Sevimlilərə əlavə edin
Paylaşın

Novacetrin 10 Mg N20 Tablet

Məhsul Kodu : 111-16739
İstehsalçı ölkə : Italiya
0 Şərh Şərh
4,36 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

NOVASETRİN, 10 mq tabletlər

NOVASETRİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq s etirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

NOVASETRİN 10 mq tabletlər böyüklər və 6 yaşdan böyük uşaqlarda aşağıdakı hallarda göstərişdir. • Mövsümi və ya ilboyu davam edən allergik rinitlərin burun və göz simptomlarını yüngülləşdirmək üçün. • Övrənin müaliəsi üçün.

Əks göstərişlər

NOVASETRİN-i aşağıdakı hallarda qəbul etməyin. • Setirizin dihidroxloridə, preparatın köməkçi maddələrindən hər hansı birinə (bax: “Tərkibi”), hidroksizinə və ya hər hansı piperazin törəməsinə (digər dərmanların tərkibcə bir -birinə oxşar aktiv tərkib hissələri) qarşı allergiyanız varsa. • Ciddi böyrək xəstəliyiniz varsa (kreatinin klirensinin 10 ml/dəq -dən az olmasına gətirən ağır böyrək çatışmazlığı).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzdan şübhələnirsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Hamilə qadınlar NOVASETRİN qəbulundan qaçmalıdır. Dərmanın təsadüfən hamilə qadın tərəfindən qəbulunun dölə hər hansı mənfi təsir göstərəcəyi gözlənilmir. Amma hər halda, dərman, yalnız ehtiyac yarandıqda və həkim tərəfindən təyin olunduqdan sonra istifadə edilməlidir.

Setirizin ana südünə keçir. Ona görə, laktasiya dövründə tövsiyə olunmur, NOVASETRİN qəbul etməməlisiniz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klinik araşdırmalar, NOVASETRİN -in tövsiyə edilən dozada qəbulunun diqqət, sayıqlıq və sürücülük qabiliyyətinə təsirini aşkarlamayıb. Əgər siz avtomobil sürməyə, potensial təhlükəli fəaliyyətlə məşğul olmağa və ya mexanizmləri idarə etməyə hazırlaşırsınızsa, NOVASETRİN qəbulundan sonr a dərmanın sizə təsirini diqqət lə müşahidə edin. Siz tövsiyə olunan doza həddini aşmamalısınız.

NOVASETRİN istifadə qaydası və dozası

6-12 yaş arası uşaqlarda: gündə 1 və ya 2 dəfə 1/2 tablet. 12 yaşdan yuxarı uşaqlar v ə böyüklər: xəstənin v əziyyətinin ağırlıq d ərəcəsindən asılı olaraq gündə 1 dəfə 1 tablet təyin edilir. Əgər siz ağır böyrək çatışmaz lığından əziyyət çəkirsinizs ə, dərmanın dozasında mümkün düzəlişlərin aparılması üçün həkiminizə müraciət edin. Əgər uşağınızda böyrək xəstəliyi varsa, dərmanın dozasında mümkün düzəlişlərin aparılması üçün onun həkiminə müraciət edin.

Əgər Siz NOVASETRİN -in təsirinin lazım olduğundan zəif və ya güclü olduğunu düşünürsünüzsə, həkiminizə müraciət edin. Müalicə müddəti Müalicənin müddəti sizin şikayətlərinizin növündən, d avametmə müddətindən və gedişin dən asılı olub, həkiminiz tərəfindən təyin olunur. Böyrək çatışmazlığı Yüngül ağırlıq dərəcəsindəki böyrək çatışmazlığı olan xəstələrdə (KK > 50ml/dəq) farmakoloji parametrlər normal böyrək funksiyası olan insanlarla eynidir. Orta və ağır dərəcəli böyrək çatışmazlığı olan pasientlərdə dozalanma rejimini dəyişmək lazımdır.

Böyrək çatışmazlığı olan xəstələrdə dozanı kreatin klirensindən asılı olaraq azaltmaq lazımdır. KK 30-49 ml/dəq - 5mq gündə 1 dəfə. KK 10-29 ml/dəq - 5 mq günaşırı. NOVASETRİN-in qida və alkoqolla birlikdə qəbulu Yemək NOVASETRİN-in sorulmasına təsir etmir.

Alkoqol (1 stəkan şərab q əbuluna uyğun gələn, qanda 0,5 q/l konsentrasiyası zamanı) ilə töv siyə olunan dozada qəbul edilmiş setirizin arasında klinik əhəmiyyətli qar şılıqlı təsir qeyd olunmayıb. Ancaq daha yüksək dozada setirizin və alkoqolun birgə qəbulunun təhlükəsizliyi barəsində məlumat yoxdur. Bu səbəbdən, bütün antihistamin preparatları kimi, NOVOSETRİN-i də alkoqol ilə birlikdə qəbul etmək məsləhət görülmür. NOVASETRİN-n dozasının qəbulu unudularsa Unudulmuş dozanın əvəzinə dərmanı ikiqat dozada qəbul etməyin.

NOVASETRİN 10 mq preparatının qəbulunun dayandırılması NOVASETRİN-in qəbulunu dayandırarkən, nadir hallarda, güclü qaşınma və /və ya övrə geri qayıda bilər. Bu dərmanın qəbulu ilə bağlı hər hansı digər sualınız olarsa, həkiminizə müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16739

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce