic əllənmə və yuxululuq bar ədə məlumatlar verilmişdir. Dezloratadin Klinik tədqiqatlara əsasən, dezloratadin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabil iyyətinə təsir göst ərmir v ə ya cüzi t əsir göst ərir. Xəstələrə məlumat verilməlidir ki, insanların əksəriyyəti ndə yuxululuq müşahidə olunmur.
Buna baxmayaraq, n əzərə alsaq ki, bütün dərman vasitələrinə qarşı fərdi, fərqli cavab müşahidə olunur, xəstənin dərman vasitəsinə qarşı fərdi cavabı təyin olunana qədər nəqliyyat vasitələrini idarə etməsi və ya digər potensial təhlükəli mexanizmlərin istifadəsi tövsiyə olunmur.
Dozalanma Astma və ya astma ilə yanaşı gedən mövsümi allergik r initli böyüklərdə və 15 yaş və yuxarı yeniyetmələrdə gündə 1 tablet (5 mq dezloratadin/10 mq montelukast) axşam təyin olunur. Rejimə uyğun olaraq ayrı -ayrı tabletlər şəklində dezloratadin və montelukast qəbul edən xəstələr eyni dozada komponentləri olan Lormokast®-a keçə bilərlər. Fasiləli (intermittəedici) allergik rinit (simptomların mövcudluğu həftədə 4 gündən az və ya 4 həftədən az olduqda) xəstəlik anamnezi dəyərləndirilməsinə uyğun olaraq müalicə olunmalı, simptomlar keçdikdən sonra müalicəsi dayandırılmalı, yenidən simptomlar əmələ gəldikdə davam etdirilməlidir. Davamlı (persistəedici) allergik rinit in (simptomların həftədə 4 gün və ya daha artıq olması və 4 həftədən artıq olması) allergenin təsiri olan dövrdə müalicə olunması məsləhət görülür.
Qəbul qaydası Daxilə qəbul olunur.