Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MONTEL 4MG N28 PAKET

Məhsul Kodu : 111-21461
İstehsalçı ölkə: Türkiye
22,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MONTEL, 4 mq çeynəmə tabletlər

MONTEL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq montelukast (4,16 mq montelukast natrium) vardır.

İstifadəsinə göstərişlər

MONTEL 4 mq-lıq çeynəmə tableti davamlı astma xəstəliyindən əziyyət çəkən, 2-5 yaşlı uşaqların müalicəsi (gecə və gündüz inkişaf edən simptomların qarşısını almaq, aspirinə qarşı həssas olan astma xəstələrinin müalicəsi və fiziki yüklənmə nəticəsində törənən bronxospazmın qarşısını almaq) üçün istifadə edilir. MONTEL 4 mq-lıq çeynəmə tableti 2-5 yaşlı uşaqlarda mövsümi allergik rinitin və ilboyu allergik rinitin simptomlarının yüngülləşdirilməsi üçün istifadə edilir.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası B. Doğuş potensialı olan qadınlar/Kontrasepsiya Doğuş potensialı olan qadınlarda doğuşa təsiri haqqında kifayət qədər məlumat yoxdur. Hamiləlik Heyvan üzərində aparılan tədqiqatlar hamiləlik / embrion / fetal inkişafa zərərli təsir göstərmir. Mövcud məhdud məlumatlar hamiləlik dövründə yaranan malformasiyaların (məsələn, hər hansı üzv qüsuru) Montelin istifadəsilə əlaqəli olmadığını göstərir.

MONTEL, yalnız mütləq göstəriş olduğu təqdirdə istifadə oluna bilər. Laktasiya Siçanlar üzərində aparılan təcrübələr əsasında montelukastın südlə xaric olduğu müəyyən edilmişdir. İnsan südü ilə xaric olması haqqında məlumat yoxdur. MONTEL yalnız mütləq zərurət yaranarsa laktasiya dövründə istifadə edilə bilər.

Fertillik Dişi siçovullarda aparılan fertillik tədqiqatlarında, 200 mq/kq montelukastın oral dozası (hesablanmış ifşa maksimum tövsiyə olunan gündəlik oral dozada yetkinlərin AUC -nin təxminən 70 qatına bərabər idi), fertillik və doğuş göstəricilərində azalma ilə nəticələnmişdir. 100 mq/kq oral dozada qadınlarda fertilliyə və ya reproduktivliyə heç bir təsiri müşahidə edilməmişdir (maksimum tövsiyə olunan gündəlik oral dozada, ehtimal olunan təsir böyüklər AUC -nin təxminən 20 qatına bərabərdir). Montelukast, 800 mq/kq -a qədər olan oral dozalarda erkək siçovulların fertilliyinə heç bir təsir göstərməmişdir (tövsiyə olunan maksimum gündəlik oral qəbul edilən dozada, yetkinlərin AUC -nin təxminən 160 qatına bərabərdir). Montelin insanlarda reproduktiv qabiliyyətə təsiri ilə bağlı kifayət qədər məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Montelukast avtomobil idarəetmə və ya mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir. Lakin çox nadir rast gəlinən başgicəllənmə və yuxululuq kimi halların baş verməsi barədə məlumat verilmişdir.

MONTEL istifadə qaydası və dozası

2-5 yaşlı periatrik pasiyentlərdə doza gündə 1 dəfə 4 mq ceynəmə tabletdir. Tabletləri udmazdan əvvəl çeynəmək lazımdır. Yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra istifadə edilməlidir. 2-5 yaşlı astmalı uşaqlar Preparat gündə 1 dəfə axçam qəbul edilir.

Allergik rinit 2-5 yaşlı pediatrik pasiyentlərdə mövsümi allergik rinit və perineal allergik rinit Allergik rinit zamanı gündə 1 dəfə qəbul edilir. Xəstənin vəziyyətindən asılı olaraq qəbul müddəti fərdi qaydada təyin oluna bilər. 2-5 yaşlı pediatrik pasiyentlərdə astma və allergik rinitlər Astma və allergik rinit xəstələri gündə 1 dəfə axşam 4 mq çeynəmə tablet qəbul etməlidirlər. İstifadə qaydası Oral istifadə edilir.

