Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Mikazol 150 mq N1 kapsul

Məhsul Kodu : 111-01502
İstehsalçı ölkə: Türkiye
5,27 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MİKOZOL, 150 mq  kapsullar

Mikozol tərkibi

 Təsiredici maddə:   1 kapsulda 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat,qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid,  maqnezium stearat, natrium lauril sulfat.                                Kapsulun tərkibi:    titan dioksid, eritrosin, tartrazin, indiqo karmin, jelatin.

İstifadəsinə göstərişlər:

 Mikozol aşağıdakı hallarda istifadə oluna bilər: • Orofaringeal və ezofaqal kandidoz, ağız boşluğunun diş protezlərinin hesabına yaranan atrofik kandidozu  • Kriptokokkoz, kriptokokk meningiti və digər başqa kriptokokklar • Tənəffüs yollarının və sidik yollarının infeksiyaları və peritonitlər  • Vaginal kandidoz • Dəri və dəri törəmələrinin mikozu və kandidozu (hamar dərinin trixofitiyası, aralıq nahiyəsinin epidermofitiyası, dırnaqların, pəncənin, gövdənin mikozu), əlvan dəmrov • Antibiotiklərlə müalicədən sonra yaranan kandidozun müalicə və profilaktikası • Sistem kandidoz zamanı, o cümlədən disseminəolunmuş kandidoz və pnevmoniyalarda • Sitotoksik kimya terapiyası və/yaxud şüa terapiyası aparılan sümük toxuması və ya digər orqanın transplantasiyası olunmuş xəstələrdə kandida infeksiyalarının baş verməsinin azaldılması üçün

Əks göstərişlər:

 Flukonazola və ya digər triazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq reaksiyaları,  Terfenadinlə birlikdə istifadəsi,  QT intervalının uzanmasına səbəb olan digər preparatlarla birlikdə istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamilə qadınların cəlb olunduğu adekvat və yaxşı nəzarət olunmuş tədqiqatlar aparılmayıb. Flukonazol ancaq o halda istifadə edilə bilər ki, gözlənilən faydası potensial klinik risklərindən yüksək olsun.  Flukonazol plazma konsentrasiyaları ilə müqayisə oluna biləcək miqdarda ana südünə nüfuz edə bilir. 1 dəfəlik 150 mq dozada Flukonazol qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmağa ehtiyac yoxdur. Lakin bir neçə dəfə təyin olunacaqsa ana südü ilə qidalandırma dayandırılmalıdır.

Mikozol istifadə qaydası, dozası

 Flukonazolun gündəlik dozaları infeksiya törədən mikroorqanizmlərdən və xəstələrin müalicəyə verdiyi cavab reaksiyasından asılıdır. Müalicə o vaxta qədər davam etdirilməlidir ki, klinik parametrlər və laborator nəticələr aktiv göbələk infeksiyasının zəifləməsini göstərsin. Adekvat olmayan müalicə müddəti aktiv infeksiyanın residivinə gətirib çıxara bilər. QİÇS və kriptokokk meningiti, yaxud residiv verən orofaringeal kandidoz halları, adətən, residivin baş verməməsi üçün dəstəkləyici terapiya tələb edir.  Adətən, müalicənin ikinci gününə kimi dayanıqlı plazma konsentrasiyasına çatmaq üçün müalicənin birinci günü gündəlik dozanın iki qatını təşkil edən zərbə dozasının təyini məsləhət görülür.      Vaginal kandidoz Məsləhət görülən doza 150 mq oral Flukonazolun yeganə doza kimi qəbuludur.  Orofaringeal kandidoz Birinci gün 200 mq, sonra hər gün gündə bir dəfə 100 mq.  Orofaringeal kandidozun klinik təzahürləri, adətən, bir neçə gün ərzində aradan qalxır, amma mümkün residivin azaldılması üçün müalicəni azı 2 həftə davam etdirmək lazımdır.  Ezofageal kandidoz Birnci gün 200 mq, sonra hər gün gündə bir dəfə 100 mq. Xəstənin müalicəyə cavab reaksiyasına müvafiq olaraq doza 400 mq/gün-ə qədər artırıla bilər. Ezofageal kandidozu olan xəstələr minimum 3 həftə müalicə olunmalıdırlar və simptomlar aradan qalxdıqdan sonra azı 2 həftə müalicə davam etdirilməlidir.  Sistem kandidozlar Sistem kandidoz, o cümlədən kandidemiya, disseminə olunmuş kandidoz və pnevmoniya üçün optimal terapevtik dozalar və müalicə müddəti müəyyənləşdirilməmişdir. Açıq, müqayisə aparılmamış və az sayda xəstənin cəlb olunduğu tədqiqatlarda 400 mq/gün dozalar istifadə olunmuşdur.  Sidik yollarının infeksiyaları və peritonitlər Sidik yollarının kandida mənşəli infeksiyaları və peritonitlərin müalicəsində açıq, müqayisə aparılmamış və az sayda xəstənin cəlb olunduğu tədqiqatlarda 50 mq-200 mq/gün dozalar istifadə olunmuşdur.     Kriptokokk meningiti Kəskin kriptokok meningitinin müalicəsi üçün məsləhət görülən dozalar birinci gün 400 mq, sonra hər gün gündə bir dəfə 200 mq-dır. Xəstənin müalicəyə cavab reaksiyasına müvafiq olaraq doza gündə bir dəfə 400 mq/gün-ə kimi yüksəldilə bilər. Kriptokokk meningitinin ilkin müalicəsinin məsləhət görülən müddəti onurga beyni mayesinin analizinin mənfi olmasından sonra 10-12 həftədir. QİÇS-i olan xəstələrdə kriptokokk meningitinin residivinin qarşısının alınması üçün Flukonazolun məsləhət görülən dozası gündə bir dəfə 200 mq-dır.  Sümük iliyinin və ya digər orqanın transplantasiyası aparılmış xəstələrin profilaktikası Sümük iliyi transplantasiyası aparılmış xəstələrdə kandida infeksiyasının profilaktikası üçün Flukonazolun məsləhət görülən dozası gündə bir dəfə 400 mq-dır. Ağır dərəcəli qranulositopeniyanın (500 neytrofil/mm3dən az) gözlənildiyi xəstələrə profilaktik olaraq Flukonazolun təyininə neytropeniya baş verməsinin gözlənildiyi gündən bir neçə gün əvvəl başlamaq və neytrofillərin sayı 1000 neytrofil/mm3 keçəndən sonra 7 gün preparatın qəbulunu davam etdirmək lazımdır. 

Prepared by  T-Soft E-Commerce.