Sevimlilərə əlavə edin
Paylaşın

Lucamont Plus 10/5MG N30 Tb

Məhsul Kodu : 111-23666
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
20,57 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LYUKAMONT PLYUS, örtüklü tabletlər

LYUKAMONT PLYUS tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq dezloratadin, 10 mq montelukast (10,4 mq montelukast natrium şəklində) vardır.

İstifadəsinə göstərişlər

Allergik rinitlərin və yanaşı gedən astmanın müalicəsi və simptomların yüngülləşdirilməsi.

Əks göstərişlər

Preparatın təsiredici maddələrinə və ya hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Lyukamont™ Plyus tabletlərinin istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Hamilə qadınlarda yalnız ciddi zərurət qarşısında istifadə edilə bilər. Lyukamont™ Plyus preparatının ana südünə keçib -keçməməsi haqqında məlumat yoxdur. Bu səbəbdən laktasiya dövründə ya Lyukamont™ Plyus preparatının istifadəsi, ya da ana südü ilə qidalandırılma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Lyukamont™ Plyus preparatının nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur. Buna baxmayaraq müalicə zamanı yuxululuğun və başgicəllənmə nin yaranma ehtimalı nəzərə alınmalıdır və həkim bu əlavə təsirlər haqqında xəstəyə məlumat verilməlidir.

LYUKAMONT PLYUS istifadə qaydası və dozası

Lyukamont™ Plyus tabletləri daxilə su ilə, qida qəbulundan asılı olmayaraq qəbul olunur. Böyük v ə 15 yaş dan yuxarı olan xəstələrdə tövsiyə olunan doza günd ə 1 tablet t əşkil edir (5 mq dezloratadin, 10 mq montelukast). Dezloratadini v ə montelukastı ayrı tabletl ərdə qəbul edil ən x əstələr rahatlıq üçün e yni dozalarda h əmin d ərman vasit ələri t ərkib ed ən Lyukamont™ Plyus preparatını qəbul edə bilər. İntermitə edən allergik rinit (simptomların həftədə 4 gündən az v ə ya 4 h əftədən az müddətində mövcud olması) xəstənin anamnezinə görə Lyukamont™ Plyus preparatı ilə müalicə olunur.

Simptomlar keçdikdə müalicə dayandırıla bilər və simptomlar təkrarlandıqda müalicəyə yenidən başlanıla bilər. Persistə edən allergik rinit olan xəstələrə (simptomların həftədə 4 gün v ə ya daha çox v ə 4 həftədən çox müddətində mövcud olması) allergenlərin aktivləşmə dövründə davamlı müalicə tövsiyə oluna bilər. Allergik rinit və astma zamanı Lyukamont™ Plyus preparatının terapevtik t əsiri müalicənin birinci günd ən başlayır. Allergenlə təmas müddətində xəstələrə Lyukamont™ Plyus preparatının tətbiqi tövsiyə olunur.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/ Qaraciyər çatışmazlığı olan xəsətələr Yüngül orta dərəcəli qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dezloratadinin 5 mq başlanğıc dozada günaşırı qəbul edilməsi tövsiyə olunur. Ağır böyrək çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir və qəbul edilən doza tənzimlənməlidir. Böyrək çatışmazlığı nın dərəcəsi Kreatinin klirensi (ml/dəq) Dozalanma rejimi Yüngül 50-79 ml/dəq günaşırı 5 mq dezloratadin Orta 30-49 ml/dəq günaşırı 5 mq dezloratadin Ağır 30 ml/dəq-dən az Həkim tərəfindən tənzimlənmi ş dozada, ehtiyatla istifadə edilməlidir Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld -Pyu şkalasına görə 9 baldan çox) preparatın istifadəsi haqqında klinik məlumat yoxdur. Pediatrik xəstələr 15 yaşdan kiçik olan xəstələrdə preparatının təhlükəsizliyi və effektivliyi haqqında məlumat olmadığından həmin xəstə qrupunda istifadəsi tövsiyə olunmur.

Yaşlı xəstələr Lyukamont™ Plyus preparatının təsiredici maddələrindən biri olan dezloratadinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Buna görə yaşlı xəstələrdə preparatın istifadəsi tövsiyə olunmur. Lyukamont™ Plyus preparatının bronxial astmanın digər müalicə növləri ilə birgə təyin edilməsi Lyukamont™ Plyus xəstənin mövcud müalicəsinə əlavə edilə bilər. Birgə müalicə zamanı dozanın azaldılması Bronxodilatatorlarla müalicə: Tək bronxodilatatorların istifadəsi ilə allergik astma simptomları adekvat nəzarət olunmadığı halda müalicəyə Lyukamont™ Plyus örtüklü tabletləri əlavə oluna bilər.

Terapevtik effekt (adətən ilk dozadan sonra) əldə olunduq dan sonra bronxodilatatorla rın dozası dözülə bilən dozaya qədər azaldılır. İnhalyasion qlükokortikosteroidlər (İQKS): Lyukamont™ Plyus preparatla müalicəsi İQKS alan allergik astma ilə xəstələrdə əlavə klinik effektini təmin edir. Kortikosteroidlərin dozası dözülə bilən dozaya qədər azaldıla bilər. QKS-in dozası tədricən, həkimin nəzarəti altında azaldılmalıdır.

Bəzi xəstələrdə İQKS-in qəbulu tədricən tamamilə dayandırıla bilər bəzilərdə İQKS-ləri əvəz etmək üçün Lyukamont™ Plyus ilə müalicəyə dərhal başlanmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23666

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce