Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10,4 mq montelukast natrium (10 mq montelukasta ekvivalent) vardır.
Bronxial astmanın profilaktikası və uzunmüddətli müalicəsi üçün, o cümlədən: gündüz və gecə simptomlarının qarşısını almaq məqsədilə; asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronxial astmanın müalicəsi; fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq məqsədilə. Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə istifadə edilir.
-Preparata qarşı yüksək həssaslıq.
-Fenilketonuriyalı xəstələrdə istifadə (preparatın tərkibində aspartamın tərkib hissəsi olan fenilalanin olduğuna görə).
Hamiləlik kateqoriyası: B Preparat hamilələr üzərində tədqiq edilməyib. Lakin preparatın istifadəsi hamilə üçün həyati vacibdirsə və hamilə orqanizmi üçün heç bir təhlükəsi yoxdursa, həkimin təyinatından sonra istifadə edilə bilər. Montelukast natriumun ana südü ilə ifraz olunması öyrənilməmişdir. Lakin bir çox dərmanların ana südünə keçməsini nəzərə alaraq, montelukast natrium ana südü ilə qidalandıran qadınlarda ciddi göstəriş varsa, ehtiyatla istifadə olunmalıdır.
Pediatriyada istifadəsi Montelukast 2-14 yaşlı uşaqlarda tədqiq olunmuşdur. 2 yaşdan aşağı uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq olunmamışdır. 2-5 yaşında olan uşaqlarda Montelukastın effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Mövsümi allergik riniti olan 15 yaş və yuxarı uşaqlarda və böyüklərdə montelukastın effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Tədqiqat nəticələrinə, allergik rinitin patofiziologiyasına və montelukast farmakologiyasına
əsaslanaraq, montelukastın 6-14 yaşlı uşaqlarda mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğunu ehtimal etmək olar.
Yaşlı xəstələrdə istifadəsi Preparatın müxtəlif yaş qruplarından olan böyüklərdə klinik effektivlik və təhlükəsizlik baxımından heç bir fərq müşahidə olunmamışdır.
Montelukast nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Nadir hallarda başgicəllənmə törətməsi ehtimalı vardır. Preparatdan istifadə zamanı başgicəllənmə baş verərsə, o zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
LUKASTİN gündə bir dəfə təyin olunmalıdır. 2-5 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 4 mq çeynəmə tablet istifadə edilə bilər. 6-14 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 5 mq çeynəmə tablet istifadə edilə bilər. Bu yaş qrupuna daxil olan xəstələrdə dozanın korreksiyası tələb olunmur. Yaşı 15 və ondan yuxarı olan xəstə qrupunda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 10 mq tablet istifadə edilə bilər.