Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MONTEKAS 5MG N14 TAB

Məhsul Kodu : 111-27974
İstehsalçı ölkə: Pakistan
3,69 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MONTEKAS, örtüklü tabletlər, çeynəmə tabletlər

MONTEKAS tərkibi

Təsiredici maddə: 1 çeynəmə tabletin tərkibində 5 mq montelukasta ekvivalent niqdarda montelukast natrium vardır.

İstifadəsinə göstərişlər

MONTEKAS inhalyasion kortikosteroidlərin qəbul edilməsilə kifayət qədər nəzarət olunmayan, eləcə də, “lazım olduqda” qısa təsirli ß-aqonistlərin istifadəsi kifayət qədər astmanın klinik nəzarətini təmin etməyən, yüngül və orta ağırlıq dərəcəli daimi astmalı pasiyentlərdə kompleks terapiya qismində astmanın müalicə üçün göstərişdir. Eləcə də, 15 yaşdan yuxarı pasiyentlərdə mövsümi allergic rinitin simptomlarını yüngülləşdirmək üçün istifadə edilir. Fiziki yüklənmə ilə induksiya olunan bronxospazmın qarşsını almaq üçün göstərişdir.

Əks göstərişlər

Montelukast natriuma və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Montelukast natrum, hamiləlik dövründə yalnız potensial fayda döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilməlidir. Laktasiya Montelukast natriumun insan südünə nüfuz etməsi məlum deyil. Bir çox dərman insan südünə nüfuz etdiyindən, laktasiya dövründə montelukast natrium təyin edilərkən, ehtiyatlı olmaq la-zımdır.

MONTEKAS istifadə qaydası və dozası

Montelukast natriumun astmaya nəzarətin parametrlərinə müalicəvi təsiri bir gün ərzində baş verir. MONTEKAS (Montelukast natrium) tabletləri və pediatrik qranullar yeməklə və ya onsuz qəbul edilə bilər. Pasiyentlərə astmaya nəzarət edilənə qədər və astmanın kəskinləşmə dövrlə-rində preparatı qəbul etməyə davam etmələri tövsiyə olunmalıdır. Astma MONTEKAS (Montelukast natrium) gündə 1 dəfə axşamlar istifadə edilməlidir.

Aşağıdakı dozalar tövsiyə olunur: Böyüklər və 15 yaşlı və daha böyük yeniyetmələr üçün: bir 10mq-lıq tablet. 6 - 14 yaşlı pediatrik pasiyentlər üçün: bir 5mq-lıq çeynəmə tablet. Fiziki işlə (gərginliklə) bağlı bronxokonstriksiya Fiziki işlə (gərginliklə) bağlı bronxokonstriksiyanın qarşısını almaq üçün məşqdən (fiziki işdən) 2 saat əvvəl birdəfəlik dozada MONTEKAS (Montelukast natrium) qəbul edilməlidir. Aşağıdakı dozalar tövsiyə olunur: Böyüklər və 15 yaşlı və daha böyük yeniyetmələr üçün: bir 10mq-lıq tablet.

6 - 14 yaşlı pediatrik pasiyentlər üçün: bir 5mq-lıq çeynəmə tablet. Əvvəlki dozadan sonra 24 saat ərzində MONTEKAS-in (Montelukast natrium) əlavə dozası qəbul edilməməlidir. Hər gün başqa bir göstəriş üzrə (xroniki astma da daxil olmaqla) artıq MONTEKAS (Montelukast natri-um) qəbul edən pasiyentlər fiziki işlə (gərginliklə) bağlı bronxokonstriksiyanın qarşısını almaq üçün əlavə doza qəbul etməməlidirlər. Bütün pasiyentlərin yanında xilasedici müalicə üçün qısa-müddətli təsirə malik aqonist olmalıdır.

6 yaşdan kiçik pasiyentlərdə təhlükəsizlik və effektivlik müəyyən edilməyib. Allergik rinit Allergik rinit zamanı MONTEKAS (Montelukast natrium) gündə bir dəfə qəbul edilməlidir. Mövsümi allergik rinitin simptomlarının müalicəsi üçün aşağıdakı dozalar tövsiyə olunur: Böyüklər və 15 yaşlı və daha böyük yeniyetmələr üçün: bir 10mq-lıq tablet. Mövsümi allergik riniti olan 2 yaşdan kiçik pediatrik pasiyentlərdə təhlükəsizlik və effektivlik müəyyən edilməyib.

Astma və allergik rinit Astması və allergik riniiti olan pasiyentlər hər gün axşam yalnız bir doza MONTEKAS (Montelukast natrium) qəbul etməlidirlər. Astmanın digər müalicəsi ilə birlikdə MONTEKAS-in (Montelukast natrium) istifadəsi MONTEKAS pasiyentin mövcud müalicə rejiminə əlavə edilə bilər. Beta-aqonistlərlə müalicə MONTEKAS (Montelukast natrium) “lazım olan zaman” qısa müddətli təsirə malik beta-aqonistlə müalicə vasitəsilə lazımi səviyyədə nəzarət edilməyən pasiyentlərin müalicə rejiminə əlavə edilə bilər. Klinik cavab reaksiyası aşkar olduqda (adətən ilk dozadan sonra), pasiyent beta-aqonistin "lazım olan zaman" istifadəsini azalda bilər.

İnhalyasion kortikosteroidlər MONTEKAS (Montelukast natrium) ilə müalicə, inhalyasion kortikosteroidlər kimi digər preparatlar kifayət qədər klinik nəzarəti təmin etmədikdə pasiyentlərdə əlavə müalicə kimi istifadə edilə bilər. Montelukast natrium inhalyasion kortikosteroidləri əvəz etməməlidir.

Prepared by  T-Soft E-Commerce.