Ümumi tövsiyələr Preparatın astma tutmaları zamanı terapevtik təsiri artıq 1 gün ərzində müşahidə olunur. Xəstələrə astma simptomlarının nəzarətə alındığı, həm də xəstəliyin ağırlaşdığı dövrdə, preparatın qəbulunu davam etmələri məsləhət görülür. Xüsusi populyasiyalar üçün əlavə məlumatlar Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Böyrək çatışmazlığı olan xəstələr üçün xüsusi doza düzəlişinə ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı olan xəstələr istifadəsi Yüngül-orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələr üçün xüsusi doza düzəlişinə ehtiyac yoxdur.

Ağır qaraciyər çatışmazlığı olan xəstələr haqqında məlumat yoxdur. Pediatrik populyasiyada istifadəsi 6-14 yaş arası astma xəstəliyi olan uşaqlarda montelukastın təhlükəsizliyi və effektivliyi nəzarət altında aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir. Bu yaş qrupundakı təhlükəsizlik və effektivlik göstəriciləri böyüklərin iştirakı ilə aparılmış tədqiqatlar zamanı əldə edilmiş nəticələrə uyğun olmuşdur. Mövsümi allergik rinitdən əziyyət çəkən 2-14 yaş arası uşaqlarda, həmçinin perineal allergik rinitdən əziyyət çəkən 6 aydan 14 yaşadək uşaqlarda montelukastın effektivliyinə dair məlumatlar allergik rinitdən əziyyət çəkən 15 yaşlı və daha böyük uşaqların iştirakı ilə aparılan tədqiqatlar nəticəsinin ekstrapolyasiya yolu ilə alınmışdır və bu qrup pasiyentlərdə patofiziologiyasına və montelukast farmakologiyasına, eləcə də, dərman maddəsi ilə müalicəyə qarşı yaranan yüksək həssaslıq reaksiyalarının bənzər olmasına əsaslanaraq, mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğu ehtimal olunur.

2-5 yaşlı astmalı pediatrik pasiyentlərdə MONTELİN təhlükəsizliyi adekvat, yaxşı nəzarət olunan məlumatlarla nümayiş etdirilmişdir. Bu yaş qrupunda montelukastın effektivliyi 6 yaş və yuxarı astmalı pasiyentlərdə nümayiş etdirilən effektivlik əsasında ümumiləşdirilmiş və analoji farmakokinetik məlumatlara və ehtimallara əsaslanmışdır ki, xəstəliyin gedişi, patofiziologiyası və preparatın təsiri bu qrup pasiyentlərdə çox oxşar olmuşdur. Bu yaş qrupunda effektivlik 2-5 yaşlı pasiyentlər üzərində aparılmış geniş, yaxşı nəzarət olunan tədqiqatların təsirinin qiymətləndirilməsilə təsdiq olunur. 2-14 yaşlı allergik rinitli pasiyentlərdə monyelukastın təhlükəsizliyi 2-14 yaşlı astmalı uşaqlarda aparılan tədqiqatların məlumatları ilə təsdiq edilmişdir.

2-14 yaşlı müvsümi allergik rinitli pediatrik pasiyentlər üzərində aparılan bir təhlükəsizik profili oxşar olmuşdur. Geriatrik populyasiyada istifadəsi Aparılan klinik tədqiqatlarda 3,5% 65 yaşdan yuxarı, 0,4% isə 75 yaşdan yuxarı xəstələr iştirak etmişdir. Nəticədə bu yaş qrupuna daxil olan xəstələr ilə gənc yaş qrupuna daxil olan xəstələr arasında müəyyən edilmiş təhlükəsizlik və effektivlik parametrlərində ciddi fərqlər müşahidə olunmamışdır və həmçinin, yaşlı və cavan xəstələrdə müalicə zamanı yaranan yüksək həssaslıq reaksiyalarında əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Ancaq bəzi yaşlı xəstələrdə həssaslığın artma halları istisna olunmur.

Digər astma müalicəsi ilə Montel istifadəsi İnhalyasion kortikosteroidlər: İnhalyasion kortikosteroidlərlə və/ və ya qısa təsirli β-2 aqonistlərlə adekvat kliniki nəzarət oluna bilməyən xəstələrdə lazım olduqda MONTEL ilə əlavə müalicə təyin oluna bilər. Zərurət yaranarsa inhalyasion kortikosteroidin dozası tədricən azaldılabilər. Ancaq heçvaxt zaman steroidlərin istifadəsi ani kesilerək MONTEL ile müalicəyə başlanılmamalıdır.

Prepared by  T-Soft E-Commerce.