Sevimlilərə əlavə edin
Paylaşın

Montel 4 Mq N28 Tablet

Məhsul Kodu : 111-14477
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
9,43 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Montel, 4 mq çeynəmə tabletlər

Montel, beynəlxalq patentləşdirilməmiş adı: Montelukast

Montel tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq montelukast (4,16 mq montelukast natrium) vardır.

İstifadəsinə göstərişlər

Montel 4 mq-lıq çeynəmə tableti davamlı astma xəstəliyindən əziyyət çəkən, 2-5 yaşlı uşaqların müalicəsi üçün istifadə edilir. Bu, həm gecə, həm də gündüz inkişaf edən simptomların qarşısını almağa, aspirinə qarşı həssas olan astma xəstələrinin müalicəsinə və fiziki yüklənmə nəticəsində yaranan bronxospazmın qarşısının alınmasına kömək edir.
Montel 4 mq-lıq çeynəmə tableti 2-5 yaşlı uşaqlarda mövsümi və ilboyu allergik rinit simptomlarının yüngülləşdirilməsi üçün də istifadə edilir.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Montel yalnız mütləq göstəriş olduğu halda hamiləlik və laktasiya dövründə istifadə edilə bilər. Heyvanlarda aparılmış tədqiqatlar zamanı mənfi təsir müşahidə edilməmişdir. İnsanlarda isə kifayət qədər məlumat yoxdur. Montelukastın südə keçməsi siçanlar üzərində sübut olunmuşdur, lakin insanlarda südə keçməsi ilə bağlı məlumatlar mövcud deyil.

Pediatriyada istifadəsi

Montel 4 mq çeynəmə tableti 2-5 yaşlı pediatrik pasiyentlərdə istifadə olunur. Gündə 1 dəfə axşam 4 mq qəbul edilir. Effektivlik və təhlükəsizlik bu yaş qrupu üçün klinik olaraq təsdiqlənmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Montelukast adətən nəqliyyat vasitələrini idarəetmə və mexanizmlərlə işləməyə təsir etmir. Lakin nadir hallarda başgicəllənmə və yuxululuq halları müşahidə oluna bilər.

Montel istifadə qaydası

2-5 yaşlı pasiyentlər üçün doza gündə 1 dəfə 4 mq çeynəmə tabletdir. Tabletlər yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Tableti udmazdan əvvəl çeynəmək vacibdir.
Astma və allergik rinitli uşaqlarda preparat axşam saatlarında qəbul edilməlidir və simptomların nəzarət altında saxlanıldığı dövrdə də istifadəsi davam etdirilməlidir. Ağır qaraciyər çatışmazlığı halları istisna olmaqla, dozaya düzəlişə ehtiyac yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14477

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce