Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10mq montelukast (10,4mq natrium montelukast) vardır.
Monezin davamlı astmanın müalicəsi və allergik rinit simptomlarının yüngülləşdirilməsi üçün təyin olunur. Astma Monezin böyüklərdə və 15 yaşlı və daha yuxarı uşaqlarda davamlı astmanın müalicəsi üçün istifadə olunmalıdır. Monezini qısamüddətli astma tutmasının yüngülləşdirilməsini təmin etmək üçün qəbul etməyin. Əgər sizdə astma tutması baş verərsə, siz astma tutmalarının müalicəsi üçün həkiminizin dediklərini etməlisiniz.
Allergik rinitlər Monezin allergik rinit əlamətlərini (asqırma, burun tutulması, burun axması və qaşınma) aradan qaldırmaq üçün istifadə olunur. Monezin 15 yaşlı və yuxarı xəstələrdə mövsümi allergik rinitlərin və daimi allergik rinitlərin (bunlar bütün ilboyu baş verir) simptomatik müalicəsi üçün istifadə olunur. Astma nədir? Astma havanı ağciyərlərə ötürən bronxial tənəffüs yollarının xroniki iltihabıdır.
Astmanın simptomları bunlardır: • Öskürək • Xırıltı • Döş qəfəsində sıxılma hissi • Tənəffüsün qısalması Allergik rinit nədir • Həmçinin ot qızdırması kimi məlum olan mövsümi allergik rinitlər, ağac, ot və bitki tozcuqları kimi xaricdən və ya ev allergenləri ilə kəskinləşir. • Uzunmüddətli (davamlı) allergik rinitlər bütün ilboyu müşahidə olunur və daxili-ev allergenləri- ev tozu gənələri, kəpək və/və ya kif sporları tərəfindən törədilir. • Allergik rinit simptomlarına daxildir: - Burun tutulması, burun axması və/və ya qaşınma - Asqırma
Montelukasta və ya dərman vasitəsinin digər komponnetlərinə qarşı allergiya (yüksək həssaslıq), 15 yaşa qədər uşaqlarda istifadəsi.
Bu dərman vasitəsini qəbul etməzdən əvvəl, həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Hamilə olan qadınlar və ya hamiləliyi planlaşdıran qadınlar Monezin qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Monezini bu dövr ərzində nə dərəcədə qəbul edə bilmənizi həkiminiz qiymətləndirməlidir. Müalicə dövrü ərzində əgər hamiləlik qeyd olunarsa, dərhal həkiminizlə məsləhətləşin.
Monezinin ana südünə keçməsi məlum deyil. Əgər siz uşaq əmizdirirsinizsə və ya onu planlaşdırırsınızsa, Monezinin istifadəsindən əvvəl həkimlə məsləhətləşməlisiniz.
Monezinin avtomobil idarəetmə və ya mexanizmlərlə işləmə qabiliyyətinə təsir etməsi gözlənilmir. Baxmayaraq ki, dərman vasitəsinə qarşı fərdi reaksiyalar müxtəlif ola bilər. Monezinin çox nadir rast gəlinən bəzi əlavə təsirləri (başgicəllənmə və yuxululuq) xəstələrdə avtomobil idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə təsir göstərə bilər.
Monezin daxilə qəbul olunur. Onu qida ilə və ya onsuz qəbul edə bilərsiniz. Tabletlərin çeynəmədən və müəyyən miqdarda su ilə (məs., bir stakan su ilə) qəbul etmək lazımdır Astması olan yeniyetmələr (15 yaş və yuxarı) • Uşaqlara Monezin 10mq örtüklü tableti gündə bir dəfə axşam vermək lazımdır. Siz onu yemək vaxtından asılı olmadan verə bilərsiniz.
• Siz uşağınıza Monezini həkiminizin təyin etdiyi müddətə kimi hər gün verməlisiniz, çünki onun astmanın simptomlarına dair təcrübəsi yoxdur. • Əgər astma simptomları ağırlaşarsa və ya siz hesab etsəniz ki, uşağınıza daha tez-tez inhalyasiya üçün dərman vasitəsi istifadə olunmalıdır, təcili həkiminizə müraciət edin. • Astma tutmasının qısamüddətli yüngülləşdirilməsini təmin etmək üçün Monezin qəbul etməyin. Uşağınızda astma tutması baş verdikdə, siz həkiminizin astma tutmasının müalicəsi üçün verdiyi təlimata riayət etməlisiniz.
• Astma tutması üçün, uşağın köməkçi inhalyasiya üçün dərman vasitəsi hər zaman əlçatan olmalıdır. • Əgər həkiminiz deməyibsə, uşağınıza digər astmaəleyhinə dərman vasitəsini verməyi dayandırmayın və ya dozasını azaltmayın. Mövsümi və daimi allergik rinitləri olan böyüklər üçün (15 yaş və yuxarı) • Monezini gündə bir dəfə və adətən eyni vaxtda qəbul edin. • Monezini gündə bir dəfə həkimin təyin etdiyi müddət ərzində qəbul edin.
• Siz onu yemək vaxtından asılı olmadan verə bilərsiniz. Təyin qaydası və üsulu • Monezin daxilə təyin olunur. • Siz onu qida ilə və ya onsuz qəbul edə bilərsiniz. • Tabletləri çeynəmədən və müəyyən miqdarda su ilə qəbul edin (məs., bir stəkan su ilə) Yaşlılarda istifadəsi Yaşa görə dozaların xüsusi korreksiyası tələb olunmur.
Xüsusi xəstəliklər zamanı istifadəsi Böyrək/qaraciyər çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələr üçün dozanın korreksiyası tələb olunmur. Yüngül-orta qaraciyər çatışmazlığı olan xəstələr üçün dozanın korreksiyası tələb olunmur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrə aid məlumat yoxdur. Monezinin qida və içkilərlə qəbulu Monezin 10mq həm qida ilə, həm də onsuz qəbul edilə bilər.
Əgər siz Monezin qəbul etməyi unutmusunuzsa Çalışın dərman vasitəsini tövsiyə olunduğu kimi qəbul edəsiniz. Əgər siz dərman vasitəsinin bir dozasını qəbul etməyi unutmusunuzsa, həmin dozanı qəbul etməyin və adi qaydada qəbulu davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat dozanı qəbul etməyin. Əgər siz Monezin qəbulunu dayandırırsınızsa Yalnız qəbuluna davam edən zaman Monezin astmanı müalicə edə bilər.
Monezinin həkimin təyin etdiyi müddət ərzində qəbulunun davam etdirilməsi vacibdir. Bu astmanın nəzarət olunmasına yardım edəcək. Əgər sizin bu dərman vasitəsinin istifadəsinə aid hər hansı əlavə sualınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Əgər siz düşünürsüz ki, Monezinin təsiri çox güclüdür və ya çox zəifdir, o zaman həkimə və ya əczaçıya müraciət edin.