Sevimlilərə əlavə edin
Paylaşın

Mezim Forte 3500 İu N20 Tb

Məhsul Kodu : 111-05949
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
3,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

MEZİM FORTE, 3500 TV Ph. Eur. lipaza, örtüklü tabletlər

MEZİM FORTE tərkibi

MEZİM FORTE tərkibi, 1 tabletin tərkibində 3500 TV Ph. Eur. lipaza, 4200 TV Ph. Eur. amilaza, 250 TV Ph. Eur. proteazaların minimal aktivliyinə malik, 116,66–134,61 mq donuzun mədəaltı vəzilərindən alınan toz vardır.

Mezim forte, istifadəsinə göstərişlər

• Mədəaltı vəzilərində həzm pozğunluqları ilə müşayiət olunan, həzm fermentlərinin əmələ gəlməsi pozulduğu hallarda (xroniki pankreatit, mukovissidoz); • Cərrahi əməliyyatlardan sonra qarın köpdükdə (meteorizm və qastrokardial sindrom); • Qida kütləsinin bağırsaqdan keçməsinin funksional xarakterli sürətlənməsi zamanı (oyanıqlığın yüksəlməsi, infeksion mənşəli bağırsaq xəstəlikləri); • Qaraciyər və öd kisəsində baş verən pozğunluqlar; • İştahanın itməsi, gəyirmə, qusma və diareya ilə müşayiət olunan həzm pozğunluqları; • Bitki mənşəli, yağlı və çətin həzm olunan qidaların istifadəsi; • Rentgenoqrafiya və ultrasəs müayinəsi öncəsi bağırsaqlarda qazların azaldılması məqsədilə.

Əks göstərişlər

• Mədəaltı vəzilərindən alınan toza, azorubin lakına (E 122) və ya digər komponentlərə qarşı yüksək həssaslıq; • Mədəaltı vəzinin kəskin iltihabı və ya xroniki pankreatitin kəskinləşmə mərhələsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik halları olduqda, preparatın istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Həkim mütləq vacib hesab edən hallar istisna olmaqla, hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.

İstifadə qaydası və dozası

Adətən hər qida qəbulu zamanı 1–2 tablet qəbul olunur (3500–7000 TV lipaza). Tələb olunduqda, 2–4 örtüklü tabletə qədər artırıla bilər. Lipazanın sutkalıq dozası bədən kütləsinin hər kq-na 15000–20000 TV-dən artıq olmamalıdır. Tabletlər çeynənmədən, bol su ilə qəbul edilməlidir. Uşaqlarda və yeniyetmələrdə dozanı və istifadə müddətini həkim təyin etməlidir. Unudulmuş dozanın əvəzinə ikiqat doza istifadə olunmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05949

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce