Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 50mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat, natrium lauril sulfat.
İstifadəsinə göstərişlər:
Mikozol aşağıdakı hallarda istifadə oluna bilər: • Orofaringeal və ezofaqal kandidoz, ağız boşluğunun diş protezlərinin hesabına yaranan atrofik kandidozu • Vaginal kandidoz • Sidik yollarının infeksiyaları və peritonitin kandidozları; • Kriptokokk meningiti; • Dəri və dəri törəmələrinin mikozu və kandidozu (hamar dərinin trixofitiyası, aralıq nahiyəsinin epidermofitiyası, dırnaqların, pəncənin, gövdənin mikozu), əlvan dəmrov • Antibiotiklərlə müalicədən sonra yaranan kandidozun müalicə və profilaktikası • Sistem kandidoz zamanı, o cümlədən disseminəolunmuş kandidoz və pnevmoniyalarda; • Sitotoksik kimya terapiyası və/yaxud şüa terapiyası aparılan sümük toxuması və ya digər orqanın transplantasiyası olunmuş xəstələrdə kandida infeksiyalarının baş verməsinin azaldılması üçün;
Əks göstərişlər:
Flukonazola və ya digər triazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq reaksiyaları. Terfenadinlə birlikdə istifadəsi, QT intervalının uzanmasına səbəb olan digər preparatlarla birlikdə istifadəsi. Böyrək və qaraciyər çatışmazlığı olan şəxslərdə, hepatotoksik dərman vasitələri ilə eyni vaxtda qəbulu zamanı, hamiləlik və laktasiya dövründə və 6 aylığadək uşaqlara ehtiyatla təyin olunmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə qadınların cəlb olunduğu adekvat və yaxşı nəzarət olunmuş tədqiqatlar aparılmayıb. Flukonazol ancaq o halda istifadə edilə bilər ki, gözlənilən faydası potensial klinik risklərindən yüksək olsun. Flukonazol plazma konsentrasiyaları ilə müqayisə oluna biləcək miqdarda ana südünə nüfuz edə bilir. 1 dəfəlik 150 mq dozada Flukonazol qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmağa ehtiyac yoxdur. Lakin bir neçə dəfə təyin olunacaqsa ana südü ilə qidalandırma dayandırılmalıdır.
Flukonazolun gündəlik dozaları infeksiya törədən mikroorqanizmlərdən və xəstələrin müalicəyə verdiyi cavab reaksiyasından asılıdır. Müalicə o vaxta qədər davam etdirilməlidir ki, klinik parametrlər və laborator nəticələr aktiv göbələk infeksiyasının zəifləməsini göstərsin. Adekvat olmayan müalicə müddəti aktiv infeksiyanın residivinə gətirib çıxara bilər. QİÇS və kriptokokk meningiti, yaxud residiv verən orofaringeal kandidoz halları, adətən, residivin baş verməməsi üçün dəstəkləyici terapiya tələb edir. Adətən, müalicənin ikinci gününə kimi dayanıqlı plazma konsentrasiyasına çatmaq üçün müalicənin birinci günü gündəlik dozanın iki qatını təşkil edən zərbə dozasının təyini məsləhət görülür. Vaginal kandidoz Əgər digər bir təyinat verilməmişdirsə, Flukonazol 150 mq birdəfəlik doza kimi təyin edilir. Orofaringeal kandidoz Birinci gün 200mq, sonra hər gün gündə bir dəfə 100mq. Orofaringeal kandidozun klinik təzahürləri, adətən, bir neçə gün ərzində aradan qalxır, amma mümkün residivin azaldılması üçün müalicəni azı 2 həftə davam etdirmək lazımdır. Ezofageal kandidoz Birnci gün 200 mq, sonra hər gün gündə bir dəfə 100mq. Xəstənin müalicəyə cavab reaksiyasına müvafiq olaraq doza 400mq/gün-ə qədər artırıla bilər. Ezofageal kandidozu olan xəstələr minimum 3 həftə müalicə olunmalıdırlar və simptomlar aradan qalxdıqdan sonra azı 2 həftə müalicə davam etdirilməlidir. Sistem kandidozlar Sistem kandidoz, o cümlədən kandidemiya, disseminəolunmuş kandidoz və pnevmoniya üçün optimal terapevtik dozalar və müalicə müddəti müəyyənləşdirilməmişdir. Açıq, müqayisə aparılmamış və az sayda xəstənin cəlb olunduğu tədqiqatlarda 400 mq/gün dozalar istifadə olunmuşdur. Sidik yollarının infeksiyaları və peritonitlər Sidik yollarının kandida mənşəli infeksiyaları və peritonitlərin müalicəsində açıq, müqayisə aparılmamış və az sayda xəstənin cəlb olunduğu tədqiqatlarda 50mq-200mq/gün dozalar istifadə olunmuşdur. Kriptokokk meningiti Kəskin kriptokok meningitinin müalicəsi üçün məsləhət görülən dozalar birnci gün 400mq, sonra hər gün gündə bir dəfə 200mq-dır. Xəstənin müalicəyə cavab reaksiyasına müvafiq olaraq doza gündə bir dəfə 400mq/gün-ə kimi yüksəldilə bilər. Kriptokokk meningitinin ilkin müalicəsinin məsləhət görülən müddəti onurga beyni mayesinin analizinin mənfi olmasından sonra 10-12 həftədir. QİÇS-i olan xəstələrdə kriptokokk meningitinin residivinin qarşısının alınması üçün Flukonazolun məsləhət görülən dozası gündə bir dəfə 200mq-dır. Sümük iliyinin transplantasiyası aparılmış xəstələrin profilaktikası Sümük iliyi transplantasiyası aparılmış xəstələrdə kandida infeksiyasının profilaktikası üçün Flukonazolun məsləhət görülən dozası gündə bir dəfə 400mq-dır. Ağır dərəcəli qranulositopeniyanın (500 neytrofil/mm3-dən az) gözlənildiyi xəstələrə profilaktik olaraq Flukonazolun təyininə neytropeniya baş verməsinin gözlənildiyi gündən bir neçə gün əvvəl başlamaq və neytrofillərin sayı 1000 neytrofil/mm3 keçəndən sonra 7 gün preparatın qəbulunu davam etdirmək lazımdır. Dəri mikozlarının müalicəsində xüsusi yerli şərtlərə görə ancaq xaricə tətbiqi mümkün olmadığı hallarda təyin olunur. Dəri mikozları: həftədə 1 dəfə 150 mq (tinea unguium) və ya gündə 1 dəfə 50mq (tinea versicolor). Müalicə müddəti 2-4 həftə, tinea pedis (ayaq pəncəsinin epidermofitiyası) zamanı- 50 mq gündə bir dəfə 6 həftəyə qədər. Tinea unguium (onychomycosis) müalicəsi zədələnmiş dırnağın yenilənməsinə (infeksiyalaşmamış dırnağın inkişaf etməsi) qədər davam edir. Əl və ayaq barmaqlarda yeni dırnaqlarının böyüməsi müvafiq olaraq 3-6 və 6-12 aya baş verir. Dərin endemik mikozlar 2 il ərzində 200-400mq/gün. Müalicənin müddəti fərdi olaraq təyin edilir, lakin bütövlükdə koksidiomikoz zamanı 11-24 ay, parakoksidiomikozda isə 12-17 ay təşkil edir. Yaşlı xəstələrdə istifadəsi Böyrək çatişmazlığı olmayan yaşlı xəstələrdə məsləhət görülən adəti dozalar aşağıdakılardan ibarətdir. Kreatinin klirensı <50 ml/dəq olan xəstələrdə doza tənzimlənməsi böyrək çatışmazlığı olan xəstələr üçün müəyyən edilmiş müvafiq qaydalara görə aparılmalıdır. Uşaqlarda istifadəsi Böyüklərin infeksiyasında olduğu kimi, müalicənin müddəti uşaqlarda klinik və mikoloji nəticələrdən asılıdır. Flukonazol birdəfəlik gündəlik doza kimi təyin edilir. Uşaqlarda maksimal doza 400 mq/gündən çox olmamalıdır. Selikli qişanın kandidozlarında Flukonazolun məsləhət görülən dozası 3 mq/kq/gün. Dayanıqlı səviyyəni tez əldə etmək üçün ilkin doza kimi birinci gün 6 mq/kq təyin edilə bilər. Sistem kandidoz – kriptokokk infeksiyalarının müalicəsi üçün Flukonazolun məsləhət görülən dozası, infeksiyanın kəskinliyindən asılı olaraq, 6-12 mq/kq/gün. Böyrək funksiyaları pozulmuş xəstələr Flukonazol, əsasən, böyrəklər vasitəsilə, dəyişilməmiş halda ekskresiya olunur. Böyrək funksiyaları pozulmuş xəstələrə ilkin zərbə dozası kimi 50-400 mq təyin edilməlidir.