Sevimlilərə əlavə edin
Paylaşın

Lukastin 4MG N28 Tb

Məhsul Kodu : 111-14994
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
9,43 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LUKASTİN, 4 mq çeynəmə tabletlər

LUKASTİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4,16 mq montelukast-natrium (4mq montelukasta ekvivalentdir ) vardır.

İstifadəsinə göstərişlər

Bronxial astmanın profilaktikası və uzunmüddətli müalicəsi üçün, o cümlədən:

- gündüz və gecə simptomlarının qarşısını almaq məqsədilə;

- asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronxial astmanın müalicəsi;

- fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq məqsədilə. Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə istifadə edilir.

Əks göstərişlər

-Preparata qarşı yüksək həssaslıq

-Fenilketonuriyalı xəstələrdə istifadə (preparatın tərkibində aspartamın tərkib hissəsi olan fenilalanin olduğuna görə).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: B Preparat hamilələr üzərində tədqiq edilməyib. Lakin preparatın istifadəsi hamilə üçün həyati vacibdirsə və hamilə orqanizmi üçün heç bir təhlükəsi yoxdursa, həkimin təyinatından sonra istifadə edilə bilər. Montelukast natriumun ana südü ilə ifraz olunması öyrənilməmişdir. Lakin bir çox dərmanların ana südünə keçməsini nəzərə alaraq, montelukast natrium ana südü ilə qidalandıran qadınlarda ciddi göstəriş varsa, ehtiyatla istifadə olunmalıdır.

Pediatriyada istifadəsi Montelukast 2-14 yaşlı uşaqlarda tədqiq olunmuşdur. 2 yaşdan aşağı uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq olunmamışdır. 2-5 yaşında olan uşaqlarda Montelukast effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Mövsümi allergik riniti olan 15 yaş və yuxarı uşaqlarda və böyüklərdə montelukastın effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Tədqiqat nəticələrinə, allergik rinitin patofiziologiyasına və montelukast farmakologiyasına əsaslanaraq, montelukast 6-14 yaşlı uşaqlarda mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğunu ehtimal etmək olar.

Yaşlı xəstələrdə istifadəsi Preparatın müxtəlif yaş qruplarından olan böyüklərdə klinik effektivlik və təhlükəsizlik baxımından heç bir fərq müşahidə olunmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Montelukast nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Nadir hallarda başgicəllənmə olma ehtimalı vardır. Preparatdan istifadə zamanı

başgicəllənmə baş verərsə, o zaman nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.

LUKASTİN istifadə qaydası və dozası

LUKASTİN gündə bir dəfə təyin olunmalıdır. 2-5 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 4 mq çeynəmə tablet istifadə edilə bilər. 6-14 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 5 mq çeynəmə tablet istifadə edilə bilər. Bu yaş qrupuna daxil olan xəstələrdə dozanın korreksiyası tələb olunmur. Yaşı 15 və ondan yuxarı olan xəstə qrupunda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 10 mq örtüklü tablet istifadə edilə bilər. Tabletlər yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra ağızda çeynənilərək istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14994

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce