Sevimlilərə əlavə edin
Paylaşın

Motiles 60 ml Sirop

Məhsul Kodu : 111-24711
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
11,27 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı


MOTİLES, daxilə qəbul etmək üçün suspenziya


Motiles tərkibi


Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 1 mq domperidon, 4 mq simetikon vardır.
Köməkçi maddələr: natrium metilhidroksibenzoat, natrium propilhidroksibenzoat, saxaroza, limon turşusu monohidrat, kristallaşmayan sorbitol məhlulu, natrium kroskarmelloza, polisorbat 80, ananas aromatizatoru, titan dioksid, təmizlənmiş su.

Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- Hipofizin prolaktin- sekresiyaedici şişi (prolaktinoma);
- Mədə-bağırsaq qanaxması;
- Mədənin hərəkət funksiyasının stimulyasiyası təhlükəsi ola biləcək mexaniki keçməzlik və ya perforasiya;
- Qaraciyər funksiyalarının ağır və orta dərəcəli pozulmaları;
- Ürək ritminin və keçiriciliyinin pozulmaları, o cümlədən QT intervalının uzanması, elektrolit balansının pozulması, durğun ürək çatışmazlığı;
- QT intervalını artıran preparatlarla (flukonazol, vorikonazol, klaritromisin, amiodaron və telitromisin) birgə qəbul;
- Peroral ketokonazol, eritromisin və CYP3A4 izofermentinin digər güclü inhibitorları ilə birgə qəbul.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda domperidonun istifadəsi barədə məhdud qeydiyyatdan sonrakı məlumatlar vardır. Digər dərman preparatları kimi, Motiles hamiləliyin birinci trimestrində təyini, onun istifadəsinin gözlənilən terapevtik effektlə təsdiq olunduqda edilməlidir. Domperidon ana südünə keçir; əmizdirilən körpələr ananın çəkisi üzrə korrektə edilmiş dozanın 0,1% az hissəsini alırlar. Körpə üçün döşlə əmizdirmənin faydası və qadın üçün müalicənin faydası nəzərə alınmaqla domperidonla müalicənin dayandırılması və ya döşlə əmizdirmənin dayandınlması barədə qərar qəbul etmək lazımdır.

Motiles  istifadə qaydası, dozası


Daxilə qəbul üçün suspenziya. İstifadə etməmişdən qabaq suspenziyalı flakonu çalxalamaq lazımdır.
12 yaşdan yuxarı uşaqlar və böyüklər: Xroniki dispepsiya zamanı gündə 3 dəfə 10 ml suspenziya yeməkdən 15-30 dəqiqə əvvəl, lazım olduqda yatmazdan qabaq qəbul olunur. Ürəkbulanma və qusma zamanı gündə 3-4 dəfə 10-20 ml suspenziya yeməkdən əvvəl və yatmazdan qabaq qəbul olunur.
12 yaşadək uşaqlar: Xroniki dispepsiya zamanı gündə 3 dəfə hər 10 kq çəkiyə 2,5 ml suspenziya dozada yeməkdən 15-30 dəqiqə əvvəl, lazım olduqda yatmazdan qabaq qəbul olunur. Ürəkbulanma və qusma zamanı gündə 3-4 dəfə hər 10 kq çəkiyə 5 ml suspenziya dozada yeməkdən əvvəl və yatmazdan qabaq qəbul olunur.
Motiles-in tərkibindəki domperidonun maksimal sutkalıq dozası 80 mq (80 ml preparat) dozasını aşmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24711

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce