Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MESELAK 1000MG GRANUL N50 SASE

Məhsul Kodu : 111-28081
İstehsalçı ölkə: Türkiye
68,58 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MESELAK, uzunmüddətli təsirə malik qranullar

MESELAK tərkibi

Təsiredici maddə: 1 paketdə 1000 mq mesalazin vardır.

İstifadəsinə göstərişlər

Xoralı kolitin kəskinləşmələrinin müalicəsi; xoralı kolit zamanı remissiyanın saxlanması.

Əks göstərişlər

Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərişdir: - preparatın təsiredici maddəsinə, salisil turşusu törəmələrinə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq; - qaraciyər və/və ya böyrəklərin funksiyasının ağır pozulmaları. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Müalicəyə başlamadan öncə və onun aparılmas prosesi zamanı müalicə həkiminin məsləhəti əsasında qanın differensial analizini aparmaq lazımdır, qaraciyərin funksional vəziyyəti göstəricilərinin, məs., alaninaminotransferaza (ALT) və aspartataminotransferaza (AST) səviyyələrinin müəyyən edilməsi, qan plazmasında kreatinin miqdarının təyini və sidiyin analizi (test-zolaqlar) aparılmalıdır. Bu müayinələri müalicəyə başladıqdan 14 gün sonra və daha sonra 4 həftə intervallar ilə 2-3 dəfə aparmaq lazımdır. Əgər müayinələrin nəticələri normaya uyğun olarsa, kontrol müayinələri hər 3 aydan bir aparmaq lazımdır.

Əgər əlavə simptomların yaranması qeyd olunursa, kontrol müayinələri dərhal icra etmək lazımdır. Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə Meselak istifadəsi məsləhət görülmür. Əgər müalicə zamanı böyrəklərin funksiyasının zəifləməsi baş verərsə, mesalazinlə əlaqəli nefrotoksikliyin olması ehtimalı vardır.

Mesalazin istifadəsi zamanı nefrolitiaz hadisələri, o cümlədən daşlar barədə məlumat verilmişdir ki, bunların tərkibi 100% mesalazindən ibarət olmuşdur. Müalicə zamanı bol miqdarda maye qəbul edilməsi tövsiyə olunur. Ağciyərlərin xəstəlikləri olan, xüsusən bronxial astmalı pasiyentlərə mesalazin təyin olunduğu zaman bütün müalicə kursu ərzində diqqətli kontrol həyata keçirilməlidir. Sulfasalazin tərkibli preparatlara qarşı hiperhəssaslığı olan pasiyentlərin müalicəsini yalnız ciddi tibbi müşahidə altında başlamaq lazımdır.

Kəskin dözümsüzlük simptomları yaranan zaman, məs., spazmlar, qarın nahiyyəsində kəskin ağrı, qızdırma, güclü başağrıları və dəridə səpgi, müalicəni dərhal dayandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilələrdə mesalazinin istifadəsinə dair kifayət qədər məlumatlar yoxdur. Lakin məhdud sayda hamilələrdə mesalazinin istifadəsinə dair məlumatlar göstərir ki, mesalazinin hamiləliyin gedişinə və ya dölün/yenidoğulmuşun sağlamlığına mənfi təsiri yoxdur. Hal -hazırda hər hansı digər epidemioloji məlumat yoxdur. Yeganə hadisə hamiləlik dövründə mesalazinin yüksək dozada (2-4 q peroral) uzunmüddətli istifadəsindən sonra yenidoğulmuşda böyrək çatışmazlığı barədə məlumatın verilməsidir.

Heyvanlar üzərində aparılan tədqiqatlarda mesalazinin peroral istifadəsi zamanı hamiləliyə, embrionun/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı mənfi təsiri qeyd olunmamışdır. Meselak preparatını hamiləlik zamanı yalnız o halda qəbul etmək lazımdır ki, onun istifadəsinin ana üçün potensial faydası döl üçün ehtimal olunan riskdən üstün olsun. Laktasiya N-asetil-5-aminosalisil turşusu və az dərəcədə mesalazin ana südünə ekskresiya olunur. Hal - hazırda preparatın laktasiya dövründə olan qadın larda istifadəsinə dair yalnız məhdud təcrübə vardır.

Körpələrdə hiperhəssaslıq reaksiyaların inkişaf etməsi istisna olunmur, bunun əlamətlərindən biri diareya ola bilər. Beləliklə, Meselak preparatını ana südü ilə qidalandırma dövründə yalnız o halda istifadə etmək olar ki, əgər ehtimal olunan faydası potensial riskdən üstün olarsa. Əgər körpədə diareya inkişaf edirsə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir edə bilər. İstifadə qaydası və dozalar Böyüklər və yaşlı pasiyentlər Xoralı kolitin ağırlaşmalarının müalicəsi üçün 3 paket Meselak preparatı 1000 mq gündə 1 dəfə (gündə 3,0 q mesalazinə uyğundur), yaxşı olar ki, səhər hər bir fərdi hadisədə klinik vəziyyətdən asılı olaraq. Gündəlik dozanı üç qəbula bölmək olar (1 paket Meselak preparatı 1000 mq gündə 3 dəfə), əgər bu pasiyent üçün daha rahat olarsa. Xoralı kolit zamanı remissiyanın saxlanamsı üçün Standart müalicə: 500 mq mesalazin (1/2 paket) gündə 3 dəfə (səhər, günorta və axşam), bu isə mesalazinin gündə 1,5 q ümumi dozasına müvafiqdir.

Tibbi göstərişlərə görə residivin yüksək risk qrupuna aid olan pasiyentlər üçün və ya gündəlik üç dozanın tətbiqi rejiminə riayət olunması ilə bağlı çətinliklər səbəbindən dozalanma rejimini dəyişərək 3,0 q mesalazin birdəfəlik gündəlik doza şəklində, yaxşı olar ki, səhər qəbul edilsin. Uşaqlar 6 yaşdan kiçik uşaqlarda preparatı istifadə etmək olmaz, belə ki, bu yaş qrupundan mesalazinin istifadə təcrübəsi kifayət qədər deyildir. 6 yaşdan etibarən uşaqlar və yeniyetmələr Kəskin vəziyyətlərdə, xəstəliyin ağırlığından asılı olaraq, mesalazin gündə 30 -50 mq/kq bədən kütləsi hesabı ilə təyin olunur, yaxşı olar ki, səhər və ya gündəlik dozanın bir neçə qəbula bölünməsi ilə. Maksimal doza – gündə 75 mq/kq bədən kütəsidir.

Ümumi gündəlik doza böyüklər üçün tövsiyə olunan gündəlik dozanı aşmamalıdır. Remissiyanın dəstəklənməsi üçün doza fərdi olaraq seçilir. Başlanğıc doza gündə 15 -30 mq/kq bədən kütləsi, bir neçə qəbula bölməklə təşkil edir. Ümumi gündəlik doza böyüklər üçün tövsiyə olunan gündəlik dozanı aşmamalıdır.

Bədən kütləsi 40 kq -dan az olan uşaqlara böyüklər üçün təyin olunan dozanın yarısı, bədən kütləsi 40 kq-dan artıq olanlara – böyüklər üçün təyin edilən adi doza tövsiyə olunur. İstifadə qaydası Meselak preparatının paketlərində olan qranulları çeynəmək olmaz. Qranulları dilin üzərinə qoyub udmaq, çeynəməmək, bol miqdarda maye ilə içmək lazımdır. İltihabi prosesin kəskinləşmələrinin müalicəsində olduğu kimi, həm də uzunmüddətli istifadə zamanı, Meselak preparatını müntəzəm olaraq və tövsiyələrə uyğun şəkildə qəbul etmək lazımdır ki, arzuolunan terapevtik effekt əldə olunsun.

İstifadə müddəti həkim tərəfindən müəyyən olunur.

Prepared by  T-Soft E-Commerce.