Sevimlilərə əlavə edin
Paylaşın

Mekolzin 500MG N100 Tab

Məhsul Kodu : 111-27828
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
44,99 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

MEKOLZİN, 500 mq qastrorezistent tabletlər

MEKOLZİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq mesalazin vardır.

İstifadəsinə göstərişlər

• Yüngül və ya orta dərəcəli xoralı kolitin kəskin mərhələsinin müalicəsi. • Xoralı kolitin remisiya dövründə saxlayıcı terapiyası (salazosülfapiridini qəbul edə bilməyən xəstələr daxil olmaqla). • Kron xəstəliyinin kəskin mərhələsinin müalicəsi və Kron xəstəliyinin remisiya dövründə saxlayıcı terapiyası.

Əks göstərişlər

- Preparatın tərkibinə daxil olan təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq. - Anamnezdə salisilatlara qarşı yüksək həssaslıq. - Onikibarmaq bağırsaq və ya mədə xorası. - Hemorragik diatez.

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Aşağıdakı hallarda mekolzin ehtiyatla qəbul olunmalıdır: Ağır qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələr. 5-AST əsasən asetilasiya yolu ilə və sonradan sidik ilə ifraz olunduğundan qaraciyər funksiyasının pozulması və ya böyrək çatışmazlığı ilə olan xəstələr ciddi nəzarət altında olmalıdırlar. Bu səbəbdən müalicəyə başlamazdan əvvəl və müalicə zamanı müttəmadi olaraq qaraciyər və böyrək funksional testlərinin aparılması tövsüyə olunur. Anamnezdə sulfasalazinə qarşı yüksək həssaslıq; ümumiyyətlə mesalazinə qarşı yüksək həssaslıq reaksiyaları sulfasalazindən fərqli olaraq daha az hallarda rast gəlinir.

Mekolzin laktuloza və ya bu kimi laksativ vasitələrlə eyni vaxtda tətbiq olunmamalıdır, çünki bu, nəcis p H-nın enməsinə və dərman maddəsinin xaricinə mane ola bilər. Mesalazinin qəbulu zaman, 100% mesalazin tərkibli da şlar da daxil olmaqla nefroliti az ha lları haqqında məlumat vardır. Müalicə zamanı kifayət qədər maye qəbuluna diqqət yetirmək tövsiyə olunur. Mesalazinlə müalicə zamanı Stevens-Conson sindromu (SJS) və toksiki epidermal nekroliz (TEN) daxil olmaqla ağır dəri reaksiyaların yaranması haqqında bildirilir.

Dəri səpgisi, selikli qişaların zədələnməsi və ya hər hansı bir digər yüksək həssaslıq əlamətləri müşahidə olunarsa mesalazinin qəbulu dərhal dayandırılmalıdır. Köməkçi maddələrlə bağlı ehtiyyat tədbirləri Mekolzinin hər tableti 2,13 mmol (49 mq) Na daxil edir ki, bu da Na -un miqdarı az olan xəstələrin müalicəsində nəzərə alınmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə Mekolzinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Mesalazin salisilat olduğundan, hamiləlik və ya laktasiya dövründə müalicənin faydası mümkün olan riskləri üstələmirsə istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mekolzin maşın və mexanizmlərlə istifadə etmə qabiliyyətinə heç bir təsir göstərmir.

MEKOLZİN istifadə qaydası və dozası

Kəskin iltihab mərhələsində və uzun müddətli saxlayıcı terapiya zamanı, xəstə istənilən terapevtik efekti əldə etmək üçün həkim tərəfindən təyin olunan müalicəyə dəqiq əməl etməlidir. Doza xəstənin cavab reaksiyasına görə tənzimlənməlidir. Aşağıdakı dozalanma tövsiyə olunur: Böyüklər • Xoralı kolit (kəskin mərhələ): 1,5-3,0 q/sut. gündə 3 dəfə • Xoralı kolit (remisiya dövründə saxlayıcı terapiya): 1,5 q/sut gündə 3 dəfə • Kron xəstəliyi (kəskin mərhələ və remisiya dövründə saxlayıcı terapiya): 1,5 q/sut.

gündə 3 dəfə. Yaşlılar Yaşlılarda mekolzinin tətbiq edilməsi ehtiyatla aparılmalı və həmişə normal böyrək funksiyası olan xəstələrlə məhdudlaşdırılmalıdır. Pediatriya Effektivlik və təhlükəsizlik haqqında məlumatların olmadığından 5 yaşdan kiçik uşaqlara mekolzin tövsiyə olunmur. İstifadə qaydası Tabletlər yeməkdən əvvəl az miqdarda su ilə tam şəkildə qəbul olunmalıdır.

Pediatriya Uşaqlarda (6-18 yaş) istifadəsi haqqında məlumatlar məhduddur. 6 yaşdan yuxarı uşaqlar Xəstəliyin aktiv dövrü zamanı: individual olaraq müəyyənləşdirilir - 30-50 mq/kq dozadan başlayaraq gündə bir dəfə səhər və ya bir neçə qəbula bölünərək qəbul olunur. Maksimal doza: 75 mq/kq/sut. Ümumi doza böyüklər üçün nəzərdə tutulmuş maksimal dozadan artıq olmamalıdır.

Residivlərin profilaktikası məqsədilə: individual olaraq müəyyənləşdirilir -15-30 mq/kq/sut bir neçə qəbula bölünərək qəbul olunur. Ümumi doza böyüklər üçün tövsiyə olunan dozadan artıq olmamalıdır. Adətən, bədən çəkisi 40 kq-a qədər olan uşaqlara böyüklər üçün nəzərdə tutulan dozanın yarısı (250 mq gündə 3 dəfə), çəkisi 40 kq-dan yuxarı olan uşaqlara isə böyüklər üçün nəzərdə tutulan tam dozanın (500 mq gündə 3 dəfə) təyini tövsiyə olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27828

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce