Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MAXOMEZ 40MG N28 CAP

Məhsul Kodu : 111-26624
İstehsalçı ölkə: Portuqaliya
13,80 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MAKSOMEZ, 20 mq /40 mq bağırsaqda həll olan kapsullar

MAKSOMEZ tərkibi

Təsiredici maddə: 1 kapsulda 20 mq və 40 mq omeprazol vardır.

İstifadəsinə göstərişlər

Maksomez 20 mq / 40 mq qastro-rezistent kapsullar aşağıdakı hallarda istifadə olunur: Böyüklər - 12-barmaq bağırsaq xorasının müalicəsi - 12-barmaq bağırsaq xorasının residivinin profilaktikası - Mədə xorasının müalicəsi - Mədə xorası residivinin profilaktikası - Müvafiq abtiboitiklərlə kombinasiyada peptik xora zamanı Helicobacter pylori (H.pylori) eradikasiyası - Qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12-barmaq bağırsaq xorası - Risk altında olan pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12 barmaq bağırsaq xorasının profilaktikası - Reflüks ezofaqitin müalicəsi - Müalicə olunmuş reflüks-ezofaqiti olan pasiyentlərin müalicəsi - Simptomatik qastro-ezofaqeal reflüks xəstəliyinin müalicəsi - Zollinger-Ellison sindromunun müalicəsi Uşaqlarda istifadəsi 1 yaşdan yuxarı və bədən kütləsi ≥ 10 kq olan uşaqlar - Reflüks ezofaqitin müalicəsi - Qastro-ezofaqeal reflüks xəstəli yi zamanı mədə qıcqırmasının və turşu requrqitasiyasının (gəyirmə) simptomatik müalicəsi. 4 yaşdan yuxarı uşaqlar və yeniyetmələr - Antibiotiklərlə kombinasiyada H.pylori tərəfindən törədilən 12 -barmaq bağırsaq xorasının müalicəsi

Əks göstərişlər

Omeprazola, benzimidazol törəmələrinə və köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Proton pompasının digər inhibitorları kimi Omeprazol nelfinavirlə birlikdə istifadə edilməməlidir. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Hər hans ı bir xəbərdaredici simptom olduqda (məsələn, istəmədən əhəmiyyətli dərəcədə arıqlamaq, təkrarlanan qusma, disfagiya, hematemez (qanlı qusma) və ya melena) və mədə xorası şübhəsi olduqda və ya mövcud olduqda, bədxassəli şiş istisna edilməlidir, belə ki, müalicə simptomları yüngülləşdirə və diaqnozu gecikdirə bilər. Proton pompasının digər inhibitorları kimi Maksomezin atazanavirlə birgə istifadəsi tövsiyə edilmir.

Atazanavirin Maksomez ilə birlikdə istifadəsi qaç ılmaz hesab edilərsə, 100 mq ritonavirin qəbulu ilə atazanavirin dozas ını 400 mq-a qədər art ırmaqla birlikdə sıx klinik monitorinq (məsələn, virus yüklənməsi) tövsiyə olunur; omeprazolun dozası 20 mq-dan artıq olmamalıdır. Omeprazol CYP2C19 -un inhibitorudur. Omeprazol ilə müalicəyə ba şladıqda və ya müalicəni bitirdikdə, CYP2C19 vasitəsilə metabolizmə uğrayan dərmanlarla qar şılıqlı təsir potensial ı nəzərə alınmalıdır. Klopidoqrel və omeprazol aras ında qar şılıqlı təsir mü şahidə olunur.

Bu qar şılıqlı təsirin klinik əhəmiyyəti aydın deyildir. Ehtiyat tədbiri kimi, omeprazol və klopidoqrelin eyni vaxtda istifadəsinə yol verilməməlidir. Uzunmüddətli müalicə almalı olan və ya omeprazolu diqoksin və ya hipomaqneziemiyaya səbəb olan dərmanlarla (məsələn, diuretiklər) birlikdə qəbul edən xəstələr üçün, tibb i şçiləri PPİ müalicəsinə başlamazdan əvvəl və vaxta şırı müalicə zaman ı maqneziumun səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyünü nəzərdən keçirməlidirlər. Xroniki xəstəlikləri olan bəzi u şaqlar tövsiyə edilməməsinə baxmayaraq uzun müddə tli müalicə tələb edə bilərlər.

Bu dərmanın tərkibində laktoza vardır. Qalaktozaya qar şı dözümsüzlük, Lapp laktaza çat ışmazlığı və ya qlükoza -qalaktoza malabsorbsiyas ı kimi nadir irsi problemləri olan xəstələr bu dərman ı qəbul etməməlidirlər. Bu dərmanın tərkibində saxaroza vardır. Fruktozaya qarşı dözümsüzlüyü, qlükoza -qalaktoza malabsorbsiyası və ya saxaraza -izomaltaza çat ışmazlığı kimi nadir irsi problemləri olan xəstələr bu dərmanı qəbul etməməlidirlər.

Maksomez il ə müalicə Salmonella və Campylobacter kimi m ədə-bağırsaq infeksiyas ı riskinin bir qədər artmasına səbəb ola bilər. Bütün uzunmüddətli müalicələrdə oldu ğu kimi, xüsusən bir illik müalicə müddəti keçdikdə xəstələr mütəmadi nəzarət altında saxlanılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Omeprazolun hamiləliyə və ya dölün / yeni do ğulmuş uşağın sa ğlamlığına mənfi təsir göstərmədiyi müəyyən edilmişdir. Omeprazol hamiləlik dövründə istifadə edilə bilər. Omeprazol ana südü ilə xaric olur, lakin müalicəvi dozalarda istifadə edildikdə uşağa təsir etmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Maksomezin ma şın sürmə və ya istifadə etmə qabiliyyətinə təsir etməsi ehtimal ı yoxdur. Başgicəllənmə və görmə poz ğunluğu kimi mənfi dərman reaksiyalar ı baş verə bilər. Bu hallar baş verərsə, xəstələr maşın sürməməli və ya işlətməməlidirlər.

MAKSOMEZ istifadə qaydası və dozası

Dozalanma Böyüklər 12-barmaq bağırsaq xoralarının müalicəsi Aktiv onikibarmaq ba ğırsaq xoras ı olan xəstələrdə tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir. Əksər xəstələrdə sa ğalma iki həftə ərzində ba ş verir. İlkin kursdan sonra tam sağalmayan xəstələr üçün sa ğalma ümumiyyətlə sonrak ı iki həftəlik müalicə müddətində ba ş verir. Zəif reaksiya verən onikibarmaq ba ğırsaq xoras ı olan xəstələrdə gündə bir dəfə 40 mq Maksomez tövsiyə olunur və sağalması ümumiyyətlə dörd həftə ərzində əldə edilir.

12-barmaq bağırsaq xorasının residivinin profilaktikası H.pylori olmayan xəstələrdə 12-barmaq bağırsaq xorasının residivinin profilaktikası üçün və ya H.pylori-nin eradikasiyası mümkün olmad ıqda tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir. Bəzi xəstələrdə gündəlik 10 mq doza kifayət edə bilər. Müalicə u ğursuz olduqda, doza 40 mq-a qədər artırıla bilər. Mədə xorasının müalicəsi Tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir.

Əksər xəstələrdə sa ğalma dörd həftə ərzində baş verir. İlkin kursdan sonra tam sa ğalmayan xəstələr üçün sağalma adətən sonrakı dörd həftəlik bir müalicə müddətində ba ş verir. Zəif reaksiya verən mədə xoras ı olan xəstələrdə gündə bir dəfə 40 mq Maksomez tövsiyə olunur və sağalması adətən səkkiz həftə ərzində əldə edilir. Mədə xorası residivinin profilaktikası Zəif reaksiya verən mədə xoras ı olan xəstələrdə residivin qar şısını almaq üçün tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir.

Lazım gələrsə, doza gündə 1 dəfə 40 mq-a qədər artırıla bilər. Peptik xora zamanı Helicobacter pylori-nin (H. pylori) eradikasiyası H.pylori-nin eradikasiyası üçün antibiotiklərin seçilməsi zamanı xəstənin fərdi dərman tolerantl ığı nəzərə alınmal ı və milli, regional və yerli rezistentlik nümunələrinə və müalicə qaydalar ına uy ğun olaraq aparılmalıdır. - Maksomez 20 mq + klaritromisin 500 mq + amoksisillin 1000 mq, hər biri bir həftə ərzində gündə 2 dəfə və ya - Maksomez 20 mq + klaritromisin 250 mq (alternativ olaraq 500 mq) + metronidazol 400 mq (və ya 500 mq və ya tinidazol 500 mq), hər biri bir həftə ərzində gündə 2 dəfə və ya - Maksomez 40 mq gündə 1 dəfə amoksisillin 500 mq və metronidazol 400 mq ilə (və ya 500 mq və ya tinidazol 500 mq), hər ikisi bir həftə ərzində gündə 3 dəfə.

Hər bir rejimdə xəstə hələ də H.pylori müsbətdirsə, müalicə təkrarlana bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12-barmaq bağırsaq xorası Qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12 -barmaq bağırsaq xorasının müalicəsi üçün tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir. Əksər xəstələrdə sa ğalma dörd həftə ərzində baş verir. İlkin kursdan sonra tam sağalmayan xəstələr üçün sağalma adətən sonrakı dörd həftəlik bir müalicə müddətində baş verir.

Risk altında olan pasiyentlərdə qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12- barmaq bağırsaq xorasının profilaktikası Risk altında olan pasiyentlərdə qeyri -steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) bağlı mədə və 12 - barmaq bağırsaq xorasının profilaktikası (yaş > 60, anamnezində mədə və 12 -barmaq bağırsaq xorası və mədə-bağırsaq traktının yuxarı şöbəsində qanaxma olan) üçün tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir. Reflüks ezofaqitin müalicəsi Tövsiyə olunan doza gündə bir dəfə 20 mq Maksomezdir. Əksər xəstələrdə sa ğalma dörd həftə ərzində baş verir. İlkin kursdan sonra tam sa ğalmayan xəstələr üçün müalicə adətən sonrak ı dörd həftəlik bir müalicə müddətində baş verir.

Ağır ezofaqitli xəstələrdə Maksomez gündə bir dəfə 40 mq tövsiyə olunur və sağalma adətən səkkiz həftə ərzində əldə edilir. Müalicə olunmuş reflüks-ezofaqiti olan pasiyentlərin müalicəsi Müalicə olunmuş reflüks -ezofaqiti olan pasiyentlərin müalicəsi üçün tövsiyə olunan doza gündə bir dəfə 10 mq Maksomezdir. Lazım gələrsə, doza gündə 1 dəfə 20-40 mq-a qədər artırıla bilər. Simptomatik qastro-ezofaqeal reflüks xəstəliyinin müalicəsi Tövsiyə olunan doza gündə 20 mq Maksomezdir.

Xəstələr gündə 10 mq -a adekvat cavab verə bilər və buna görə fərdi dozanın tənzimlənməsi nəzərə alınmalıdır. Gündəlik 20 mq Maksomez ilə dörd həftəlik müalicədən sonra simptom a nəzarət əldə edilməzsə, əlavə müayinə tövsiyə olunur. Zollinger-Ellison sindromunun müalicəsi Zollinger-Ellison sindromu olan xəstələrdə dozalanma fərdi olaraq tənzimlənməli və müalicə klinik göstəriş olduğu müddət ərzində davam etdirilməlidir. Tövsiyə olunan ilkin doza gündə 60 mq Maksomezdir.

Ağır xəstəliyi olan və digər müalicələrə qeyri -adekvat reaksiya göstərən bütün xəstələr effektiv şəkildə nəzarət alt ına alınmış və xəstələrin 90% -dən çoxu gündə 20 -120 mq Maksomez doza rejimində saxlanmışdır. Maksomez gündə 80 mq -dan artıq dozada təyin olunarsa, doza bölünməli və gündəlik doza iki dəfəlik qəbulla verilməlidir Uşaqlar 1 yaşdan böyük və bədən kütləsi ≥ 10 kq olan uşaqlar Reflüks ezofaqitin müalicəsi Qastro-ezofaqeal reflüks xəstəli yi zamanı mədə qıcqırmasının və turşu requrq itasiyasının (gəyirmə) simptomatik müalicəsi. Dozalanmaya dair tövsiyələr aşağıdakılardır: Yaş Bədən kütləsi Dozalanma ≥ 1 yaş 10-20 kq Gündə 1 dəfə 10 m q. Lazım gələrsə, doza gündə bir dəfə 20 mq -a qədər artırıla bilər ≥ 2 yaş > 20 kq Gündə 1 dəfə 20 mq.

Laz ım gələrsə, doza gündə bir dəfə 40 mq -a qədər artırıla bilər Reflüks ezofaqit: müalicə müddəti 4-8 həftə. Qastro-ezofaqeal reflüks xəstəliy i zamanı mədə qıcqırmasının və turşu requrq itasiyasının (gəyirmə) simptomatik müalicəsi. Müalicə müddəti 2–4 həftə. 2-4 həftədən sonra simpt omlara nəzarət mümkün olmazsa, xəstə təkrar müayinə edilməlidir.

4 yaşdan yuxarı uşaqlar və yeniyetmələr H.pylori tərəfindən törədilən 12- barmaq bağırsaq xorasının müalicəsi Müvafiq kombinəolunmuş müalicəni seçərkən, bakterial rezistentlik, müalicənin müddəti (ən çoxu 7 gün, lakin bəzən 14 günə qədər) və antibakterial dərmanlar ın düzgün istifadəsinə dair rəsmi milli, regional və yerli qaydaları nəzərə almaq lazımdır. Müalicə mütəxəssisin nəzarəti altında aparılmalıdır. Dozalanmaya dair tövsiyələr aşağıdakılardır: Bədən kütləsi Dozalanma 15–30 kq Antibiotiklərlə kombinasiya: Maksomez 10 m q, amo ksisillin 25 m q/kq bədən kütləsi və klaritromisin 7, 5 m q/kq bədən kütləsi; hamısı bir həftə ərzində gündə iki dəfə birlikdə istifadə edilir. 31–40 kq Antibiotiklərlə kombinasiya: Maksomez 20 mq, amoksisillin 750 m q və klaritromisin 7,5 mq/kq bədən kütləsi; hamısı bir həftə ərzində gündə iki dəfə istifadə edilir.

> 40 kq Antibiotiklərlə kombinasiya: Maksomez 20 mq, amoksisillin 1 q və klaritromisin 500 m q; hamısı bir həftə ərzində gündə iki dəfə istifadə edilir. Xüsusi pasiyent qrupları Böyrək funksiyasının pozulması Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyası pozulmuş xəstələrdə 10-20 mq gündəlik doza kifayət edə bilər. Yaşlılar (> 65 yaş) Yaşlı pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.

İstifadə qaydası Maksomez qastro-rezistent kapsullarını səhərlər, bütöv şəkildə yarım stəkan su ilə qəbul etmək tövsiyə olunur. Qastro-rezistent kapsullar çeynənilmədən və ya əzilmədən qəbul edilməlidir. Udma çətinliyi olan və yarım-bərk qidanı içə və ya uda bilən pasiyentlər üçün Pasiyent qastro-rezistent kapsulu açaraq möhtəviyyatını yarım stəkan su ilə və ya meyvə suyu və ya alma püresi kimi az tur şulu maye ilə və ya qazs ız su ilə qar ışdırıb uda bilər. Pasiyentə tövsiyə etmək lazımdır ki, qarışığı dərhal qəbul etsin (və ya 30 dəqiqə ərzində) və q arışığı içməzdən əvvəl həmi şə qarışdırsın və yarım stəkan su ilə udsun.

Alternativ olaraq, xəstələr qastro -rezistent kapsulu soraraq, qranulları (dərman qranullar ı) yar ım stəkan su ilə uda bilər. Enterik örtüklü qranullar (dərman qranulları) çeynənilmədən udulmalıdır.

Prepared by  T-Soft E-Commerce.