Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq montelukasta ekvivalent olan 5,20 mq Natrium montelukast vardır.
MONTEFAR 5 mq 6-14 yaş arası uşaqlarda davamlı astmanın müalicəsi üçün (o cümlədən gündüz və gecə simptomlarının qarşısını almaq məqsədilə, asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə astmanın müalicəsi, fiziki gərginlik nəticəsində yaranan bronxospazmın profilaktikasında) istifadə olunur. MONTEFAR 5 mq 6-14 yaş aras ı uşaqlarda mövsümi allergik rinit və perennial allergik rinit simptomlarının aradan qaldırılması üçün istifadə olunur.
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Ümumi tövsiyələr: Hamiləlik kateqoriyası “B”-dir. Hamiləlik dövrü Eksperimental tədqiqatlar dərman maddəsinin hamiləliyə, embrionun/dölün inkişafına hər hansı mənfi təsirinin olmadığını göstərir. Hamilələrin məlumat bazasından alınan məhdud məlumatlarda bütün dünyadan əldə olunmuş postmarketinq müşahidələrə əsasən MONTEFAR -ın qəbulu ilə eybəcərliklərin yaranmasının (məsələn, ətraf qüsuru) səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. MONTEFAR hamiləlik dövründə yalnız aşkar zərurət olduqda istifadə oluna bilər.
Laktasiya dövrü Eksperimental tədqiqatlara görə montelukast süd vəziləri ilə ifraz olunur. Montelukastın ana südü ilə ifraz olunub- olunmaması ilə bağlı klinik tədqiqat aparılmayıb. MONTEFAR laktasiya dövründə yalnız istifadəsi zəruri olduqda təyin edilə bilər. Uşaq doğma qabiliyyəti/Kontrasepsiya Uşaq doğma qabiliyyətli qadınlarda reproduktiv funksiyaya təsiri barədə məlumat mövcud deyil.
Reproduktiv funksiyaya/Fertilliyə təsiri: Montelukastın dişi siçovullara 200 mq/kq dozada (AUC ekspozisiyası təqribən 70 dəfə böyüklərdə tövsiyə edilmiş maksimal sutkalıq dozanın ekspozisiyasından artıqdır) daxilə istifadəsi zamanı fertilliyin və nəsilvermə qabiliyyətinin zəifləməsi müşahidə olunmuşdur. Montelukastın 100 mq/kq sutkalıq dozada (AUC ekspozisiyası təqribən 20 dəfə böyüklərdə tövsiyə edilmiş maksimal sutkalıq dozanın ekspozisiyasından artıqdır) daxilə istifadəsi zamanı fertilliyin və nəsilvermə qabiliyyətinin dəyişilməsi müşahidə olunmamışdır. Montelukastın 800 mq/kq- dan artıq sutkalıq dozada (AUC ekspozisiyası təqribən 160 dəf ə böyüklərdə tövsiyə edilmiş maksimal sutkalıq dozanın ekspozisiyasından artıqdır) istifadəsi zamanı erkək siçovulların fertilliyinə təsiri aşkar edilməmişdir. Montelukastın insanların reproduktif funksiyasına təsiri barədə kifayət qədər məlumat mövcud deyil.
Montelukastın pasiyentlərin avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərdiyi aşkar edilməyib. Lakin, nadir hallarda yuxululuq və ba şağrısının müşahidə olunması barədə məlumatın olması nəzərə alınmalıdır.
6-14 yaş arası uşaqlarda 5 mq dozada çeynəmə tablet gündə 1 dəfə təyin edilir. 6-14 yaş arası uşaqlarda astma MONTEFAR gündə 1 dəfə axşam təyin edilir. Allergik rinitlər 6-14 yaş arası uşaqlarda mövsümi allergik rinit və perineal allergik rinit MONTEFAR allergik rinitlər zamamı gündə 1 dəfə təyin edilir. Qəbul zamanı xəstənin ehtiyacından asılı olaraq seçilir.
6-14 yaş arası uşaqlarda astma və allergik rinitlər Astma və allergik rinitdən eyni zamanda əziyyət çəkən xəstələrə yalnız 5 mq çeynəmə tablet gündə 1 dəfə axşam təyin edilir. MONTEFAR astma tutmalarına nəzarəti təmin edən parametrlər üzrə müalicəvi təsiri bir gün ərzində baş verir. MONTEFAR qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər. Qidayla qəbul olunmasına baxmayaraq, preparatı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul etmək tövsi yə edilir.
Pasiyentlər həm bronxial astma simptomlarına nəzarətin əldə edilməsi, həm də xəs təliyin kəskinləşməsi dövründə MONTEFAR-ın qəbulunu davam etdirə bilərlər. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan pasiyentlərdə doza korreksiyası (doza dəyişikliklərinin edilməsi) tələb olunmur. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə doza korre ksiyası (doza dəyişikliklərinin edilməsi) tələb olunmur. Qaraciyərin ağır funksional çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsinə dair məlumatlar mövcud deyil.
Uşaqlarda istifadəsi Bronxial astmadan əziyyət çəkən 6 -14 yaş arası uşaqlarda montelukastın təhlükəsizlik və effektivlik profili kontrol olunmuş tədqiqatlarda kifayət qədər müəyyən edilmişdir. Bu qrup pasiyentlərdə təhlükəsizlik və effektivlik profili böyüklərdə alınan nəticələrə uyğun olmuşdur. Mövsümi allergik rinitdən əziyyət çəkən 2 -14 yaşlı uşaqlarda, həmçinin bütün il boyu davam edən perineal allergik rinitdən əziyyət çəkən 6 ay- 14 yaş arası uşaqlarda montelukastın effektivliyinə dair məlumatlar allergik rinitdən əziyyət çəkən 15 yaşlı və daha böyük uşaql arın iştirakı ilə aparılan tədqiqatlar nəticəsinin ekstrapolyasiyası yolu ilə alınmışdır. Bundan əlavə olaraq, bu qrup pasiyentlərdə patofiziologiyasına və montelukast farmakologiyasına, həmçinin dərman maddəsi ilə müalicəyə qarşı yaranan yüksək həssaslıq reaksiyalarının bənzər olmasına əsaslanaraq, mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğu ehtimal edilir.
Allergik rinitdən əziyyət çəkən 2-14 yaş arası uşaqlarda montelukastın təhlükəsizliyi astmadan əziyyət çəkən 2-14 yaş arası uşaqlar üzərində aparılmış tədqiqatlar zamanı alınan nəticələrə əsaslanır (və ya uyğundur). Mövsümi allergik rinitdən əziyyət çəkən 2-14 yaş arası uşaqlar üzərində aparılan təhlükəsizlik tədqiqatları da bənzər təhlükəsizlik nəticələri verir. Yaşlılarda istifadəsi Montelukastın klinik tədqiqatlarında iştirak edən xəstələrdən 3,5%-i 65 yaşdan yuxarı və 0,4%-i isə 75 yaşdan yuxarı yaş həddində olmuşdur. Bununla belə, yuxarı yaş həddində olan və cavan xəstələr arasında montelukastın təhlükəsizlik və effektivliyi ndə klinik əhəmiyyətli fərq aşkar edilməmişdir.
Həmçinin, yaşlı və cavan xəstələrdə müalicəyə qarşı yaranan yüksək həssaslıq reaksiyalarda əhəmiyyətli fərq aşkar edilməmişdir. MONTEF AR-ın bronxial astmanın müalicəsində istifadə edilən digər maddələrlə birgə istifadəsi İnhalyasion kortikosteroidlər: tələb olunduqda, kortikosteroid inhalyasiyaları və/və yaxud qısa təsirli β2-aqonistlərin istifadəsi zamanı kifayət qədər klinik cavab almadıqda, MONTEFAR əlavə maddə kimi bu madd ələrlə birgə müalicədə istifadə ol una bilər. Bu zaman inhalyasion kortikosteroidlərin dozasını tədricən azaldılması tələb olunur. Buna baxmayaraq, steroidlərin qəbulunun qəflətən MONTEFAR-la əvəz edilməsi tövsiyə edilmir.