Sevimlilərə əlavə edin
Paylaşın

Mesafolk 4 g 60 ml N7 Rektal Susp

Məhsul Kodu : 111-26476
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
56,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Mesafolk, rektal suspenziya 

Mesafolk tərkibi

Təsiredici maddə:   60 ml suspenziyanın tərkibində 4 q mesalazin vardır. 

Əks göstərişlər 

Mesafolk  preparatının istifadəsi aşağıdakı hallarda əks göstərişdir: 
• böyrək və qaraciyər funksiyasının ağır pozğunluqları. 
• təsiredici maddəyə, salisilatlara və ya preparatın tərkibindəki hər hansı köməkçi maddəyə 
qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Ümumi tövsiyə 
Hamiləlik kateqoriyası B. 
Doğuş potensialı olan qadınlar/Kontrasepsiya 
Mesalazinin doğuş potensialı olan qadınlara və ya kontrasepsiya üçün istifadə hər hansı dərman 
vasitəsinə heç bir təsiri yoxdur. 
Hamiləlik 
Hamilə qadınlarda Mesafolk in istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Ancaq məhdud 
sayda məlumatlar mesalazinin hamiləliyə və ya dölün/yenidoğulmuşların sağlamlığına heç bir 
arzuolunmaz təsir etmədiyini göstərir. Bu günə qədər bilinən hər hansı digər epidemioloji məlumat yoxdur. 
Hamiləlik dövründə yüksək dozada mesalazinin (2-4q, oral yolla) uzun müddət istifadə 
edilməsindən sonra, yenidoğulan körpədə böyrək çatışmazlığı bildirilmişdir. 
Oral yolla mesalazin istifadə olunan heyvan tədqiqatlarında, mesalazin hamiləliyə, 
embrionun/dölün inkişafına, doğuş və doğuşdan sonrakı inkişafa birbaşa və ya dolayı zərərli təsir 
göstərməmişdir. Mesafolk  preparatı hamiləlik dövründə yalnız potensial fayda mümkün riskdən yüksək olduğu hallarda  istifadə oluna bilər. 

Laktasiya 
N-asetil-5-aminosalisil turşusu və daha az dərəcədə mesalazin ana südü ilə xaric olunur. 
İndiyədək qadınlarda laktasiya dövrü ilə bağlı məhdud təcrübə mövcuddur. İshal kimi yüksək 
həssaslıq reaksiyalarını istisna etmək olmaz. 
Bu səbəbdən Mesafolk  preparatı, yalnız potensial fayda mümkün riskdən yüksək olduqda ana südü ilə qidalanma zamanı istifadə edilə  bilər. 
Yenidoğulmuş körpədə ishal inkişaf edərsə, ana südü ilə qidalandırma dayandırılmalıdır. 

İstifadə qaydası və dozası 

Dozalanması 
Böyüklər 
Başqa cür tövsiyə edilmədikdə, 1 flakon rektal suspenziya (60 q suspenziya) yatmazdan əvvəl 
bağırsağa birdəfəlik yeridilir. 
Daha yaxşı nəticə almaq üçün Mesafolk  preparatı istifadə edilməzdən əvvəl bağırsaqları boşaltmaq tövsiyə edilir. Mesafolk  preparatı müntəzəm və davamlı istifadə olunmalıdır, çünki müvəffəqiyyətli bir sağalma yalnız bu şəkildə əldə edilə bilər. 

İstifadə qaydası 
Hazırlanması 
• Flakonu 30 saniyə çalxalayın. 
• Qoruyucu qapağı çıxarın. 
• Flakonu yuxarı və aşağı hissədən tutun.                                                                                            

 İstifadə üçün doğru vəziyyət 
• Sol ayağı uzanmış və sağ ayağı əyilmiş vəziyyətdə rahat şəkildə sol tərəfdə uzanın. 
Bu mövqe ilə Mesafolk  preparatının tətbiqi daha asan və daha effektivdir. 

İstifadə yolu 
• azacıq əyilmiş şəkildə tutaraq düz bağırsağa dərinə yeridin. 
• Flakon boşalana qədər yavaşca sıxın. 
• Aplikatoru yavaşca düz bağırsaqdan çıxardın. 
• Suspenziyanın tərkibinin yayılması üçün ən az 30 dəqiqə sol tərəf üzərində uzanın. 
• Əgər mümkündürsə, bütün gecə imaləni saxlayın.

Xüsusi populyasiya üçün əlavə məlumat 
Böyrək və qaraciyər çatışmazlığı 
Qaraciyər funksiyası pozulmuş xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. 
Mesalazin böyrək funksiyası pozulmuş xəstələrdə istifadə edilməməlidir. 
Müalicə zamanı böyrək funksiyası pisləşərsə, mesalazinin törətdiyi böyrək toksikliyi nəzərə 
alınmalıdır. 
Ağır böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi əks göstərişdir. 
Pediatrik populyasiya 
Mesalazinin pediatrik pasiyentlərə təsiri haqqında çox az təcrübə və məhdud sayda məlumat vardır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26476

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce