Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NAXODER 1% 30GR KREM

Məhsul Kodu : 111-27141
İstehsalçı ölkə: Türkiye
12,48 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NAKSODER, 1% xaricə istifadə üçün krem

NAKSODER tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq naftifin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

• Dəri və ya dəri büküşlərində qızartı, qaşınma, şişkinlik və ya səpgilər ilə müşayiət olunan göbələk infeksiyaları, • Barmaqlararası göbələk ifeksiyaları, • Dəridə Candida göbələyi infeksiyaları, • Kəpəklənən dəmrov (pityriasis versicolor) (dəri səthində bir göbələyin həddindən artıq böyüməsi nəticəsində yaranan ümumi dəri xəstəliyi) • Dərinin qaşınma ilə və ya qaşınmasız olan iltihabi göbələk infeksiyalarının müalicəsi.

Əks göstərişlər

Naftifinə, benzil spirtinə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda istifadəsinə dair kifayət qədər təcrübə və məlumat yoxdur və ya çox məhdud şəkildədir. NAKSODER kremi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə olduğunuz halda həkim təyin etmədikcə NAKSODER kremı istifadə etməyin. Müalicə zamanı hamilə olduğunuzu bilsəniz, dərhal həkiminizə bu barədə məlumat verin.

Laktasiya dövründə istifadəsi NAKSODER kremi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Həkim təyin etmədikcə NAKSODER kremı istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumatlar daxil olmamışdır.

NAKSODER istifadə qaydası və dozası

NAKSODER kremi düzgün istifadəsi üçün hər zaman həkiminizin təyinatına əməl edin. NAKSODER krem, zədələnmiş dəri səthinə (yaxşı olar ki, axşam yatmazdan əvvəl) nazik təbəqə şəklində çəkilir və yumşaq bir şəkildə ovuşdurulur. Hər istifadə zamanı krem, zədələnmiş dəri nahiyəsinə və ətraf nahiyəyə çəkilməlidir. Dəri büküşlərində istifadəsi zamanı, NAKSODER krem çəkildikdən sonra gecə büküşlər arasına nazik tənzif qoyulması tövsiyə olunur.

Müalicənin müddəti 2-4 həftədir, lakin 12 həftəyə qədər uzadıla bilər. Xəstəliyin təkrarlanmaması üçün, əlamətlər yox olduqdan sonra ən azı iki həftəyə qədər müalicəni davam etmək lazımdır. Göbələk infeksiyalarının müalicəsində aşağıdakı şərtləri nəzərə alın. • Göbələk infeksiyasına səbəb olan orqanizmlər paltarlarınıza düşə biləcəyi üçün paltarlar hər gün dəyişdirilməlidir.

• Yoluxmuş dəri nahiyəsini quru saxlayın. Sıx və nəfəs alabilməyən geyimlərdən (məsələn, sıx ayaqqabı və sintetik corab kimi) çəkinin. • Yuyulduqdan sonra yoluxmuş nahiyəni qurudun və gündəlik istifadə olunan bez və ya dəsmalları dəyişdirin. • Ayaqlarda göbələk infeksiyası varsa, başqalarına infeksiyanı keçmənin qarşısını almaq və özünüzdə təkrar yoluxmanın olmaması üçün, evdə, hovuz ətrafında və ya otel kimi yerlərdə ayaqyalın gəzməyin.

• Göbələk infeksiyanız tam sağalmayana qədər sauna və ya buxar hamamı kimi yerlərə getməkdən çəkinin. İstifadə qaydası Zədələnmiş dəri və ətraf nahiyəyə yüngülcə ovuşdurularaq çəkilir. NAKSODER krem istifadədən öncə, zədələnmiş dəri sahəsi ilıq su ilə yuyulmalı və yaxşıca qurudulmalıdır. 4 həftədən sonra simptom klinik yaxşılaşma olmadıqda, müalicəyə yenidən baxılmalıdır.

Fərqli yaş qrupları Uşaqlarda istifadəsi 18 yaşa qədər uşaqlarda naftifinin təhlükəsizliyi və effektliyi sübut olunmayıb (kifayət qədər məlumat yoxdur). Xüsusi qrup xəstələr Böyrək /Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi öyrənilməyib. Əgər NAKSODER kremi istifadə etməyi unutmusunuzsa Əgər bir dozanı istifadə etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz. NAKSODER ilə müalicəni dayandırdıqda Bu barədə müalicə bitməmişdən əvvəl həkiminizlə məsləhətləşin.

Qida və içki qəbulu ilə birgə istifadəsi Dəri üzərinə çəkildiyindən qida və içki qəbulu ilə qarşılıqlı təsiri gözlənilmir. NAKSODER kremin təsirinin çox güclü və ya zəif olduğu düşünülərsə, bu barədə həkimə müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.