Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Omeqast 20 mq N14 kapsul

Məhsul Kodu : 111-01260
İstehsalçı ölkə: Türkiye
3,96 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

OMEQAST, 20 mq enterik örtüklü mikropellet kapsullar

Omeqasat tərkibi

  Təsiredici maddə:   1 kapsulda 20 mq omeprazol vardır. Köməkçi maddələr: şəkər kürəcikləri (neytral pelletlər), natrium nişasta qlikolyatı (Explotab),  natrium laurilsulfat, povidon (PVP K30), hipromelloza ftalat 50 (HP 50),  saxaroza (şəkər), hidroksipropilmetilsellüloza 603 (Hipromelloza), mannitol,  diasetilləşdirilmiş monoqliseridlər (Mivaset), talk.  Bərk jelatin kapsul (kapsul gövdəs)i: xinolin sarısı (E104), qırmızı dəmir oksidi (E172), titan dioksid  (E171), jelatin; kapsul qapağı: indiqotin (E132), xinolin sarısı (E104), titan  dioksid (E171), jelatin).

İstifadəsinə göstərişlər:

 Böyüklər • 12-barmaq bağırsaq xoralarının müalicəsi; • 12-barmaq bağırsaq xoralarının residivinin profilaktikası; • mədə xoralarının müalicəsi; • mədə xoralarının residivinin profilaktikası; • peptik xora xəstəliyində müvafiq antibiotiklər ilə kombinasiyada, Helicobacter pylori-nin (H. pylori) eradikasiyası; • QSİƏP-lə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının müalicəsi; • risk qrupunda olan pasiyentlərdə QSİƏP ilə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının qarşısının alınması; • reflüks ezofaqitin müalicəsi; • müalicə olunmuş reflüks ezofaqitli pasiyentlərdə uzunmüddətli təyinatlarda; • qastroezofaqeal reflüks xəstəliyinin simptomlarının müalicəsi; • Zollinger-Ellison sindromunun müalicəsi. Uşaqlar 1 yaşdan yuxarı və ≥10 kq-dan çox olan uşaqlar • Reflüks ezofaqitin müalicəsi • Qastroezofaqeal reflüks zamanı mədə qıcqırmasının və turşu requrqitasiyasının (gəyirmə) simptomatik müalicəsi 4 yaşdan yuxarı uşaqlar • Müvafiq antibiotiklərlə kombinasiyada 12-barmaq bağırsağın H. pylori ilə törədilmiş xora xəstəliyinin müalicəsi

Əks göstərişlər:

 Omeprazola, benzimidazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq. Omeprazol proton pompasının digər inhibitorları (PPİ) kimi nelfinavir ilə paralel istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Omeprazol hamiləlik dövründə istifadə oluna bilər. Omeprazol ana südünə ifraz olunur, lakin terapevtik dozalarda körpəyə təsir göstərmir.

Omeqasat istifadə qaydası, dozası

 Preparatın səhər vaxtı qəbul edilməsi tövsiyə olunur, acqarına qəbul olunması arzuolunandır və maye ilə qəbul edilməlidir.  Udma qabiliyyəti pozulmuş xəstələrdə kapsulun möhtəviyyatı yüngül dərəcəli turş mühitli olan mayelərə qatılıb 30 dəqiqə müddətində istifadə oluna bilər. Kapsul çeynənməməli və əzilməməlidir. Böyüklərdə doza qaydaları 12-barmaq bağırsağın xora xəstəliyi  Gündə 1 dəfə 1 kapsul (20 mq). Xəstələrin əksəriyyətində xoranın yaxşılaşması artıq 2 həftədən sonra müşahidə olunur; lazım gələrsə müalicə daha 2 həftə uzadıla bilər. Bu sxemə yaxşı cavab verməyən xəstələrə daha yüksək doza – gündə 1 dəfə 2 kapsul (40 mq) təyin oluna bilər. Adətən 4 həftə müddətində yaxşılaşma baş verir.  12-barmaq bağırsaq xorasının residivinin profilaktikası H. pylori neqativ pasiyentlərdə və yaxud H. pylori-nin eradikasiyası mümkün olmadıqda 12-barmaq bağırsağın residivinin profilaktikası üçün tövsiyə olunan doza Omeqast® 20 mq gündə 1 dəfə. Bəzi pasiyentlərdə gündəlik 10 mq kifayətdir. Müalicə yetərli olmazsa doza 40 mq-a artırıla bilər.  Mədənin xora xəstəliyi Gündə 1 dəfə 1 kapsul (20 mq). Müalicə müddəti 4 həftədir; ehtiyac olarsa müalicə daha 4 həftə uzadıla bilər. Gündə 1 kapsul (20 mq) dozalanma sxeminə və H2-histamin reseptorlarının blokatorları ilə müalicə zamanı nəticə alınmayan xəstələrə omeprazol gündə 1 dəfə 40 mq (2 kapsul) yüksək doza ilə təyin oluna bilər və adətən 8 həftə müddətində effektini göstərir. Mədə xorasının residivinin profilaktikası Müalicəyə zəif cavab verən pasiyentlərdə mədə xoralarının residivinin profilaktikası üçün Omeqast® gündə bir dəfə 20 mq tövsiyə olunur. Lazım olduqda omeprazolun dozası 40 mq-a qədər artırıla bilər. Peptik xora zamanı H. pylori-nin eradikasiyası Peptik xora zamanı H. pylori-nin eradikasiyası məqsədi ilə: Omeprazol müvafiq antibiotiklə kombinasiyada aşağıdakı sxemə uyğun tətbiq olunmalıdır:  • Omeqast® 20 mq + Klaritromisin 500 mq + Amoksisillin 1000 mq, hər biri gündə iki dəfə 1 həftə ərzində • Omeqast® 20 mq + Klaritromisin 250 mq (alternativ 500 mq) + Metronidazol 400 mq (və yaxud 500 mq və yaxud tinidazol 500 mq), hər biri gündə iki dəfə bir həftə ərzində və ya • Gündə bir dəfə Omeprazol 40 mq, 500 mq Amoksisillin ilə və 400 mq Metronidazol (və yaxud 500 mq və yaxud tinidazol 500 mq) ilə birlikdə hər ikisi gündə üç dəfə 1 həftə ərzində Hər hansı sxem müalicəsi nəticəsində pasiyent yenidən H. pylori pozitivdirsə, müalicə təkrar oluna bilər. QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının müalicəsi Tövsiyə olunan doza gündə 20 mq omeprazol təşkil edir. Əksər pasiyentlərdə sağalma müddəti 4 həftədir. Bu vaxtdan sonra tam sağalmayan pasiyentlər adətən növbəti 4 həftə terapiyadan sonra sağalırlar.  QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının residivinin risk qrupunda olan pasiyentlərdə profilaktikası QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının residivinin risk qrupunda (yaş >60, artıq keçirilmiş mədə-bağırsaq xorası, anamnezində yuxarı qastrointestinal qanama) olan pasiyentlərdə profilaktikası gündə 20 mq omeprazol ilə keçirilir. Reflüks ezofaqit Omeprazol gündə 1 dəfə 20 mq (1 kapsul) dozada qəbul olunmalıdır. Müalicə müddəti 4 həftədir. İlk müalicə kursundan sonra sağalmayan pasiyentlərdə adətən növbəti 4 həftə ərzində yaxşılaşma müşahidə olunur. Gündə 20 mq birdəfəlik dozaya və H2-histamin reseptorlarının antaqonistlərinə cavab verməyən xəstələrə doza gündə 1 dəfə 40 mq-a (2 kapsul) qədər yüksəldilə bilər və adətən 8 həftə müddətində yaxşılaşma baş verir. Reflüks ezofaqitdən müalicə olunmuş pasiyentlərdə uzunmüddətli təyinatlarda Reflüks ezofaqitdən müalicə olunmuş pasiyentlərdə uzunmüddətli təyinatlar üçün gündə 10 mq omeprazol tövsiyə olunur. Lazım olduqda doza gündə 20-40 mq-a çatdırıla bilər. Simptomatik qastroezofaqeal reflüks xəstəliyi zamanı Omeprazol gündə 1 dəfə 20 mq (1 kapsul) tövsiyə olunur və simptomlar tezliklə yoxa çıxır. Əgər gündə 20 mq omeprazol ilə 4 həftə içərisində müsbət nəticə alınmarsa, daha diqqətli müayinə tövsiyə edilir. Zollinger-Ellison xəstəliyi zamanı Gündə 1 dəfə 3 kapsul. Xəstənin vəziyyətindən asılı olaraq doza 120 mq-a qədər artırıla bilər. Gündəlik doza 80 mq-dan artıq olarsa, onu iki qəbula bölmək lazımdır. Müalicə müddəti klinik nəticəyə görə təyin olunmalıdır. Uşaqlarda doza qaydaları 1 yaşdan yuxarı və ≥10 kq olan uşaqlarda Reflüks ezofaqitin müalicəsi. Qıcqırma və qastroezofaqeal reflüksu olan pasiyentlərdə mədə turşusunun requrqitasiyasının simptomatik müalicəsi.

 

Prepared by  T-Soft E-Commerce.